İnzibati hüquq
11
funksional mənada, daha əvvəl qeyd etdiyimiz kimi, bəzi nadir halarda məh-
kəmə orqanları da idarəetmə fəaliyyətini həyata keçirə bilər.
3. İcra Hakimiyyəti və inzibati orqanlar
Qanunvericilik və məhkəmə hakimiyyətindən kənarda qalan inzibati orqanla-
rın, icra hakimiyyəti (İH) daxilində yerini necə müəyyən etmək olar? Sualı tərsinə
də qoya bilərik – icra hakimiyyətinin idarəetmə (inzibati orqanlar) arasında yeri
nədir?
Onu qeyd etmək istəyirik ki, bəzi qanunlarda “icra hakimiyyəti” və “idarəetmə
orqanları” eyni mənada işlənir. Məsələn, «Antiinhisar fəaliyyəti haqqında»
Qanunun 4-cü maddəsində olduğu kimi , orada “idarəetmə orqanı” anlayışından
istifadə olunur. Lakin aşağıda görüləcəyi kimi, “idarəetmə orqanları” termini
ölkəmiz baxımından “icra hakimiyyəti” terminindən daha genişdir. Çünki bu
anlayışa, mərkəzi İH orqanları ilə yanaşı, bələdiyyələr, universitetlər, bəzi Şuralar,
kollegiyalar, hətta xüsusi hüquq şəxsləri belə
15
daxil ola bilər.
Burada “siyasi orqan” ilə “inzibati orqan” anlayışları arasındakı fərqə toxun-
malıyıq. Siyasi orqan siyasi fəaliyyət icra edir, siyasi fəaliyyət mahiyyəti etibarı ilə
inzibati hüquqa aid deyildir. Məsələn xarici siyasət fəaliyyəti kimi. İcra
hakimiyyəti orqanları bəzən siyas i orqan qismində çıxış edir və siyasi fəaliyyət icra
edir. Belə hallar olduqda bunlar inzibati hüququn predmetinə aid olmur. Lakin
mümkündür ki, bir orqan həm siyasi fəaliyyət, həm də inzibati fəaliyyət icra etsin:
bunlardan ancaq inzibati fəaliyyət bizim üçün maraq doğuracaq.
Ali icra hakimiyyəti ölkəmizdə Prezidentin əlində toplanır. Əslində, Konsti-
tusiyanın özü, icra hakimiyyətinin Prezidentə mənsub olduğunu müəyyən edir.
Xatırlatmaq lazımdır ki, sovet hüququnda olan “dövlət idarəetmə orqanı” ter -
minini 1995-ci il Konstitusiyası qəbul etməyib. Onun yerinə “icra hakimiyyəti
orqanı” işlədilir, lakin bu terminlərin eyni olmadığını vurğulamaq lazımdır; ikinci
daha dar məna ifadə edir.
16
Nazirlər Kabineti Prezidentin icra funksiyasını həyata
keçirən köməkçi orqandır. Administrasiyanı Prezidentdən və NK-dan ayrı şəkildə
düşünmək olarmı? Demək olarmı ki, o rqanik mənada “administrasiya/idarə”
Prezident və NK-nın tam xaricində olub, icra hakimiyyətinin ayrı bir qanadını
təşkil edir?
Məsələyə müxtəlif yönlərdən yan aşmaq lazımdır. Məsələn, yerli icra haki-
miyyətlərini tənzimləyən Konstitusiyanın 124 -cü maddəsi “yerlərdə icra haki-
miyyəti (idarəetmə) yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilir” de -
15
Əgər ictimai xidmətin inhisarçı qaydada icra edilməsi xüsusi hüquq şəxsinə tapşırılıbs a.
16
Abdullayev Elşad. AR-in 12 noyabr 1995-ci il Konstitusiyasının qəbulundan sonra inzibati hüquq
elminin inkişafı, “Dövlət və hüquq” jurnalı, 1999, № 1 -3.
|