Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə7/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   67

27
26
Ə.T.Əsgərov,  В. 0 .Bilalov,  Ç.G.Gülalıyev
Ə.T.Əsgərov,  В .Ə.Bilalov,  Ç.G.Gülalıyev
Sxem 3
Mənaca  ekoturizmə  oxşar  olan  digər  terminlərin  istifadə 
olunması  ilə  vəziyyət daha da ağırlaşır:  «təbii  turizm»,  «yumşaq 
turizm»,  «yaşıl  turizm»,  «məsuliyyətli  turizm»,  aqroturizm  və  s. 
Bununla  əlaqədar  olaraq  Ekoturizm  cəmiyyətinin  prezidenti 
D.Vestem  bəyanat  vermişdir:  «Turizm  və  ekoturizm  arasında 
heç  zaman  kəskin  fərq  olmayacaq.  Ekoturizm  turist  bazarına  ən 
yaxşılan  gətirən  və  bütün  dünyada  təqlid  üçün  nümunəvi  sahə 
olub, qabaqcıl düşərgə kimi özünü təyin etməlidir».
Turun ekoloji  əlamət və meyarları 
(A.V.Drozdova görə)
Sxem 5
Sxem 4
Qeyd  etmək  lazımdır  ki,  yuxarıda  araşdırılan  variantlar 
ekoturizmin inkişafının dəqiq mahiyyətini almağa imkan vermir. 
Odur ki, BMÜTT ekspertləri turizm və ya ekoturizmin də aid ol­
duğu  «təbii  turizm»  (nature  based tourizm)  anlayışından  istifadə 
edirlər.  Maraqlıdır  ki,  anlayışlarda  mövcud  olan  qanşıqlıq  bəzi 
turfirmaları  terminlərin  istifadəsindən  imtina  etməyə  məcbur 
etdi,  belə  ki,  o  m üxtəlif  istehlakçı  qruplar  tərəfindən  müxtəlif 
cür başa düşülür.
Ekoturizmin  meyarları  və əlamətləri
— »
İstifadə olunan  nəqliyyatın ekoloji cəhətdən təmizliyi
— ►
İstifadə olunan  və yerli qida məhsulları  rasionunun ekoloji  təmiz olmas»
— ►
Təbii və mədəni  landşaftların optimal ekoloji  vəziyyəti
— ►
Turun tərkibinə ekoloji  cığırlar,  muzeylər, sərgilər, daxil  olur
— ►Tullantıların yığılması  və ekoloji  cəhətdən emalı
— ►Turun bütün elementlərinin ciddi  lokallaşdınlnıası: aşırım, düşərgə və s., düşərgo vo s.
— * Əntiq və nadir şeylərin turistlər tərəfindən  kolleksiyalaşdırılması və ərazidən 
çıxarılmasına yol verilməməsi
Materiallar, bəzək və stilin ekoloji  arxitekturada olması
— ►
Yerli  əhalinin cəlb olunması  və maddi  marağı
Regiona və onun əhalisinin  mədəni ənənələrinə hörmətlə yanaşması
Yerli büdcənin turizm biznesindən gələn gəlirlə doldurulması
— ►
Yerli  ekoloji problemlərin həllində turistlərin  mümkün olan qədər iştirakı


Ə. T.Əsgərov,  В. Ə.Bilalov,  Ç. G.Giilahyev  Ə. TƏsgərov,  B. Ə.Bilalov,  Ç.G. Gülalıyev
Markus  Endikott  göstərilən  anlayışları  aşağıdakı  formada 
ayırmağı  təklif  etmişdir:  «Əslində  ekoturizm  ətraf  mühitə  zəif 
antropogen  təsirli  səyahət  və  ya  təbiətə  təşkil  olunmuş  turdur. 
Hazırda yalnız nisbətən həqiqi  ekoturizm və ya yalan ekoturizm 
haqqında  danışmaq  olar.  Dayanıqlı  turizmə  gəldikdə  isə  termin 
kimi  dayanıqlılıq  BMT-nin  Rio-de-Janeyrodakı  konferansdan 
sonra  əmələ  gəlsə  də,  ideya  kimi  əlbəttə  ki,  o  daha  əvvəl 
meydana  çıxmışdır.  Markus  Endikott  yazır:  -  “Mənim  fikrimə 
görə  dayanıqlılıq  ideyası  nəticələrin  yeddi  nəsil  əvvəlcədən 
proqnozlaşdırılması və planlaşdırılması  olan və sanki bizim artıq 
orda  olduğumuz  doğma  amerika  konsepsiyasını  yada salır.  Mən 
dayanıqlı  turizmi  mədəniyyəti,  ətraf  mühiti  birləşdirən  geniş 
sahə  kim i...  nəhayət  bütövlükdə  turizm  sənayesində  maliyyə 
məsuliyyəti  kimi  görürəm.  Odur  ki,  dayanıqlı  turizmə  həqiqi 
ekoturizmi  və  macəra  turizm  daxil  olmalıdır.  Biznes  və  ya 
industriya  kimi  turizm  indi  biznesin  aparılmasının  məsuliyyətli 
metodlarının  rubrikası  altına  düşür  və  buradan  da «məsuliyyətli 
turizm»  termini  yaranmışdır.  İlkin  olaraq  məsuliyyətli  turizm 
ideyası  turizmin  sosial  və  mədəni  məsuliyyəti  haqqında danışan 
xristian  missionerləri  və  sosial  aktivistlər  tərəfindən  istifadə 
olunmuşdur.  Bu  anlayışa  ətraf  mühitin  (təbiətin)  araşdırılması 
daxil  edilmirdi.  Mən  isə  turistin  öz  mədəniyyəti  sərhədlərində 
səyahəti  zamanı  «sosial»  termin,  öz  mədəniyyətindən  kənarda 
səyahəti  üçün  isə  «mədəni»  termindən  istifadə  etməyə  üstünlük 
verirəm ...»  «Yaşıl  turizm»  termini  daha  çox  siyasi  mənşəyə 
malikdir  və  yaşıl  partiyaların,  siyasətçilərin  və  ictimai 
hərəkatların  fəaliyyəti  ilə bağlıdır”.
Sonuncu  izahla  razılaşmaq  çətindir,  belə  ki,  əksər  hallarda 
yaşıl  turizm  dedikdə  kənd  turizmi  (aqroturizm)  başa  düşülür. 
Məsələn,  İspaniyadan  olan ekspert Montaner X.Montexano görə 
yaşıl  turizmi  «təbiətlə  kontaktda  keçən  fəaliyyət,  düşərgə  və  ya 
qəsəbələrdə həyat» kimi  şərh edir.  «Bu fəaliyyət kənd təsərrüfatı 
işləri  ilə,  kiçik  qəsəbələrin  həyatı  ilə  tanışlıqla,  piyada
ekskursiyalarla,  flora və  faunanın  öyrənilməsi  ilə,  çay idmanı  ilə 
məşğuliyyətlə  və  digərləri  ilə  bağlıdır».  Məsələn,  İtaliyada 
aqroturizmin  3  istiqamətini  ayırırlar:  «təbiət  və  sağlamlıq», 
«ənənəvi  qastrokomiya»  və  «idman».  Ekoturizmlə  daha  çox 
kurort yerlərinin,  qoruqların  və  milli  parkların  ərazilərində  kənd 
yaşayış məntəqələrinin aid olduğu birinci istiqamət əlaqəlidir.
Ətraf mühit üzrə Kanada məsləhət şurası (Canadian Environ­
mental  Advisory  Council)  ekoturizmə  öz  təyinatını  təklif etmiş­
dir.  O,  həmin  məsələyə  müasir  baxışları  və  yanaşmaları  daha 
konkret  birləşdirir,  həmçinin  ekoturizm  təşkilatlan  tərəfindən 
geniş istifadə olunur.
«Ekoturizm -   yerli  əhalinin  maraqlanna  hörmətlə  yanaşaraq 
ekosistemin  qorunmasına  öz  töhfəsini  verən  və  təbiətin  dərk 
olunması ilə bağlı olan turizm növüdür».
Bütün  araşdırılan  variantlan  ümumiləşdirərək  ekoturizmin 
üç əsas komponentini ayırmaq olar:
1) 
«təbiətin 
dərk 
olunması» 
yəni 
səyahətlə 
təbiət 
elementlərinin  mövcudluğunun  öyrənilməsi,  turistlərin  yeni 
biliklər, vərdişlər almasını nəzərdə tutur;
2)  «ekosistemin  qorunması»  nəinki  marşrutda  qrupların 
müvafiq  davranışını,  həm  də  ətraf  mühitin  mühafizəsi  üzrə 
tədbirlərdə,  proqramlarda  turoperatorlann,  turistlərin  iştirakını 
nəzərdə tutur;
3)  «yerli  əhalinin  maraqlanna hörmət» -  təkcə  yerli  qanunlara 
və adətlərə riayət olunması deyil, həm də turizm bölməsinin sosial- 
iqtisadi  inkişafında  turizmə  qoyulan  vəsaitdir.  Necə  deyərlər, 
səyahətçi olmaq sənəti -  yaxşı qonaq olmaq sənətidir.
Dünyanın  m üxtəlif  regionlannda,  xüsusən  də  dağlıq 
regionlarda  təbiəti  mühafizə  tədbirlərinin  aparılması  təcrübəsi 
göstərir ki,  işi  «torpaqla yox,  adamlarla» aparmaq  lazımdır, yəni 
onlann  evinin  və  uşaqlannm  gələcəyinin  yaşayış  mühitinin 
yaradılmasında  və  idarə  olunmasında  yerli  əhalinin  aktivliyini 
stimullaşdırmaq lazımdır.


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə