Dərs vəsaiti. Bakı, 2012, 325 səh. Rəyçilər: iqtisad elmləri doktoru, prof



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə4/68
tarix17.09.2018
ölçüsü2,48 Mb.
#69119
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68

həllində  idarəetmə  aparatı  və  mütəxəssislərin  idarəetmə 
sisteminin 
bütün 
həlqələrində 
onların 
işlərinin 
razılaşdınimasını  xarakterizə  edir.  Koordinasiya  idarəetmə 
obyekti və subyektinə vahid yanaşmanı təmin edir. 
Maliyyə  menecmentində  stimullaşdırma  funksiyası 
maliyyə  xidməti  işçilərinin  öz  əməyinin  nəticələrinə  görə 
həvəslendirməni  nəzərdə  tutur.  Maliyyə  işçilərinin  sərf 
etdikləri əməyin kəmiyyət və keyfiyyət göstəricilərinə görə 
müəyyən həvəsləndirmə sistemləri tətbiq edilir. 
Maliyyə  menecmentində  nəzarət  funksiyası  maliyyə 
işlərinin  təftiş  olunmasının  təşkil  edilməsini  nəzərdə  tutur. 
Nəzarət maliyyə nəticələrinin təhlil edilməsi ilə aparılır. Bu 
zaman  maliyyə  planının  yerinə  yetirilməsi  səviyyəsi 
araşdırılır, baş vermiş kənarlaşmaların səbəbləri öyrənilir və 
müəyyən tədbirlər görülür. 
Maliyyə 
menecmentinə 
mürəkkəb 
idarəetmə 
kompleksi  kimi  baxmaq  olar  ki,  onun  da  tərkibinə 
aşağıdakılar daxildir: 
1.
 
Risk-menecment; 
2.
 
Kredit əməliyyatlarının menecmenti; 
3.
 
Qiymətli kağızlarla əməliyyatların menecmenti; 
4.
 
Valyuta əməliyyatlarının menecmenti; 
5.
 
Qiymətli  metallar  və  daş-qaşlarla  əməliyyatların 
menecmenti; 
6.
 
Daşınmaz əmlaklarla əməliyyatların menecmenti. 
Maliyyənin idarə edilməsi vaxta görə həyata 
15 


keçirilir. 
Vaxt 
əlaməti 
idarəetmənin 
məqsəd 
və 
istiqamətlərinə  təsir  göstərir,  vaxt  əlamətinə  görə  maliyyə 
menecmenti iki yerə bölünür: 
d) strateji 
menecment; b) operativ-taktiki menecment. 
Strateji  maliyyə  menecmenti  özündə  investisiyaların 
idarə  edilməsini  əks  etdirir.  Bu  növ  maliyyə  menecmenti 
seçilmiş  strateji  məqsədin  reallaşdıniması  ilə  əlaqədardır. 
Strateji  maliyyə  menecmenti  ilk  növbədə  aşağıdakıları 
nəzərdə tutur: 
-
 
kapital 
qoyulmuş 
layihənin 
maliyyə 
qiymətləndirilməsi; 
-
 
investisiya  qərarlannm  qəbulu  kriteriyalarınm 
seçilməsi; 
-
 
kapital  qoyuluşunun  ən  optimal  variantının 
seçilməsi; 
-
 
maliyyələşdirmə mənbələrinin müəyyən edilməsi. 
tnvestisiyalann 
qiymətləndirilməsi 
müxtəlif 
kriteriyaların  köməyi  ilə  apanlır.  Məsələn,  hər  hansı  bir 
sahəyə kapital qoymaq o zaman əlverişli hesab edilir ki: 
-
 
layihəyə  qoyulan  kapitaldan  eldə  edilən  mənfəət 
depozitdən əldə edilən mənfəətdən artıq olsun; 
-
 
investisiyanın  rentabelliyi  inflyasiya  səviyyəsini 
qabaqlamış olsun; 
-
 
vaxt  amili  nəzərə  alınmaqla  həmin  layihənin 
rentabelliyi digər layihələrin rentabellik səviyyəsinə 
16 


nisbətən yüksək olsun. 
İnvestisiya  axını  müəyyən  vaxt  ərzində  baş 
verdiyindən  strateji  menecmentdə  vaxt  amilinin  nəzərə 
alınması  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  öz  növbəsində 
müxtəlif  amillərlə  əlaqədardır.  Birincisi,  pulun  dəyəri  vaxt 
keçdikcə  aşağı  düşür,  ikincisi  isə  investisiya  dövrünün 
davametmə  müddəti  böyük  olduqca  maliyyə  riskinin 
dərəcəsi də yüksək olur. Ona görə də strateji menecmentdə 
mənfəətin  kapitallaşdırılması,  kapitalın  diskontlaşdıniması, 
kompaundinq, maliyyə riski dərəcəsinin aşağı salınması kimi 
üsullardan geniş istifadə edilir. 
Operativ-taktiki maliyyə menecmenti özündə nağd pul 
vəsaitlərinin  operativ  idarə  edilməsini  nəzərdə  tutur.  Nağd 
pul vəsaitlərinin idarə edilməsi maliyyə öhdəliklərinin yerinə 
yetirilməsi  üçün  kifayət  edən  nağd  pul  məbləğinin  təmin 
edilməsinə və müvəqqəti sərbəst pul vəsaitlərindən istifadə 
edilməsindən  alman  gəlirin  yüksək  olmasına  nail  olmağa 
istiqamətlənir.  Nağd  pul  vəsaitlərinin  idarə  edilməsinin  üç 
məqsədi ola bilər: 
-
 
nağd pulun daxil olması sürətinin artınlması; 
-
 
pul  vəsaitlərinin  ödənilməsi  sürətinin  aşağı 
salınması; 
-
 
nağd  pul  vəsaitlərinin  qoyuluşundan  maksimal 
faydanın təmin edilməsi. 
Hər bir məqsəd üçün özünəməxsus idarəetmə metodu 
həyata keçirilir. Məsələn, birinci məqsəd üçün 
17 


satışdan  daxil  olan  pul  vəsaitlərinin  daha  tez  toplanması, 
daha mütərəqqi hesablaşma formaları tətbiq etmək, debitor 
borclarının alınmasının sürətləndirilməsi və s. kimi metodlar 
istifadə edilir. 
Maliyyə menecmenti eyni zamanda idarəetmə orqanı 
kimi çıxış edir. Belə ki, o özündə idarəetmə aparatını, daha 
doğrusu,  təsərrüfat  subyektinin  rəhbərliyinin  bir  hissəsini 
əks  etdirir.  İri  müəssisə  və  səhmdar  cəmiyyətlərində  belə 
idarəetməaparatı  kimi  başqa  maliyyə  .  direktom  və  yaxud 
baş maliyyə menecmenti olmaqla maliyyə direktorluğu çıxış 
edir.  Bu  quruma  maliyyə  şöbəsi,  plan-iqtisad  şöbəsi, 
mühasibatlıq, iqtisadi təhlil laboratoriyası və s. daxil olur. 
Maliyyə  direktorluğunun  funksiyalarına,  adətən, 
aşağıdakılar daxil edilir: 
-
 
təsərrüfat 
subyektinin 
maliyyə 
inkişafının 
məqsədini müəyyənləşdirmək; 
-
 
təsərrüfat  subyektinin  və  onun  ayn-ayrı  strateji 
struktur  vahidlərinin  inkişafının  maliyyə  strategiyasını  və 
maliyyə proqramlanm işləyiib hazırlanmaq; 
-
 
investisiya siyasətini müəyyənləşdirmək; 
-
 
kıedit siyasətini işləyib hazırlanmaq; 
-
 
müəssisənin  bütün  təsərrüfat  vahidləri  üçün 
maliyyə resurslannın smeta məsrəflərini müəyyən etmək; 
-
 
təsərrüfat 
subyekti 
üçün 
biznes-planın 
hazırlanmasında bilavasitə iştirak etmək
18 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə