Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə8/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   67

30
Bu  komponentlərin  hər  hansı  biri  olmazsa,  o  zaman
______________________ Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Gülalıyev
ekoturizm haqqında danışmağa dəyməz.
Aşağıdakı  cədvəldə  ekoturizmin  mahiyyətini  müəyyən  edən 
və çatışmayan cəhətləri verilmişdir.
Ekoturizmin  mahiyyətini müəyyən etmə və 
çatışmazlıqları
E k o tu r iz m in   m a h iy y ə tin i m ü ə y y ə n  
e tm ə
Ç a tışm a z lıq la r
B itk i,  heyvan n övlərin i, h əm çin in  yerli 
m əd ən iy y ət nüm unələrini m üşahidə et­
m ək,  zö v q  alm aq m əq səd i ilə  m illi park­
lara v ə  digər təbii  ob yektlərə b aş çəkm ə
Y erli  əhalinin maraqları  və 
ek o sistem  qorunması nəzərə 
alınm ır
T əbiət  haqqında bilikləri  zəngin ləşd irən , 
ek osistem i  qorum ağa köm ək  ed ən ,  bu 
zam an  təbii m ühit sakinlərini  toxunul­
m am ış  saxlayan  dərkedici  səyah ət
Y erli  əhalinin maraqlarım 
nəzərə alınm am ası
Yerli əhalinin rifahım yaxşılaşdıran və təbi­
ət obyektlərini qoruyan məsuliyyətli  turizm
Turistlərin  təbiəti dərk 
etm əsin i  istisna edir
V əh şi heyvanlar v ə  yabanı  bitkilərdən 
həm çin in  m əd ən iyyət abidələrindən  zövq 
alm aq  və  tədqiq etm ək  m əq səd ilə 
nisbətən  toxunulm am ış  yerlərə  səyahətin 
daxil  olduğu  turizm
E kosistem   qorunur, yerli 
əhalinin m araqlan nəzərə 
alınmır.
M ühafizə olunan  ərazilərin uzunmüddətli 
m üdafiəsi və idarə olunmasına köm ək 
edən, adekvat m enecm ent rejimində həyata 
keçirilən, dağıdıcı  olm ayan, nisbətən toxu­
nulmamış təbii mühitə əsaslanan  turizm
Y erli  əhalinin  maraqları 
n əzərə alınmır.
Ə traf mühitə  həssas  turizm
Yerli əhalinin maraqlan və 
ekosistemin qorunması nəzərə 
alınm ır
İqtisadi  səm ərə götürülm əsi, eyn i 
zam anda  ek osistem ə toxunm am aq, 
m ədəniyyəti v ə  təbiətin  tarixini başa 
düşm ək m əqsədi  ilə səyahət
Y erli  icm aların maqaqlarının 
n əzərə alınm ası  v ə  ek osiste­
min  qorunm ası  yaddan çıxır.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gülalıyev
31
Bütün  yuxarıda  araşdırılan  mənalar  əsas  suala  cavab  vermir: 
nə  üçün  məhz  bu  gün  ekoturizm  mövzusuna  önəm  verilir? 
Problem hələ 30 il əvvəl ortaya çıxmışdı və artıq o zaman turizm 
ehtiyatlarının 
səmərəli 
istifadəsinin 
vacibliyi 
haqqında 
danışırdılar.  Bu  turizm  növünün  digərlərindən  prinsipial  fərqi 
nədir?  Bu  suala  cavab  verməklə  biz  ekoturizmi  necə  və  harada 
inkişaf etdirmək,  kimə  arxalanmaq,  harada  maneəni  qarşılamaq 
lazım olduğunu anlaya bilərik.
Artıq  yuxanda  qeyd  olunduğu  kimi  «ekoturizm»  termini 
alimlər, turizm analitikləri tərəfindən yox, marketoloqlar tərəfin­
dən  təklif  edilmişdir,  yəni  ekoturizm  ekotura  tələbat  göstərən 
turistlərin  öz  istehlakı  nəticəsində  meydana  çıxmışdır.  Əgər 
əvvəllər  dayanıqlı  inkişafla  turistlərin  təklifini  formalaşdıran 
turizm  təşkilatları  (turfırmalar,  turizm  üzrə  idarələr)  məşğul 
olurdusa,  lakin  ekoturizm  təbiətin,  mədəni  irsin  öyrənilməsində 
və  mühafizəsində  yeni  qrupların  və  ictimai  istehlakm  meydana 
çıxması,  yəni  tələb  nəticəsində  əmələ  gəlmişdir.  Beləliklə, 
ekoturizm  -   yeni,  turoperatorlarm  real  təsirə  iqtisadi  cəhətdən 
daha  çox  malik  olduğu  niyyət  formasıdır.  Səyahət  turizmi 
cəmiyyətinin  sədri  Ceyms  Pirsonun  fikri  də  təsadüfi  deyildir: 
«Ekoloji  məsuliyyətli  turizm  kimi  qeyri-müəyyən  terminləri 
istifadə  edən  adamlar  praktikada  turizmdən  çox  uzaqdır.  Onlar 
sadəcə  turistlərin  təhlükəsizliyini  təmin  etmək,  yerli  əhali  ilə 
gözəl  münasibətləri  qoruyub  saxlamaq,  sürücülərə,  bələdçilərə 
haqq ödəmək,  turist qruplarına xidmət etməklə  asan olmayan  bu 
çörəyi 
qazanmağın 
necə 
olduğunu 
təsəvvür  etmirlər... 
Mübahisəsiz  demək  lazımdır  ki,  iqtisadiyyat  -   ekoturizmin 
ötürücü qayışıdır».
Beləliklə, bizim fikrimizə görə ekoturizmin mənası aşağıdakı 
kimi  olmalıdır:  «Ekoturizm  yerli  əhalinin  maraqlarına  hörmətlə 
yanaşaraq  ekosistemin  qorunmasında  vəsaitlərin  qoyulması  və 
təbiətin  dərk  olunmasında  turistlərin  istehlakı  ilə  bağlı  olan, 
turistlərin tələbatına əsaslanmış turizm növüdür».


32
Bütün  bunları  ümumiləşdirərək  biz  görürük  ki,  ekoturizmin 
hərəkətverici  gücü  -   turbiznesdir.  Ekoturizmin  inkişafının 
aparıcı  amilinin  turizm  ehtiyatları  olduğu  haqda  təsəvvürlər 
tamamilə  yanlışdır.  Bu  səhv  hələ  1975-ci  ildə  rekreasiya 
coğrafiyası  üzrə  sovet  alimlərinin  əsərlərində  göstərilmişdir. 
Ekoturizmi  xüsusi  mühafizə  olunan  təbii  ərazilərin  sistemi, 
turizm  üzrə  milli  və  regional  idarələr  vasitəsi  ilə  dövlət  inkişaf 
etdirməlidir fikri də doğru deyildir.
Təəssüf  ki,  bəzi  ekspertlər  hələ  də  ekoturizm  məsələsində 
yanılırlar  və  bu  turizm  növünün  inkişafı  üzrə  öz  layihələrini 
turizm  üzrə  regional  idarələrə  ünvanlayırlar.  Belə  işlərdə  daha 
çox  vəsaitlər,  m üxtəlif  ekoturizm  təşkilatlarının  yaradılması 
layihələrinin  maliyyələşdirilməsi  üçün  borc  xarakteri  daşıyır. 
Qonşu  Rusiyanın  regionlarında  ekoturizmin  inkişafı  son 
nəticədə  tez-tez  müstəsna  olaraq  nəzəri  müstəviyə  keçir.  Bela 
vəziyyətə misal  olaraq  Baykal  gölündə  ekoturizmin inkişafı üzтэ 
birgə  konfrans  çərçivəsində  ekoturizm  üzrə  almaniyalı  va 
rusiyalı  ekspertlərin  görüşü  xidmət  etdi.  Nəzəriyyəçi  alimlərin 
konkret  tətbiqi  məsələləri  araşdırmaqdan  qaçması,  «ümumiy­
yətlə»  ekoturizm  haqqında  diskussiyaya  çalışması  tərəflərə 
ümumi dil tapmağa imkan vermədi.
Yuxarıda  adlan  çəkilən  mənalan  nəzərə  alaraq  görmək  olur 
ki,  məhz  turistlər  və  turbiznes  ekoturizmi  inkişaf  etdirir. 
Təsadüfi  deyildir  ki,  ekoturizm  üzrə  keniyalı  ekspert  Tereza 
Çerfas deyir ki,  «ekoturizm -  iqtisadi  turizmdir»,  tələb və təklifə 
əsaslanır.  Buna  görə  də  ekoturizmin  inkişafı  heç  də  inzibati 
metodlarla  yox,  yalnız  iqtisadi  mexanizmlərin  köməyi  ilə 
mümkündür.  Odur  ki,  söhbət  büdcədən  vəsait  ayrılması  haq­
qında  xahişlərdən  yox,  turizm  fırmalanna,  biznesmenlərə 
ünvanlanmış  investisiya  layihələri  haqqında  getməlidir.  Əks 
təqdirdə  biz  bazar  şəraitində  işləmək  qabiliyyətinə  malik  olan, 
güclü  turizm  sənayesi  yerinə,  ölkəmizdə  turist  müəssisələrinin 
inkişafını  ləngidən,  ziyanla işləyən müəssisələr əldə edəcəyik.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gülahyev
33
«Ekoturizmin»  mənalan  ilə  məlumatlardan  istifadə  edərək 
ekoturist  axınların  coğrafiyasını  və  istiqamətini  asanlıqla  izah 
etmək  olar.  Çünki  indi  onların  istiqaməti  inkişaf  etmiş 
ölkələrdən  (ABŞ,  Almaniya,  Yaponiya,  Böyük  Britaniya) 
inkişaf  etməkdə  olan  (Nepal,  Hindistan,  Pakistan)  ölkələrə 
yönəlmişdir.  Bu  ideyanı  işləyib  hazırlayarkən ekoturizmin  vətə­
ni  kimi ekoturistlərin ilk qruplarının  əmələ gəldiyi,  formalaşdığı 
yerləri hesab etmək lazımdır.
Buradan  həmçinin  aydın  olur  ki,  nə  üçün  bizim  ölkəmizdə 
daxili turizm növü kimi  ekoturizm zəif inkişaf etmişdir.  Belə ki, 
bizdə  hələ  həmin  turizm  növünə  tələbat  formalaşmamışdır, 
ekoturistlər  çox  azdır.  Bizim  həmvətənimiz  olan  turistlərin  çox 
az  bir  hissəsi  öz  vəsaitini,  vaxtını  və  gücünü  ətraf  mühitin 
mühafizəsinə  sərf  etməyə  hazırdır.  Bunun  nəticəsidir  ki,  turist 
təklifi  zəif  inkişaf  edir,  daxili  ekoturizmin  azsaylı  növünü  isə 
çox  vaxt dövlət vəsaiti hesabına maliyyələşən  sosial  turizmə  aid 
edirlər.
1.4.  Ekoturizmin növləri
Hazırda  ekoturizmi  və  ekoturları  dörd  növə  ayırırlar:  1 .Elmi 
turizm,  2.  Təbii  tarixi  tur,  3.  Macəra turizmi,  4.  Xüsusi  qorunan 
təbiət ərazilərinə  səyahət.
1. 
Elmi  turizm.  Turistlər  elmi  ekoturlann  gedişində  təbiətin 
müxtəlif  növlü  tədqiqində  iştirak  edirlər,  sahə  müşahidələri 
aparırlar.  Məsələn,  Latın  Amerikasında  quşların  davranışı  üzrə 
müşahidə  ilə  bağlı  olan,  Sakit  okeanda  balinaların  populyasiya- 
lannın  sayı  ilə  əlaqədar  olan  ekoturlar  hamıya  məlumdur.  Adə­
tən,  belə  qruplarda  turist  yerləri  kimi  xüsusi  mühafizə  olunan 
ərazilər çıxış  edir:  qoruqlar, yasaqlıqlar,  milli  parklar, təbiət abi­
dələri.  Elmi  turizmə  həmçinin  xarici  elmi-tədqiqat  ekspedisiya­
ları,  universitetlərin  və  institutların  təbiət  elmləri  fakültələrində 
təhsil alan tələbələrin çöl praktikaları aid edilir.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gülahyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə