Dərs vəsaiti. Bakı, 2012, 325 səh. Rəyçilər: iqtisad elmləri doktoru, prof



Yüklə 2,79 Kb.

səhifə1/68
tarix17.09.2018
ölçüsü2,79 Kb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   68


 
 
 


Səfərov  Q.Ə.,  Əliyev  N.M.,  Cəlilova  S.C.  Maliyyə 
menecmenti: əsas anlayışlar, məsələlər, işgüzar situasiyalar 
və testlər. Dərs vəsaiti. Bakı, 2012, 325 səh. 
Rəyçilər: iqtisad elmləri doktoru, prof. 
M.A.Məmmədov (Azərbaycan Memarlıq və İnşaat 
Universiteti) 
iqtisad elmləri doktoru, prof. 
Q.S.Süleymanov (Azərbaycan Dövlət Neft 
Akademiyası) 
Elmi redaktor; iqtisad elmləri namizədi, dos. 
M.Ə.Əliyev 
Dərs  vəsaitində  maliyyə  menecmentinin  məqsəd  və 
vəzifələri, iqtisadi proseslərdə onun yeri və rolu verilmişdir. 
Burada müəssisə səviyyəsində maliyyənin idarə edilməsinin 
əsas  məsələləri,  xüsusilə  müəssisənin  əmlakı  və 
kapitalından  istifadənin  səmərəliyi,  dövriyyə  aktivləri  və 
kreditor borclannın idarə edilməsi, müəssisənin investisiya 
fəaliyyətinin 
idarə 
edilməsi, 
maliyyə 
risklərinin 
hesablanması və onların idarə edilməsi metodları şərh edilir. 
Öyrənilən mövzuların hər birinə aid praktiki məsələlər həll 
edilir və testlər verilir. 
Dərs  vəsaiti  ali  məktəblərin  iqtisadiyyat  fakültəsində 
magistr  və  bakalavr  pilləsində  təhsil  alan  tələbələr  üçün 
nəzərdə  tutulmuşdur.  Ondan  həmçinin  ali  məktəb 
müəllimləri və sahibkarlar da bəhrələnə bilərlər. 
ISBN
 
978
-
9952
-
440
-
35-3 
© MSA, 2012 


M U N D Ə R I C   A T  
GİRİŞ ............................................................ 5 
I.
 
MALİYYƏ MENECMENTİNİN MAHİYYƏTİ 
VƏ TEXNOLOGİYASI .................................... 9 
II.
 
MÜƏSSİSƏNİN ÖDƏMƏ FƏALİYYƏTİNİN 
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ OPTİMAJ. 
QƏRARLARIN SEÇİLMƏSİ ................. 20 
2.1.
 
Mövzunun nəzəri-metodoloji əsaslan ....... 20 
2.2.
 
Mövzuya aid praktiki məsələlər və işgüzar 
situasiyalar ................................................. 26 
2.3.
 
Mövzuya aid testlər ..................................... 35 
III.
 
MÜƏSSİSƏNİN DÖVRİYYƏ AKTİVLƏRİ 
VƏ KREDİTOR BORCLARININ İDARƏ 
EDİLMƏSİ .............................................. 39 
3.1.
 
Mövzunun nəzəri-metodoloji əsaslan ....... 39 
3.2.
 
Mövzuya aid praktiki məsələlər və işgüzar 
situasiyalar ................................................. 48 
3.3.
 
Mövzuya aid testlər ................................... 67 
IV.
 
MÜƏSSİSƏNİN ƏMLAKI VƏ KAPİTALINDAN 
İSTİFADƏNİN SƏMƏRƏLİLİYİ ........  
71 
4.1.
 
Mövzunun nəzəri-metodoloji əsaslan ....... 71 
4.2.
 
Mövzuya aid praktiki məsələlər və işgüzar 
situasiyalar ................................................. 83 
4.3.
 
Mövzuya aid testlər ................................... 93 
V.
 
SATIŞDAN ALINAN MƏDAXİL VƏ 
SATIŞIN RENTABELLİK SƏVİYYƏSİNİN 
İDARƏEDİLMƏSİ ................................  97 
5.1.
 
Mövzunun nəzəri-metodoloji əsaslan ....... 97 
5.2.
 
Mövzuya aid praktiki məsələlər və işgüzar 
situasiyalar .................................................102 
5.3.
 
Mövzuya aid testlər .................................. 129 


VI.
 
MÜƏSSİSƏDƏ MALİYYƏ 
PLANLAŞDIRILMASI VƏ ONUN 
İDARƏEDİLMƏSİ .................................  134 
6.1.
 
Mövzunun nəzəri-metodoloji əsaslan .......   134 
6.2.
 
Mövzuya aid praktiki məsələlər və işgüzar 
situasiyalar .................................................. 141 
6.3.
 
Mövzuya aid testlər....................................  150 
VII.
 
MÜƏSSİSƏNİN İNVESTİSİYA FƏALİYYƏTİ 
VƏ ONUN İDARƏ EDİLMƏSİ .......................  155 
7.1.
 
Mövzunun nəzəri-metodoloji əsaslan ....... 155 
7.2.
 
Mövzuya aid praktiki məsələlər və işgüzar 
situasiyalar .................................................  174 
7.3.
 
Mövzuya aid testlər .......  
190 
VIII.
 
MALİYYƏ RİSKİ VƏ ONUN İDARƏ 
EDİLMƏSİ .........................................................  194 
8.1.
 
Mövzunun nəzəri-metodoloji əsaslan ....... 194 
8.2.
 
Mövzuya aid praktiki məsələlər və işgüzar 
situasiyalar .................................................. 212 
8.3.
 
Mövzuya aid testlər ..................................... 222 
IX.
 
MALİYYƏ ƏMƏLİYYATLARININ 
SƏMƏRƏLİLİYNİN HESABLANMASI........ 226 
X.
 
MALİYYƏ MENECMENTİNİN İNFORMASİYA 
BAZASI .............................................................  263 
XI.
 
MÜƏSSİSƏDƏ MALİYYƏ TƏHLİLİ ............. 275 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT ...........  302 
MALİYYƏ TEIUVdNLƏRİ LÜĞƏTİ .............  304 


G İ R İ Ş  
Maliyyə  -  məhsulun  istehsalı  (iş  və  xidmətin  yerinə 
yetirilməsi)  və  satışı  prosesində  əmələ  gələn  və  pul 
vəsaitlərinin  formalaşdırılması  və  istifadəsini,  geniş  təkrar 
istehsal  prosesində  vəsaitlərin  dövr  etməsini,  habelə  digər 
müəssisə və təşkilatlarla, o cümlədən büdcə, bank, sığorta və 
başqa  təşkilatlarla  qarşılıqlı  əlaqənin  təşkil  olunmasını 
şərtləndirən  münasibətlərinin  məcmusudur.  Maliyyə 
menecmenti isə göstərilən həmin proseslərin idarə edilməsi 
haqqında  elmdir.  Müəssisə  maliyyəsinin  idarə  edilməsi 
müəssisənin qarşısına qoyduğu konkret məqsədə nail olmaq 
üçün zəruri olan maliyyə metodlarının işlənib hazırlanmasını 
nəzərdə  tutur,  hansı  ki,  bunlar  onun  maliyyə  vəziyyətinin 
dayanıqlı və möhkəm olması üçün təminat yaradır. 
Maliyyə  menecmenti  eyni  zamanda  daha  düzgün 
maliyyə  qerarlannm  qəbulu  üçün  konkret  maliyyə 
meyarlannm  işlənib  hazırlanması  və  seçilməsini,  habelə 
müəssisənin fəaliyyətinin mövcud vəziyyəti uçota alınmaqla 
həmin meyarlann praktiki olaraq istifadə olunmasını özünə 
daxil edir. 
Müəssisə maliyyəsinin idarə edilməsi üçün ilkin baza 
kimi  onun  faktiki  maliyyə  vəziyyəti  çıxış  edir.  Bu, 
müəssisənin  maliyyə  resursları  və  əmlakının  idarə 
edilməsinin  nə  dərəcədə  səmərəli  olduğu,  maliyyələşdirmə 
mənbələrinin xüsusi və cəlb olunmuş vəsaitlərin 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   68


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə