Dərs vəsaiti. Bakı, 2012, 325 səh. Rəyçilər: iqtisad elmləri doktoru, prof



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə2/68
tarix17.09.2018
ölçüsü2,48 Mb.
#69119
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68

payına  düşməsinin  hansı  səviyyədə  təşkil  olunduğu,  satışın 
rentabelliyinin, 
aktivlərin 
dövretməsi 
və 
istehsal 
potensialından  necə  istifadə  olunduğu  kimi  suallara  cavab 
verməyə imkan yaradır. 
Maliyyə  menecmenti  maliyyənin  idarə  edilməsi 
mexanizmi  anlayışı  ilə  və  yaxud  təsərrüfat  mexanizminin 
tərkib  hissəsi  olan  maliyyə  mexanizmi  ilə  sıx  qarşılıqlı 
əlaqədardır. Onu bütün səviyyələrdə istehsal prosesinin idarə 
edilməsinin  iqtisadi  forma  və  metodlannm  kompleksi  kimi 
müəyyən etmək olar. 
Maliyyə  menecmenti  hər  bir  təsərrüfat  fəaliyyətində 
yaranmış  maliyyə  vəziyyətinin  qiymətləndirilməsinə 
çoxvariantlı  yanaşmanı  nəzərdə  tutur.  Ekstremal  şəraitdə 
maliyyə  məsələlərinin  idarə  edilməsi  modelinin  işlənib 
hazırlanması, 
maliyyə 
risklərinin 
dərəcələrinin 
hesablanmasının, 
alınan 
nəticələrin 
düzgünlüyünün 
qiymətləndirilməsi və konkret' idarəetmə qərarlarının qəbul 
edilməsində  maliyyə  menecmentinin  xüsusi  əhəmiyyəti 
vardır. 
«Maliyyə  menecmenti»  tədris  fənni  iqtisadi  fənlər 
sistemində mühüm  yer tutur. Bu fənnin tədris olunmasında 
əsas məqsəd aşağıdakılardan ibarətdir
-
 
maliyyə və onun idarə edilməsi haqqında tələbələrdə 
zəruri lazımi biliklər sistemini formalaşdırmaq; 
-
 
maliyyə və maliyyə menecmentini xarakterizə edən 
anlayışları tələbələrə aşılamaq; 


-
 
maliyyə  münasibətlərinin  bütün  elementlərinin 
qarşılıqlı  əlaqəsini,  bu  münasibətlərin  iqtisadi-riyazi 
modellərinin qurulması və onun mahiyyətini açıqlamaq; 
-
 
maliyyə  məsələləri  haqqında  qərar  qəbul  etmək, 
onların 
konkretləşdirilməsi 
və 
həyata 
keçirilməsi 
mexanizmini tələbələrə öyrətmək
-
 
investisiya layihələrinin qiymətləndirilməsi və 
investisiya 
portfelinin yaradılması 
mexanizmini 
açıqlamaq; 
-
 
təsərrüfat  subyektlərinin  maliyyəsinin  idarə 
edilməsi  mexanizmi  və  onun  təşkilinin  düzgün  iqtisadi 
qiymətləndirilməsini tələbələrə öyrətmək
~  maliyyə  əməliyyatlarının  apanlmasının  idarə 
edilməsinin  iqtisadi 
səmərəliliyinin 
hesablanması 
qaydalan haqqında bilikləri tələbələrə açıqlamaq. 
Bir  faktı  qeyd  etmək  lazımdır  ki,  bu  gün  də  bəzi 
iqtisadçı alimlər maliyyə menecmentinin bir elm kimi çıxış 
etməsinə  mübahisəli  yanaşırlar.  Onlann  fikrincə  maliyyə 
menecmenti xüsusi predmet və metoda malik deyildir. Lakin 
qeyd  etmək  lazımdır  ki,  bu  heç  də  belə  deyildir.  Onu 
mikroiqtisadiyyat  səviyyəsində  pul  axınlarının  idarə 
edilməsini,  yəni  təsərrüfat  subyektlərinin  mali>yə 
resurslarının hərəkətinin idarə edilməsini bu elmin predmeti 
hesab etmək olar. 
Ölkəmizdə  bazar  münasibətlərinin  tam  formalaşdığı 
bütün sahələrində yüksək peşəkarlığa, dərin və hərtərəfli 


biliklərə  rnalik  ixtisaslı  kadrların  hazırlanması  vacibdir. 
Xüsusilə  də  maliyyə  kimi  incə  və  mürəkkəb  bir  sahədə 
fəaliyyət  göstərən  maliyyəçilərin  üzərinə  daha  böyük 
məsuliyyət  düşür.  Maliyyə  sahəsində  yaradıcı,  təşəbbüskar 
kadrlann  hazırlanmasmdə  şübhəsiz  ki,  maliyyənin  və  onun 
idarə  edilməsinin  daha  dərin  və  hərtərəfli  öyrənilməsinin 
mühüm rolu vardır. 
Dərs 
vəsaitində 
verilmiş 
materiallann 
tam 
mənimsənilməsinin  yaxşılaşdırılması  məqsədi  ilə  hər  bir 
mövzunun axırında praktiki məsələlər və onlann həlli yolları, 
habelə  test  tapşınqlan  verilmişdir.  Onlann  məntiqi  olaraq 
ardıcıl  öyrənilməsi  biliklərə  uğurla  yiyələnməyə  təminat 
verir. 
Təqdim  edilən  dərs  vəsaiti  əsasən  iqtisadi  təmayüllü 
ixtisaslar  üzrə  təhsil  alan  tələbələr,  magistrantlar,  həmçinin 
maliyyə-kredit  məsələlərini  müstəqil  öyrənən  geniş  oxucu 
kütləsi üçün nəzərdə tutulmuşdur. 
Müəlliflər  hesab  edirlər  ki,  oxuculara  təqdim  edilən 
kitab  çatışmamazlıqlardan  azad  deyildir.  Dərs  vəsaiti 
haqqında  hər  hansı  bir  konstruktiv  tənqid,  qeyd  və  rəyləri 
minnətdarlıqla qəbul ediləcəkdir. 


I.
 
MALIYYƏ MENECMENTININ MAHIYYƏTI 
və 
TEXNOLOGİYASI 
Maliyyə menecmenti - ingiliscə finansial menegement 
-  maliyyənin  idarə  edilməsi,  yəni  müəssisənin  pul 
dövriyyəsinin, maliyyə resurslarının formalaşması və istifadə 
edilməsi  prosesinin  idarə  edilməsi  deməkdir.  İdarəetmə 
prosesi  zamanı  müəssisədə  maliyyə  resurslarından  nə 
dərəcədə səmərəli istifadə olunması müəyyən edilir, mövcud 
olan  ehtiyat  imkanlan  aşkar  olunur  və  həmin  ehtiyatlardan 
istifadə  olunması  üçün  daha  optimal  idarəetmə  qərarları 
işlənib  hazırlanır  və  həyata  keçirilir.  Konkret  təsərrüfat 
subyekti  səviyyəsində  isə  maliyyə  menecmentinə  kapitalın 
idarə edilməsi sistemi kimi baxmaq olar. 
Maliyyə  menecmentinin  məqsədi  elə  maliyyə  üsul, 
vasitə və alətlərinin işlənib hazırlanaraq tətbiq edilməsidir ki, 
onlar  bütövlükdə  müəssisənin  və  onun  ayrı-ayn  strateji 
təsərrüfat  vahidlərinin  öz  qarşılanna  qoyduqlan  məqsədlərə 
nail ola bilmələrinə imkan yaratsın. Maliyyə sahəsində belə 
məqsədlərə  mənfəətin  maksimumlaşdırılması,  səhmdarlann 
və  yaxud  sahibkarların  gəlirlərinin  artırılması,  rəhbər 
işçilərin  gəlirlərinin  artırılması,  firmanın  səhmlərinin 
dəyərinin yüksəldilməsi və s. aiddir. Maliyyə menecmentinin 
əsas  vəzifəsi  isə  həm  müəssisədaxili,  həm  də  xarici 
maliyyələşdirmə mənbələri arasında maliyyə 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə