2. Bələdiyyə qulluğunun təşkili
Bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri
bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata keçirir və aşağıdakı
vəzifələri daşıyırlar:
-
Qanunun yerinə yetirilməsinə nəzarət;
-
ixtisasartırma sahəsində işin təşkili;
-
bələdiyyə qulluqçularının yerdəyişməsinə dair təkliflər verilməsi;
-
bələdiyyənin qəbul etdiyi qərarların icra edilməsi.
Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçir -
mək üçün yaradılan icra strukturlarının rəhbərləri bələdiyyənin qərarına əsasən,
başqa işçilər isə bələdiyyə sədrinin əmri ilə təyin edilir.
Bələdiyyə qulluğuna daxil olmaq üçün, dövlət qulluğunda olduğu kimi,
qanunvericiliklə imtahan sistemi nəzərdə tutulmayıb. Lakin müasir
dövlətlərdəki praktikanı nəzərə alsaq, demək mümkündür ki, ölkəmizdə də
bələdiyyə qulluğuna girmək üçün mərkəzi imtahan sistemi nə vaxtsa tətbiq
olunacaq. Bu, şəffaflığın təmin edilməsi və idarəetmənin səmərəliliyin
|