Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə5/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

Almaniyanın  inkişafı  və  maliyyə  əməkdaşlığı  üzrə  Federal 
nazirlikdə  hesab  edirlər  ki,  “ekoturizm  turizmin  elə  növüdür  ki, 
bu  zaman  ətraf  mühitə  mənfi  təsirlərin  minimuma  endirilməsi, 
mühafizə  edilən  təbiət  əarazilərinin  maliyyələşdirilməsinə 
yardım  edilməsi,  yerli  əhaliyə  gəlir  mənbəyi  yaradılması  üçün 
düşünülmüş cəhdlər edilir” .
Ekoturizmin baza prinsipləri aşağıdakılardan  ibarətdir:
•  Rekreasiya  təbiət  ərazilərinin  bioloji  müxtəlifliyinin 
qorunması;
■  Ekoturizm  sferasına  cəlb  olunmuş  regionların  iqtisadi 
dayanıqlıq səviyyəsinin yüksəldilməsi;
■ 
Ekoturizm  fəaliyyəti  iştirakçılarının  ekoloji  mədəniyyət­
lərinin yüksəldilməsi;
■ 
Rekreasiya ərazisinin etnoqrafik statusunun saxlanılması.
Mütəxəssislər  trekkinq  və  ya  piyada  turizmi,  velosipedlə  və
atla  (və  ya  digərləri  ilə)  səyahətləri,  naturalist  -   alimlərlə 
gəzintini  (botaniki,  zooloji,  omitoloji,  ixtioloji,  geoloji  və  s. 
turlar),  daxili  sularda  (raftinq)  və  dəniz  səyahətini  (dayvinq  və 
s),  speleoturizmi,  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərində 
ovçuluğu ekoturizmə aid edirlər.
Dünya  təcrübəsi  göstərir  ki,  ekoturizm  həqiqətən  dayanıqlı 
inkişaf ideyasını  həyata  keçirən iqtisadiyyatın bir  qoludur.  Belə 
ki,  o,  əsasən  asan  dağıla  bilən  təbii  komplekslərə  toxunur,  həm­
çinin  istehlakçı  «dəstəsinə»  əvvəllər  naməlum  olan  rayonları 
açır.
Turizmin  təbii  komplekslərə  birbaşa  və  dolayı  təsir  miqyası 
və gedişi  çətin təyin olunur.
Birbaşa təsirə aşağıdakılar daxildir:
1)  ov,  balıqçılıqla  zamanı  flora,  fauna  nümunələrinə  təsirlə 
yanaşı,  ərazilərin  təsərrüfat  fəaliyyətinə  daxil  edilməsi  yolu  ilə 
və s. təbii yaşayış şəraitinin məhv edilməsi;
2)  bitkilərin  və  heyvanların  onların  yemlənməsi,  süni 
yaradılmış şəraitdə artırılması, üzərilərində müşahidə aparılması,
1°  ______________________ Ə.T.Əsgərov,  В.Э.B ilahv,  Ç.G.Gülalıyev
səs-küy  təsiri,  yuvalarının,  kahalarının  dağıdılması  və  s.  yolu  ilə 
təbii həyat fəaliyyəti prosesinə müdaxilə;
3) 
insanın  həyat  fəaliyyəti  vasitəsi  ilə  (təcrübələr,  üzvü  qida 
tullantıları)  infeksiya  və  xəstəliklərin  gətirilməsi  və  yayılması, 
təsərrüfat  fəaliyyəti  (meşələrin  qırılması,  torpaqların  korlanması 
və s.).
Dolayısı təsirə isə bunlar aiddir:
1) təbii qida mühitinin dəyişməsi;
2)  coğrafi  mühitin  komponentlərinə  qlobal  antropogen  təsir 
(torpaqların  və  səthi  suların  çirklənməsi,  meşələrin  qırılması  və 
eroziyanın  inkişafı,  iqlimin  qlobal  dəyişməsi,  atmosferin  çirk­
lənməsi və s.);
3)  heyvanların  süni  yolla  artırılması,  təbii  mühitə  və  insanın 
özünə  son  təsirinin  hələ  axıra  qədər  dəqiq  öyrənilməməşi, 
əvvəlcədən  planlaşdırılmış  xüsusiyyətləri  olan  heyvanlann  və 
bitkilərin  genlərinin  dəyişdirilməsi. 
Belə  proseslərdə  nadir 
heyvanlann  və  bitkilərin  (endemiklər,  reliktlər)  kiçik  populya- 
siyaları  və ya gec nəsil verən növləri daha çox əziyyt çəkir.
Turizmin  təbiətə  təsir  prosesini  də  həmçinin  birbaşa  və  ya 
dolayısı  ilə  müəyyənləşdirmək  olar.  Birbaşa  müəyyənləşdinnə 
variantına  təbii  kompleksə  turist  yüklənməsinin  yol  verilən 
həddə 
uyğun 
olaraq 
müştərilərin 
ümumi 
sayının
məhdudlaşdırılması,  turistlərə  nümayişi  olunan  obyektlərin 
ərazilərinin  və  xüsusi  mühafizə  olunan  təbii  ərazilərin 
zonalaşdırılması,  ətraf mühitin çirklənməsini  minimuma  endirən 
xüsusi  texnologiyanın  istifadə  olunması  daxildir.  Obrazlı  şəkildə 
desək, 
bu 
inzibati 
məsuliyyətə 
cəlbetməyə 
əsaslanmış 
(cərimələr,  göstərişlər,  tariflər,  buraxılış  vərəqələrinin  tətbiqi  və 
s.)  güc  siyasəti  olub,turistlərin  rahatlığının  pozulmasına  gətirib 
çıxarır.
Dolayı  variant  turistlərin  yerli  əhaliyə,  heyvanlara  və 
bitkilərə  humanist  münasibətin,  hörmətin  tərbiyə  olunması, 
təhsil  səviyyəsinin  artırılması  yolu  ilə  davranışının  dəyişməsinə
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gülalıyev______ _____  
_  _  
19


Ə. T. Əsgər ov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
20
əsaslanır.  Turistlərə  təsirin  hər  iki  variantını  uzlaşdırmaq 
lazımdır.  Əks  təqdirdə  hər biri  ayrı-ayrılıqda  gözlənilən nəticəni 
verməyə də bilər.
Eyni  zamanda  ekoturizmin  mahiyyətini  və  onu  təşkil  edən 
ünsürlər  düzgün  başa  düşülən  şəraitdə,  aşağıda  sadalananlar 
vasitəsi  ilə regionların sosial-iqtisadi  inkişafına arta bilər:
•  1)  həm  turizm  sənayesində,  həm  də  qarışıq  sahələrdə  yerli 
əhali üçün iş yerləri yaranar;
2) 
yerli 
iqtisadiyyatın 
gəlirli 
sahələrinin 
inkişafı
(mehmanxana  təsərrüfatı,  ictimai  iaşə,  nəqliyyat  kompleksi, 
suvenirlərin istehsalı, xalq sənətkarlığı və s.) sürətlənər.
3)  valyuta  mübadiləsinin  stimullaşdırılması  üçün  münbit 
şərait yaranar;
4)  istehsal  olunan  məhsula  tələbatın  artması  və  əlavə 
investisiyalar vasitəsi  ilə  kənd təsərrüfatının  və  qida sənayesinin 
inkişafı  sürətlənər;
5) 
mənzil-kommunal 
təsərrüfatı  müəssisələrinin 

nəqliyyatın işinin yaxşılaşar;
6)  turizm ehtiyatlarının (turistlərin diqqətinə  layiq),  o cümlə­
dən  xüsusi  mühafizə  olunan  təbət  ərazilərinin  səmərəli  istifadə­
sinin investisiyalaşdırı İması prosesi baş verər;
7)  intensiv  kənd  təsərrüfatına  keçidlə,  böyük  torpaq 
sahələrinin təbii  vəziyyətdə saxlanması zəruriliyi ortaya çıxar;
8) qlobal  kommunikasiyanın inkişafı diqqət mərkəzində olar;
9)  yerli  mədəni  və  təbii  irsin  turizm  ictimaiyyətinin  onlara 
daimi  diqqətinə görə mühafizəsinin stimullaşdınlar;
10)  rekreasiya  kompleksinin  inkişafı  və  onun  nəticəsi  kimi 
yerli əhalinin istirahəti üçün şərait yaranar.
Ə. T. Əs gər ov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
21
1.3.  Ekoturizmin təyini
Çoxsaylı  tədqiqatçıların  qeyd  etdiyi  kimi  «ekoturizm» 
anlayışı  uzun  müddət  kifayət  qədər  qeyri-müəyyən  sərhədlərə 
malik  olmuşdur.  Bunun  səbəbi  marketoloqlar  tərəfindən 
turistləri  cəlb  etmək  üçün  təbiətə,  onun  müdafiəsinə  və  aktiv 
istirahətə  (outdoor)  yönəlmiş  həmin  sözün  istifadə  olunmasıdır. 
Əslində  isə  turoperatorları  ətraf mühitin  mühafizəsi  az  narahat 
edirdi.  Odur  ki,  ekoturizm  ideyası  hələ  uzun  müddət  turizm 
nəzəriyyəçilərində 
şübhəli  münasibətə 
səbəb 
olmuş 
və 
olmaqdadır.  Məsələn,  V.Viller  Kubada  «ekoturda»  olarkən 
avtobusun  salonunda  sərinkeş  (kondisioner)  işləsin  deyə 
sürücünün  bir  saat  ərzində  turistlərin  restoranda  nahar  etdiyi 
müddətdə  mühərriki  işlətdiyini  müşahidə  etmişdir.  Bu  zaman 
azacıq  kənarda  oturmuş  yerli  əhalidən  olan  adamlar  turistlərin 
rahatlığına  göstərilən  bu  qayğıdan  çətin  ki,  zövq  ala  bilmişdir” 
kimi qeydlər etmişdir.
Avropada  ÜTT  nümayəndəsi  P.Şeklfondun  sözlərinə  görə, 
«ekoturizm»  termini  turizm  sənayesində  uzun  müddət  istifadə 
olunur.  Həmçinin  bəzi  mənbələr  təsdiq  edir  ki,  bu  termin  ilk 
dəfə  1978-ci  ildə  Miller  tərəfindən  turizmin  dayanıqlı  inkişaf 
variantlarından biri olaraq  işarə kimi  istifadə olunmuşdur.
Lakin  bir  halda  bu  sivilizasiyanın  toxunmadığı  təbiət 
guşəsinə  edilən  səyahət  olaraq  nəzərdə  tutulur:  ekoturizm  -  
«yabanı bitki  və vəhşi  heyvan peyzajlara,  həmçinin bu sahələrdə 
hər hansı mədəni təzahürlərə heyran qalmaq və zövq almaq üçün 
nisbətən  toxunulmamış  və  çirklənməmiş  nadir  təbiət  obyektləri 
sahələrinə  səyahətdir».  Digər  halda  isə  bu  təbiətdə  ekoloji 
tarazlığı  saxlamaq üzrə  səydir:  -  «tərkibinə təbii  və mədəni  ətraf 
mühitin  öyrənilməsi  və  bu  mühitdə  vəziyyətin  yaxşılaşdırılması 
üçün xidmət göstərən təbii  turizmdir».
Ekoturizmə  baxışlardakı  müxtəlifliklərlə  əlaqədar  olan 
təyinatlarda  coğrafi  fərqlər  də  müşahidə  olunur.  İnkişaf  etmiş


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə