Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   86

 
 

İctimai  elmlərin  –  mühüm  sahəsi  olan  tədqiqat  ob-
yekti, iqtisadi hadisə və proseslərdir. Bu elm özünün ixti-
saslaşmış  sahələri  ilə  iqtisadiyyatın  bütün  səviyyələrində 
mövcud olan qanun və qanunauyğunluqları həm nəzəri və 
həm də tətbiqi baxımından təhlil və tədqiq etməklə alınan 
nəticələri ümumiləşdirilməklə məşğul olur. 
İctimai  elmlər  istehsal  münasibətlərini  tədqiq  edir. 
Ona  görə  də  öyrənmə  obyekti  istehsal  münasibətlərinin 
məhsuldar qüvvələrlə qarşılıqlı sıx əlaqəsidir. 
Bu  elmin  obyekt  və  predmeti  –  sosial  –  iqtisadi,  is-
tehsal fəaliyyətidir. O, canlı orqanizmdir, yəni sosial – iq-
tisadi və istehsal münasibətləri ilə başqa digər münasibət-
lərlə qarşılıqlı bir sistem kimi özünü göstərir. 
İqtisad  elminin  müstəqilləşmiş  sahələrindən  biri  də–
təbii ki, özünün tədqiqat obyekti və predmeti olan – “Müəs-
sisənin iqtisadiyyatı” elmidir. 
“Müəssisənin  iqtisadiyyatı”  fənninin  vəzifəsi–bu  sis-
temdə  insanların  sosial  –  iqtisadi  və  istehsal  fəaliyyət  for-
malarını  sosial  –  iqtisadi  və  istehsal  münasibətlərini  seçib 
götürmək  və  araşdırmaqdır.  “Müəssisənin  iqtisadiyyatı” 
fənni elmi üsullarla öz obyektini, predmetini və funksiyala-
rını müəyyənləşdirir. Bu anlayışların açıqlandırılması üçün 
“Müəssisənin iqtisadiyyatı” fənninin obyekt və  predmetini 
müəyyənləşdirməmişdən öncə müəssisə və iqtisadiyyat an-
layışlarını nəzərdən keçirmək məqsədə uğun olar. 
Bu fənnin əsasını müəssisə – xalq təsərrüfatının ilkin 
bölməsi  təşkil  edir,  o,  məhsul  istehsalı  prosesinin  həyata 
keçirildiyi  istehsal  –  texniki,  sosial    və  iqtisadi  sistemdən 
ibarətdir.  “Müəssisələr  haqqında”  Azərbaycan  Respubli-
kasının qanununda [2] göstərilir ki, müəssisənin mülkiyyət 
formasından asılı olmayaraq, ictimai tələbatın ödənilməsi 
və  mənfəət  alması  məqsədi  ilə  məhsul  istehsal  edən  və 


 
 

xidmət göstərən müstəqil təsərrüfat subyektidir. Müəssisə ic-
timai  tələbatın  ödənilməsi  və  mənfəət  alması  məqsədilə  is-
tehsal amillərini birləşdirməklə məhsul istehsal edib – satan, 
işlər  görüb,  xidmətlər  göstərən  hüquqi  şəxs  olub  təsərrüfat 
subyektidir. 
“Müəssisənin iqtisadiyyatı” fənnin obyekti kimi mü-
əssisə çıxış edir. Lakin son vaxtlar “müəssisə” və “firma” 
anlayışlarını çox vaxt eyni mənada istifadə edirlər, baxma-
yaraq ki, onların arasında mövcud fərq var. 
Müəssisə – xalq təsərrüfatının ilkin bölməsidir, o, məh-
sul  istehsalı  prosesinin  həyata  keçirildiyi  istehsal  –  texniki, 
sosial və iqtisadi sistemdən ibarətdir. 
Müəssisə  –  istehsalla  məşğul  olur,  hazır  məhsulunu 
istehlakçılara  çatdırır.  Müəssisə  –  iqtisadiyyatın  əsası  ol-
maqla,  mənfəət  əldə  etmək  məqsədilə  məhsul  istehsal 
edən, iş görən və xidmət göstərən, texniki–texnoloji, təşki-
latı və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs olan müs-
təqil təsərrüfat subyektidir. 
İstehsal firması – məqsədi mənfəət əldə etmək bir və 
ya bir neçə müəssisədən ibarət olan məhsul istehsal edən, 
sənaye xarakterli iş görən və xidmət göstərən, məhsulunun 
satışını özü həyata keçirən, innovasiya fəaliyyətini və qiy-
mət  siyasətini,  bazarda  rəqabət  mübarizəsini  özü  aparan, 
mənfəətin  bölgüsündə  iştirak  edən  hüquqi  şəxs  statusu 
olan bazar iqtisadiyyatının ilkin təsərrüfat subyektidir. 
Göstərilənlərdən aydın olur ki, müəssisə yalnız isteh-
salla məşğul olursa, firma istehsalla yanaşı, öz məhsulların 
satışı məqsədilə, həm də kommersiya fəaliyyəti ilə və bu-
nunla bağlı olan digər məsələlərlə də məşğul olur. 
Bazar  iqtisadiyyatının  inkişaf  etmiş  ölkələrində  mü-
əssisələr öz məhsullarını iki kanalla realizə edə bilirlər, is-
tehlakçılara çatdırırlar : dolayı və birbaşa. 


 
 

Müəssisələr  öz  məhsullarını  dolayı  yolla  realizə 
edərkən məhsulun hərəkətini iki istiqamətdə aparırlar: 
 a)  “müəssisə  –  topdansatış”  ticarət  təşkilatı  –  pəra-
kəndə satış ticarət təşkilatı – istehlakçılar; 
 b) “müəssisə – pərakəndə satış ticarəti –istehlakçılar”.  
Birbaşa yolla məhsulun realizə olunmasında–öz özlü-
yündə  nə  topdansatış  və  nə  də  pərakəndə  satış  təşkilatları 
iştirak etmirlər, birbaşa məhsulun müəssisədən istehlakçıya 
hərəkəti  sadələşir  –  bir  qütbdə  müəssisənin  özü  və  digə-
rində ilə bilavasitə onun məhsulunun istehlakçısı dayanır. 
İqtisadi  baxımdan  məhsul  satışının  birbaşa  forması 
sərfəlidir, çünki istehsalçı müəssisənin məhsulunun qiymə-
tinə  birinci  istiqamətdə  iki  ticarət  təşkilatının  (topdansatış 
və  pərakəndə  satış),  ikinci  istiqamətdə  işə  topdan  satış  “ti-
carət  əlavələri”  əlavə  olunmurlar.  Lakin  məhsul  istehsal 
edən müəssisə hər iki ticarət təşkilatlarının xidmətindən is-
tifadə  etmir,  əhəmiyyət  kəsb  edən  cəhəti  isə  budur  ki, 
müəssisənin öz əsas işindən “yayılmasının” qarşısı alınır.  
Bazar iqtisadiyyatı  şəraitində işləyən ölkələrin səna-
ye müəssisələri yuxarıda göstərilən satış kanallarının kon-
kret şəraiti nəzərə alınmaqla hər üçündən eyni vaxtda, pa-
ralel olaraq istifadə edə bilirlər. 
Öz məhsulunu dolayı yolla realizə edən müəssisə ilə 
birbaşa  realizə  edən  müəssisə  arasında  fərq  təkcə  ondan 
ibarətdir  ki,  öz  məhsulunu  son  istehlakçıya  özü  satır,  özü 
həm istehsal və həm də kommersiya  fəaliyyəti ilə məşğul 
olur. Bu müəssisələri həm müəssisə, həm də firma adlan-
dırmaq olar. Ticarət təşkilatlarından istifadə etməklə məh-
sullarını istehlakçılara çatdıran müəssisələr yalnız müəssi-
sədir. Deməli, bütün istehsal firmaları həm də müəssisədir
lakin  bütün  müəssisələr  firma  olmaya  da  bilərlər.  Müəs-
sisə yalnız bir fəaliyyət növü ilə – istehsalla məşğul oldu-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə