Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   86

 
 
17 
miyyət  kəsb  edir.  Onlar  xüsusi  və  ümumiləşdirici  iqtisadi 
göstəriciləri toplamağa, müəssisənin iqtisadi və sosial inkişaf 
dinamikasını  təhlil  və  onun  fəaliyyətinin  nəticələrini  digər 
təsərrüfat subyektləri ilə müqayisə etməyə imkan verir. 
Müxtəlif  ehtimal  və  proqnozlaşdırma  metodları 
müəssisənin  təsərrüfat  strategiyasının  hazırlanmasında  və 
bunun  köməyi  ilə  bazarın  gələcək  konyukturasına  uyğun-
laşmağa nail olmaqda və sahibkarlıq qərarlarının qəbulun-
da istifadə edilir. 
Müəssisə iqtisadiyyatının nəzəri və tətbiqi məsələlə-
rinin təhlilində riyazi metodlar, təsviri qrafika metodların-
dan da geniş istifadə olunur. Bu metodlar – konkret iqtisa-
di situasiyadan asılı olaraq, ayrı-ayrı iqtisadi göstəricilərin 
təsir və əks təsir əlaqələrinin düzgün və obyektiv qiymət-
ləndirilməsinə imkan yaradır. 
b)
 
xüsusi  metodlar  –  müəssisənin  istehsal  –  təsərrüfat 
fəaliyyətinin hər hansı bir sahəsini  (məsələn, istehsalı, satışı, 
maddi-texniki təchizatı, xarici iqtisadi fəaliyyəti və s.) öyrən-
dikdə  və tədqiq etdikdə istifadə olunur. Xüsusi metodlara 
misal olaraq, informasiyanın toplanması və  işlənməsi me-
todunu,  modelləşdir  metodunu,  sorğu  –  anket  metodunu  
göstərmək olar. 
Ümumi və xüsusi metodlara sistemli yanaşma, dərk-
etmə,  bunların  köməyi  ilə  cəmiyyətin,  təbiətin  və  idrakı 
inkişaf  qanunauyğunluqlarını  və  bu  inkişafdakı  əlaqələri 
konkretləşdirir.  
İqtisadi proses  və  hadisələrin düzgün  və  ətraflı dərk 
olunması  konkret  iqtisad  elmləri  üçün  əsas  elmi  metod 
vasitəsilə mümkündür, çünki bu metod hadisə və proseslə-
rin fasiləsiz, mütəhərrik vəziyyətdə ətrafla sıx və qarışmaz 
ümumi  əlaqə  qarşılıqlı  asılılıq  və  qarşılıqlı  təsir  vəziyyə-
tində öyrənilir.  


 
 
18 
Dialektik metodun köməyi ilə  iqtisadi hadisə və pro-
seslərin real inkişafını – kəmiyyət və keyfiyyət dəyişiklik-
lərini və buna səbəb olan daxili ziddiyyətlərin (əskikliklə-
rin vəhdəti və mübarizəsi) mahiyyətini dərk etmək və yeni 
inkişaf  səviyyəsinə  qalxmaq  naminə  onların  həll  edilmə 
qaydalarını  müəyyənləşdirmək  olur.  Bütün  bunlara  görə 
də tədqiqat və təhlil işində dialektik metod ən mükəmməl 
elmi metod hesab edilir. 
Bütün  iqtisadi  elmlərdə  olduğu  kimi,  “Müəssisənin 
iqtisadiyyatı” fənninin  də öyrənilməsinin əsasını dialektik 
metod  təşkil  edir  və  ona  görə  də  müəssisələrdə  baş  verən 
prosesləri, hadisələri hər şeydən əvvəl, dialektikada, hərə-
kətdə öyrənmək lazımdır.  
Müəssisələrdə və onların ayrı-ayrı bölmələrində elmi – 
texniki tərəqqi və ictimai əmək bölgüsü əsasında məhsuldar 
qüvvələrin  tərkibi,  maddi  –  texniki  baza  müxtəlif  olur  və 
xalq  təsərrüfatının  və  əhalinin  tələbatından  irəli  gələn  yeni-
yeni istehsal sahələri yaradılır və inkişaf etdirilir. Belə bir hal 
bütövlükdə  iqtisadiyyata  və  onun  müəssisələrinin  özünə-
məxsusluğuna  və  deməli,  təsərrüfatçılığın  yaradılması  for-
malarına və onların inkişafına, iqtisadi metodlardan istifadə-
yə,  istehsal-təsərrüfat  fəaliyyətinin  planlaşdırılmasına  və 
idarə  edilməsinə  təsir  edir.  Buna  görə  də  istehsalın  konkret 
şəraitindən  asılı  olaraq  müxtəlif  təsərrüfatçılıq  formaları-
nın  fəaliyyətinin  öyrənilməsi  zəruriliyi  meydana  çıxır. 
Belə  bir  zərurətdən  “Müəssisənin  iqtisadiyyatı”  fənni  ya-
ranmışdır. 
Məlumdur  ki,  müəssisələrdə  baş  verən  hər  hansı  bir 
proses, hadisə müxtəlif dövrlərdə keyfiyyət və kəmiyyətcə 
müxtəlif  formada  təsadüf  edir.  Buradan  belə  bir  nəticəyə 
gəlmək  olar  ki,  müəssisələrin  ayrı  –  ayrı  prosesləri,  hadi-
sələri  yalnız  onların  inkişafında,  həmin  dövrün  konkret 


 
 
19 
xüsusiyyətlərini  hərtərəfli  nəzərə  almaqla,  tarixən  öyrən-
mək  olar.  Hadisə  və  proseslərə  tarixi  yanaşma  xalq  təsər-
rüfatı istehsalının və onun ayrı –  ayrı cəhətlərinin inkişaf 
perspektivlərinin  müəyyən  edilməsinin  zəruriliyini,  gələ-
cəkdə texnika və ictimai istehsalın iqtisadiyyatında baş ve-
rə  biləcək  dəyişikliklərin  real  qiymətləndirilməsinə  əsas-
lanan elmi proqnozlaşdırmanı nəzərdə tutur. Bunsuz elmi-
texniki tərəqqini, əsaslı tikintini, istehsalın təşkili formala-
rını düzgün planlaşdırmaq və müəyyənləşdirmək, müəssi-
sələri  respublikamızın  ərazisində  səmərəli  yerləşdirmək, 
sahə  quruluşunda  və  sahələrin  müxtəlif  müəssisələrinin 
inkişaf  sürətlərindəki  dəyişiklikləri  proqnozlaşdırmaq    və 
planlaşdırmaq mümkün deyildir. 
Dielektrik metod tələb edir ki: 
a)
 
müəssisə  miqyasında baş verən hadisə  və proses-
lərə  təklikdə  deyil,  bir  –  birilə  qarşılıqlı  əlaqədə,  hərəkət-
siz yox, daima inkişafda, bir kəmiyyətdən digər kəmiyyətə 
keçməkdə baxmaq lazımdır. Bu, həmin hadisə və proses-
ləri  düzgün  qiymətləndirməyə  imkan  verir  və  real  vəziy-
yətin müəyyənləşdirməsini təmin edir
b)
 
istehsalın  idarə  edilməsi  ilə  əlaqədar  olan  bütün 
məsələlər qabaqcıl müəssisə və təsərrüfatların təcrübəsinin 
öyrənilməsinə,  faktiki  materialların  hərtərəfli  təhlilinə 
əsaslansın  və  elmi-texniki  tərəqqinin  yeni  nailiyyətlərini 
özündə əks etdirsin. Bu, elm ilə istehsalın əlaqəsini, nəzə-
riyyə ilə təcrübənin vəhdətliyini təmin edir
c)
 
müəssisə miqyasında baş verən proses və hadisələrə 
tarixi  yanaşılsın,  yəni  hər  bir  proses  və  hadisə  konkret  is-
tehsal şəraitini nəzərə alınmaqla öyrənilməlidir. Belə olduq-
da mövcud maddi – enerji, əmək və maliyyə resurslarından 
səmərəli  istifadə  etmək  üçün  geniş  imkanlar  yaranır.  Əks 
halda,  elmi  –  texniki  tərəqqini,  əsaslı  tikintini,  investisiya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə