Dərs vəsaiti. Bakı, 2012, 325 səh. Rəyçilər: iqtisad elmləri doktoru, prof



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə3/68
tarix17.09.2018
ölçüsü2,48 Mb.
#69119
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68

ehtiyatlannın səmərəli hərəkətinin təmin olunması üzrə qərar 
qəbul edilməsidir. 
Bütövlükdə menecment anlayışına üç tərəfdən baxmaq 
olar: 
-
 
iqtisadi idarəetmə sistemi kimi
-
 
idarəetmə aparatı kimi; 
-
 
sahibkarlıq fəaliyyəti forması kimi. 
Menecment ümumi halda idarəetmənin metod
prinsip,  formalan  daxil  olmaqla  istehsalın  iqtisadi  idarə 
edilməsi  sistemi  kimi  müəyyən  edilir.  Daha  doğrusu, 
menecmentə  idarəetmə  nəzəriyyəsi  və  səmərəli  rəhbərliyin 
praktiki nümunələri aid edilir. İdarəetmə idarəedici təsirlərin 
işlənib  hazırlanması  və  həyata  keçirilməsi  prosesidir. 
İdarəetmə  təsirləri  isə  idarəetmənin  məqsədinə  nail  olmaq 
üçün nəzərdə tutulan idarəetmə obyektinə təsir göstərməkdir. 
İdarəedici  təsirin  işlənməsi  özünə  zəruri  informasiyalann 
toplanması,  işlənməsi,  ötürülməsi,  habelə  qərarlann  qəbul 
edilməsini daxil edir. Menecment özünün bütün qərarlarında 
iqtisadi  fikirləri  rəhbər  tutur.  Ona  görə  də  menecmentin 
göstərdiyi  bütün  təsirlər  iqtisadi  xarakterli  tədbirlər  kimi 
çıxış  edir.  Maliyyə  menecmenti  ilk  növbədə  pul  axını  və 
dövriyyə vəsaitlərinin idarə edilməsinə yönəldilir. Ona görə 
də maliyyə menecmenti özündə investisiya qərarlannm qəbul 
edilməsi haqqında məsələləri əks etdirir. 
Maliyyə menecmenti maliyyə resurslannm hərəkəti 
10 


və  uyğun  maliyyə  münasibətlərinin  təşkili,  maliyyə 
məsələlərinin  həlli  və  pul  axınının  idarə  edilməsinin 
səciyyəvi bir sistemidir. 
Maliyyə menecmenti özünə idarəetmənin strategiya və 
taktikasını daxil edir.  Bu zaman  strategiya  dedikdə  qarşıya 
qoyulan  məqsədə  nail  olmaq  üçün  maliyyə  vəsaitlərindən 
istifadə  üsulları  və  ümumi  istiqamətlər  başa  düşülür. 
Qərarlann qəbulu üçün müəyyən məhdudiyyətlər və qaydalar 
toplusu mövcud olur. Strategiya bütün digər variantlan rədd 
edib,  qəbul  olunan  strategiyaya  zidd  olmayan  qərar 
variantlanm  gücləndirir.  Qoyulan  məqsədə  nail  olduqdan 
sonra strategiya istiqaməti kimi və ona nail olma üsulu kimi 
öz  fəaliyyətini  dayandınr.  Konkret  şəraitdə  qoyulmuş 
məqsədə  nail  olmaq  üçün  konkret  üsullara  və  qaydalara 
taktika deyilir. İdarəetmə taktikasının məqsədi daha optimal 
qərarların  və  həmin  təsərrüfat  vəziyyətində  idarəetmənin 
səmərəli üsul və qaydalarının seçilməsindən ibarətdir. 
Maliyyə  menecmenti  idarəetmə  sistemi  kimi  iki 
yarımsistemdən ibarət olur: 
1)
 
idarə  edilən  yanmsistem  və  yaxud  idarəetmə 
obyekti; 
2)
 
idarəedici  yanmsistem  və  yaxud  idarəetmə 
subyekti. 
Maliyyə  menecmentinin  ümumi  sxemini  aşağıdakı 
kimi göstərmək olar (Sxem 1). 
11 


 
Ç I X I Ş  
Sxem 1. Maliyyə menecmentinin ümumi sxemi 
Maliyyə  menecmentində  idarə  olunan  obyektə 
maliyyə  resurslarının  hərəkəti,  təsərrüfat  subyektləri  və 
onların  bölmələri  arasında  mövcud  olan  maliyyə 
münasibətləri,  pul  axınının  həyata  keçirilməsi  şərtləri, 
kapitalın dövretməsi və s. daxildir. İdarəetmə subyekti kimi 
isə  idarə  edilən  obyektin  məqsədəuyğun  fəaliyyət 
göstərməsini təmin ktmək üçün müxtəlif idarəetmə forması 
kimi təsir göstərən xüsusi insan qrupu çıxış edir. Hər hansı 
bir  idarəetmə  obyekti  bir-birinə  qarşılıqifı  təsir  göstərən 
elementlərdən  ibarət  sistemdir.  Maliyyə  menecmenti  Öz 
gedişində özünəməxsus funksiyaları yerinə yetirir. 
12 


Maliyyə  menecmentinin  funksiyalan  idarəedici 
sistemin  strukturunun  formalaşmasım  müəyyən  edir. 
Maliyyə menecmentinin iki əsas funksiya tipi fərqləndirilir:
 
1) idarəetmə obyektinin funksiyaları; 
2) idarəetmə subyektinin funksiyalan. 
İdarəetmə obyektinin funksiyalarına pul dövriyyəsinin 
təşkili,  maliyyə  vəsaitləri  ilə  təmin  olunma,  investisiya 
alətləri, maliyyə işlərinin təşkili və s. daxildir. 
İdarəetmə  subyektinin  funksiyalan  isə  özündə 
təsərrüfat  prosesində  və  maliyyə  işlərində  insanların 
münasibətlərinə  müəyyən təsiri əks etdirir.  Bu funksiyalar, 
daha  doğrusu,  idarəetmə  fəaliyyətinin  konkret  növ  zəruri 
informasiyaların  toplanması,  sistemləşdirilməsi,  ötürülməsi 
və  saxlanması,  habelə  qərarlann  işlənməsi  və  qəbulundan 
ibarətdir.  İdarəetmə  subyektinin  aşağıdakı  funksiyaları 
fərqləndirilir:  planlaşdırma;  proqnozlaşdırma;  təşkil  etmə; 
tənzimləmə; koordinasiya; stimullaşdırma, nəzarət. 
Maliyyə  menecmentində  planlaşdırma  xüsusi  rol 
oynayır. Belə ki, maliyyə sahəsində komanda vermək üçün 
maliyyə tapşırığı və fəaliyyət proqramı tərtib etmək lazımdır 
ki,  buna  görə  də  maliyyə  resurslanndan  səmərəli  istifadə 
edilməsi  məqsədi  ilə  maliyyə  tədbirləri  planı  işlənib 
hazırlanmalıdır.  Maliyyə  planlaşdıniması  özündə  plan 
tapşırığının  işlənib  hazırlanması  üzrə  bütün  kompleks 
tədbirləri  əks  etdirir.  Bunun  üçün  maliyyə  planının 
hazırlanması məqsədi ilə onun metodikası və 
13 


metodologiyası  işlənməlidir  ki,  bu  sahədə  daha  səmərəli 
nailiyyətlər eldə edilsin. 
Maliyyə menecmentində proqnozlaşdırma bütövlükdə 
obyektin və onun ayrı-ayrı hissələrinin maliyyə vəziyyətinin 
uzunmüddətli  perspektivə  dəyişilməsini  xarakterizə  edir. 
Planlaşdırmadan  fərqli  olaraq  proqnozlaşdırma  verilmiş 
proqnozlann praktikada tam həyata keçirilməsini bir məqsəd 
kimi 
qarşıya 
qoymur. 
Proqnozlaşdırma 
dəyişilmə 
tendensiyasının  ekspert  qiymətləndirilməsi  uçota  alınmaqla 
keçmiş  və  gələcək  məlumatların  ekstrapolyasiyası  əsasında 
həyata keçirilir. Bəzi hallarda verilmiş proqnozlar ola bilsin 
ki, gözlənilən nəticələri verməsin. 
Maliyyə  menecmentində  teşkiletmə  funksiyası  hər 
hansı  normativ  və  qaydalar  bazasında  müxtəlif  maliyyə 
proqramlarının  həyata  keçirilməsinin  təşkil  olunmasını  əks 
etdirir. Bu zaman idarəetmə orqanının yaradılması, idarəetmə 
orqanlan  arasında  qarşılıqlı  əlaqənin  qurulması,  idarəetmə 
aparatının strukturunun yaradılması, norma və normativlərin 
işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir. 
Maliyyə  menecmentində  tənzimləmə  funksiyası 
mühüm rol oynayıb maliyyə məsələlərinin həlli üçün tərtib 
olunmuş  qrafik,  plan  tapşınqlan,  norma  və  normativlərdən 
kənarlaşmalann  aradan  qaldıniması  üzrə  cari  tədbirlərin 
işlənib hazırlanmasını əks etdirir. 
Koordinasiya funksiyası maliyyə məsələlərinin 
14 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə