Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

34
2.  Təbii  tarixi  turlar.  Bu  yerli  mədəniyyəti  və  ətraf  təbiəti 
dərk etməklə əlaqədar olan səyahətdir.  Adətən, belə turlar xüsusi 
təchiz  olunmuş  ekoloji  cığırlardan  keçən,  tədris,  elmi-kütləvi və 
tematik  ekskursiyaların  məcmusunu  özündə  təmsil  edir.  Hər 
şeydən  əvvəl  onlar  həmçinin  qoruqların  və  milli  parkların 
əraziləri  üzrə  təşkil  olunur.  Bura  həm  də  hərəkət  zamanı 
müəllimlərin,  bələdçilərin  təbiət  haqqında  ekskursiya  və  söhbət 
apardığı  məktəblərin  yürüşü  də  aiddir.  Ekoturizmin  bu  növü 
daha  çox  Almaniyada  məşhurdur.  Bu  səbəbdən  də  onu  həm  də 
«ekoturizmin inkişafının alman modeli» adlandırırlar.
3.  Macəra  turizmi.  Bu  növ  idman  nailiyyətlərinin qazanılması 
və  turistlərin  fiziki  formalarının  yaxşılaşdınlması,  yeni  hiss  və 
təəssüratların  alınması  məqsədinə  malik  olan  təbiətdə  (out  door) 
dincəlmək və aktiv üsullarla hərəkətlə bağlı olan bütün səyahətləri 
birləşdirir.  Bura  alpinizm,  qayaya  çıxma,  buza  çıxma,  dağ  və 
piyada  turizmi,  su,  xizək və  dağ  xizəyi  turizmi,  kanon,  at  turizmi, 
mauntbayk,  dayvinq  və  s.  kimi  turizm  növləri  aiddir.  Bu  turizm 
növlərindən  çoxu  yaxın  keçmişdə  əmələ  gəlmişdir  və  ekstremal 
hesab  olunur.  Belə  ki, böyük risklə əlaqədardır.  Bununla belə  o  ən 
tez  inkişaf edən,  gəlirli  lakin  baha  başa  gələn  ekoturizm  növüdür. 
Macəra  turizmini  çox  vaxt  turistlərin  macəra  həvəsinin  təbiəti 
mühafizə  motivlərini  burada  üstələməyi  ilə  əlaqədar  «ağır 
ekoturizm»  adlandırırlar.  Gələcəkdə ekoturizm haqqında danışdıq­
da biz həm də macəra turizmini nəzərdə tutacağıq.
Macəra  turizmini  çox  vaxt  turistlərin  aktiv  üsul  adlanan 
üsulun  köməyi  ilə  (piyada,  velosipedlə,  qayıqla,  sal  ilə  və  s.) 
yerlərini  dəyişdiyi  aktiv  turizmlə  və  idman  turizmi  ilə 
(alpinizmlə  və  s.)  eyniləşdirirlər.  Əslində  bu  tam  düzgün  deyil­
dir.
İdman  turizmi  yarışa  getmək  və  ya  idmanla  məşğul  olmaq 
məqsədi  ilə  səyahət  kimi  həm  də  səyahətlə  əlaqədar  olmayan, 
riskli  turizm  növlərini  də  özündə  birləşdirir.  Buna  misal  olaraq
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilahyev
35
təlim-məşq  toplantısına  yola  düşən  futbol  komandasını  və  ya 
xaricdəki  oyunlarda  öz  komandasının  ardınca  gedən  azarkeş- 
fanatları göstərmək olar.
Eyni  zamanda  macəra  turizmi  aktiv  hərəkət  üsulu  olmayan 
səyahət  növlərini  də  özündə  birləşdirir.  Məsələn,  cipinq  -  
yüksək  keçicilik  qabiliyyətli  avtomobillərdə  dərə-təpəlik  yerlər­
də  səyahət və ya BASE -  xüsusi paraşütlə uçan aparatlardan, dik 
qayalardan, 
yüksək 
antropogen 
obyektlərdən 
(tağşəkilli 
körpülər, teleqüllə və s.) və ya dərinsulu ərazilərə tullanmalardır.
Hazırda dünya bazannda macəra turizmi (adventure tourism) 
sadəcə  sərgüzəştlərlə  dolu  səyahət  deyil,  müstəsna  olaraq 
turistlər  üçün  qeyri-adi  elementləri  olan  turlardır.  Eyni  bir 
turoperator  bazarın  verilmiş  hər  hansı  seqmentində  xidmətin 
geniş  spektrini:  meşədə  bayağı  piyada  gəzintidən  Arktikaya 
ekspedisiyaya qədər təklif edə bilər.
Məsələn,  aparıcı  ingilis  turoperatoru  olan  «Exodus»  səyahət 
turlarının aşağıdakı  növlərini  təklif edir:
-  Diskovery  and  Adventura  Holiday  -   aktiv  yerdəyişmə  ilə 
planetin uzaq regionlarına səyahət;
-  Europlan  Destinations -  piyada və ya velosipedlə hərəkət 
etməklə avropa ölkələrinin xüsusi mühafizə olunan təbiət 
ərazilərinə (XMTƏ) qısamüddətli baha olmayan  turlar;
-  Walkinq  and  Frekkinq  -   macəra  turizminin  əsas  növüdür. 
Bu  xüsusi  ekoloji  cığırla yükləri daşımadan (turistlərin yüklərini 
xüsusi  yükdaşıyanlar  əllərində  və  ya  nəqliyyat  vasitəsi  ilə 
aparırlar) piyada səyahət yürüşüdür;
- Multi Aktivity  Holidays -  raftinq,  kanoniq,  speleologiya, 
qayaya dırmanmaq,  balıq  tutmaq, cippinqin daxil olduğu,  bir 
həftəyə yaxın müddətə, əhəmiyyətli  həcmdə  fiziki  iş nəzərdə 
tutan səyahətdir;
-  Overland  -   yaşayış  üçün  yenidən  xüsusi  təchiz  edilmiş 
yüksək  keçicilik  qabiliyyətinə  malik  olan  yük  avtomobillərində 
səyahətdir.  Adətən,  tur  isti  iqlimi  olan  ölkələrə  (Afrika,  Cənubi
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilahyev


Amerika,  Cənub-Şərqi  Asiya)  təşkil  olunur  və  turistlər  bir  səfər 
zamanı bir neçə  ölkəyə gedirlər.
4. 
Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinə,  təbii  rezer- 
vatlara səyahət XMTƏ-də olan nadir və  ekzotik təbii obyektlərin 
və  hadisələrin  yüksək  cazibədarhğı  çoxlu  turist  cəlb  edir.  Mə­
sələn,  Latm  Amerikasına  gəlmiş  turistlərin  48  %-i  təbii  rezer- 
vatlara səyahət etmək məqsədinə malikdir.  Əksər milli parkların, 
qoruqların  rəhbərliyi  ekoloji  ekskursiyanı  əsl  şouya  çevirirlər. 
Nümunə  kimi  qeyzerlərin  aktivlik  dövrü  ilə  əlaqədar  olan  və 
davametmə  müddəti  dəqiqələrə  görə  hesablanmış,  ABŞ-ın 
Yellostoun  milli  parkına  təşkil  olunmuş  ekskursiyanı  göstərmək 
olar.  Təbii  obyektlərin,  xüsusən  də  mağaraların  çox  tez-tez 
nümayiş  etdirilməsi  aborigenlərin  həyatından  müxtəlif teatrlaş- 
dırılmış  səhnələri  nümayiş  etdirən,  musiqi  və  altdan  işıqlandır­
ma  ilə  müşahidə  olunur.  Ekoturizmin bu növü daha çox  A vstra­
liyada  inkişaf  etmişdir.  Odur  ki,  onu  “ekoturizmin  inkişafının 
Avstraliya modeli” ilə eyniləşdirirlər.
1.5.  Ekoturizm  bazarının tutumu  və inkişaf  dinamikası
BMÜTT  məlumatlarına  görə  1993-cü  ildə  ekoturizmin 
payına  bütün  beynəlxalq  səyahətlərin  7  %-i  düşürdü,  ümum- 
dünya  ehtiyatlar  institutunun  hesablamalanna  görə  isə  dünya 
turizminin  ümumi  illik  artımı  zamanı  səyahətə  gələnlərin  4  % 
çoxalması  ekoturizmdən  gələn  gəlirlərin  dünyanın  müxtəlif 
regionlarında  hər  il  10-30  %  artması  ilə  nəticələnir.  Ən  yüksək 
göstəricilər  Asiya-Sakit  okean  turizm  regionu  üçün  xarak­
terikdir. 
Mütəxəssislərin 
fikrinə 
görə  bütün  beynəlxalq 
turistlərin 40  %-dən 60  %-ə  qədəri ekoturizm mərkəzlərinə gəlir 
ki,  onlardan  da  20-40  %-i  vəhşi  təbiətin  turizm  ehtiyatlan  ilə 
tanış edilmişdir.
Eyni zamanda demək olar ki, elə həmin templə ovçuluq və 
balıqçılıq turlarının iştirakçılarının sayı artır. Məsələn, dünyanın
36  ______________________ Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gii/alıyev
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıvev
37
ən böyük ovçular təşkilatı  olan  Beynəlxalq safari  klubuna (SCİ) 
hər il  500-ə yaxın yeni üzv daxil  olur.
Dünya ekoturist bazarının  böyümə  dinamikası  cədvəl  1  və  - 
də göstərilmişdir.
Cədvəl  l
Dünya ekoturizm bazarında beynəlxalq 
gəlmələrin  artım dinamikası (mln.  adam)
G östəricilər
1988
1994
2 0 1 0
G əlm ələrin  ümumi 
sayı
393
5 2 8 ,4
686,9
Ekoturistlərin 
m ənzil  başına gəlib  
çatması
157
211
274,3
Ekoturistlərin vəh şi 
təbiətin bələd 
edilm iş yerinə 
gəlm əsi
79
106
137,8
Cədvəl 2
Ekoturizmdən gələn gəlirlərin  artım  dinamikası (mld.dol. 
ABŞ)
G östəricilər
1988
1994
G əlm ələrin  ümumi  sayından 
gəlirlər
388
416
Ekoturistlərin m ən zil başına 
g əlib  çatm asından gəlirlər
93
166
V əh şi təbiətə b ələd   edilm iş 
turistlərdən gəlirlər
47
83
ABŞ-m  Səyahətlər  üzrə  informasiya  mərkəzinin  məlumat­
larına  görə  səyahət edən  amerikalıların  (8  mln.-a  yaxın  adam)  7 
%-dən  çoxu  ən  azı  bir  ekoturda  iştirak  etmişdir  və  30  %-dən


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə