2. Konstitusion məhdudiyyətlər
a. Ümumi hədlər
Konstitusiyanın 71-ci maddəsinə görə, hüquq və azadlıqlar bu maddədə nə -
zərdə tutulan səbəb və hallarda məhdudlaşdırıla bilər. Konstitusiyanın 71 -ci
maddəsində sadalanan səbəblər - müharibə, səfərbərlik, hərbi və fövqəladə və-
ziyyətdir. Diqqət yetirilməlidir ki, ictimai asayiş, ümumi asayiş, milli təhlükə-
sizik, ümümi əxlaq kimi səbəblərə əsaslanaraq Avropa Konvensiyası müəyyən
hüquqların lazımi dərəcədə məhdudlaşdırılmasına icazə ver ir. Bizim Konstitusi-
yamızda bunlar məhdudlaşdırma səbəbi kimi nəzərdə tutulmur. Lakin Konstitu -
siyada nəzərdə tutulmayan bu məhdudlaşdırma şərtləri, normativ tənzimləmə -
lərdə var.
Avropa Konvensiyası bütün hüquqları əhatə etmir. Hansı hüquqlar əhatə
olunur? Bunlar yaşamaq hüququ, qeyri-insani rəftara məruz qalmamaq hüququ,
azadlıq hüququ, ədalətli məhkəmə araşdırması hüququ, şəxsi həyatın toxunul -
mazlığı, din və vicdan azadlığı, fikir və söz azadlığı, sərbəst toplaşmaq və bir -
|