Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   86

 
 
20 
qoyuluşunu  və  s.  planlaşdırmaq  xeyli  çətinləşər,  istehsalın 
perspektiv inkişafını müəyyənləşdirmək qeyri-mümkün olar; 
d)
 
müəssisə  miqyasında  bu  və  ya  digər  proses  və 
hadisəni  öyrənərkən  onlara  kompleks  halında  yanaşılsın. 
Bu,  həmin  proses  və  hadisələri  dəqiq  öyrənməklə  yanaşı, 
onları düzgün qiymətləndirməyə imkan verir, müəssisənin 
istehsal-təsərrüfat fəaliyyətinin müsbət və mənfi hallarının 
hansı amillər hesabına baş verdiyini aydınlaşdırmaq müm-
kün olur. Əgər belə olarsa, onda müsbət amillərin təsir da-
irəsini daha da genişləndirmək və mənfi amillərin təsirinin 
qarşısını almaq üçün zəruri təşkilat-texniki tədbirləri işlə-
yib hazırlamaq xeyli asanlaşır. 
e)
 
“Müəssisənin  iqtisadiyyatı”  fənni  ictimai  istehsa-
lın  ayrı-ayrı funksiyalarını öyrənən bir çox ümumi və xü-
susi  iqtisad  elmləri  ilə,  məsələn,  “İqtisadi  nəzəriyyə”, 
“Sənayenin iqtisadiyyatı”, “Əməyin iqtisadiyyatı və sosio-
logiyası”, “İstehsalın təşkili”, “Maliyə, uçot və statistika”, 
“İqtisadi kibernetika” və s. əlaqədardır. Ona görə də göstə-
rilən  elmlərin  inkişafı  ilə  əlaqədar  olaraq,  “Müəssisənin 
iqtisadiyyatı” fənni də inkişaf edir və təkmilləşir. 
“Müəssisənin iqtisadiyyatı”  fənni texniki fənlərlə  də 
əlaqədardır. Bu əlaqə texnikanın və iqtisadiyyatın qarşılıq-
lı əlaqəsi ilə, ictimai istehsalın məhsuldar qüvvələri və is-
tehsal  münasibətləri ilə şərtlənir.  Odur ki, sənaye  müəssi-
sələrinin  texnika  və  texnologiyası  onların  iqtisadiyyatının 
bütün tərəflərinə böyük təsir göstərir. Bununla yanaşı, iqti-
sadiyyat  da  öz  növbəsində  texniki  tərəqqinin  istiqamətlə-
rini müəyyən edir, ən yeni texnikanı və mütərəqqi texno-
logiyanı  ictimai  əmək  məhsuldarlığını  yüksəltmək  baxı-
mından qiymətləndirir. 
 
 


 
 
21 
FƏSİL 2. MÜƏSSİSƏNİN QURULUŞU VƏ ONUN 
TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI 
 
2.1. Müəssisənin quruluşu və onu müəyyən edən 
amillər 
 
Elmi-texniki  tərəqqinin  yüksək  surəti  və  geniş  icti-
mai əmək  bölgüsü şəraitində sənaye  müəssisələrinin inki-
şaf səviyyəsi, onun istehsal quruluşu, ictimai istehsalın ar-
tımının  sürətləndirilməsi  və  iqtisadi  səmərəliliyinin  yük-
səldilməsi  üçün  son  dərəcə  mühüm  əhəmiyyətə  malikdir. 
Məlumdur  ki,  müəssisə  bir-biri  ilə  qarşılıqlı  surətdə  bağlı 
olan  müxtəlif  vəsilələrdən:  sexlərdən,  istehsal  sahələrin-
dən,  briqadalardan  və  ayrı-ayrı  iş  yerlərindən  ibarətdir. 
Müəssisənin  quruluşu  onun  tərkibinə  daxil  olan  vəsilələr 
arasındakı  kəmiyyət  nisbətini  ifadə  edir.  Ümumiyyətlə, 
müəssisənin iki növ quruluşunu: ümumi və istehsal quru-
luşunu fərqləndirirlər.  
Müəssisənin ümumi quruluşu dedikdə – onun tərkibi-
nə daxil olan həm istehsal, həm də qeyri – istehsal sahələri 
arasındakı  kəmiyyət  nisbətləri  nəzərdə  tutulur.  Müəs-
sisənin  istehsal  quruluşu  dedikdə  isə  yalnız  istehsal  böl-
mələri  arasındakı  kəmiyyət  nisbəti  başa  düşülür.  Müəssi-
sənin  quruluşu  onun  tabe  olduğu  yuxarı  dövlət  orqanı 
tərəfindən (əgər özəl müəssisədirsə, onda həmin müəssisə-
nin  quruluşu  təsisçilər  tərəfindən),  müəssisədaxili  bölmə-
lərin  (məsələn,  sexlərin)  quruluşu  isə  müəssisənin  özü 
tərəfindən  müəyyən  edilir.  Müəssisənin  istehsal  quruluşu 
ictimai əmək bölgüsünün, əsas istehsalların diferensiallaş-
dırılması və ixtisaslaşdırılmasının dərəcəsini əks etdirir. O, 
istehsal  bölmələri  arasındakı  nisbətlər  və  qarşılıqlı  əlaqə-
lər,  sexlər  və  istehsal  sahələri  arasında  ictimai  əmək  böl-


 
 
22 
güsü, müəssisənin məhsul buraxmasında onların rolu haq-
qında mühakimə yürütməyə imkan verir.  
Müəssisənin  istehsal  quruluşunun  və  onun  dəyişmə-
sinin xarakteristikası üçün aşağıdakı göstəricilərdən istifa-
də  olunur:  müəssisənin  ümumi  məhsul  buraxılışı  həcm-
ində ayrı-ayrı istehsal bölmələrinin (o cümlədən əsas sex-
lərin),  məhsul  buraxılışının  xüsusi  çəkisi;  müəssisədə  ça-
lışan işçilərin tərkibində bu və ya digər istehsal bölməsin-
də, o cümlədən əsas sexində çalışan işçilərin payı; müəssi-
səni  əsas  istehsal  fondlarının  ümumi  dəyərində  ayrı-ayrı 
istehsal bölmələrinin, o cümlədən əsas sexin əsas istehsal 
fondlarının  xüsusi  çəkisi.  Məhsul  buraxılışı  göstəricisi 
müəssisənin  istehsal  quruluşunu  daha  dəqiq  xarakterizə 
edir. Çünki işçilərin sayının və əsas fondların həcminin ar-
tırılması  hələ  məhsul  buraxılışının  çoxaldılması  demək 
deyildir. Müəssisənin məhsul buraxma qabiliyyətinin artı-
rılmasında istehsal bölmələrinin həqiqi rolu təkcə mövcud 
işçilərin sayından və əsas fondların dəyərindən deyil, eyni 
zamanda onlardan istifadə səviyyəsindən də  xeyli dərəcə-
də asılıdır. Beləliklə, göstəricilər sistemindən istifadə edil-
məsi  müəssisənin  istehsal  quruluşunda  baş  verən  dəyişik-
likləri müxtəlif cəhətlərdən qiymətləndirməyə imkan verir. 
Müəssisənin  istehsal  quruluşunun  formalaşması  mü-
rəkkəb prosesdir və o, çoxsaylı iqtisadi, təşkilati və texniki 
amillərin  təsiri  altında  baş  verir.  Müəssisənin  istehsal  qu-
ruluşuna təsir edən mühüm amillər aşağıdakılardır: 
a) istehsalın həcmi artdıqca müəssisənin tərkibindəki 
həm  əsas  istehsal,  həm  qeyri-istehsal  bölmələrin  sayı, 
tərkibi, ölçüsü və onlarda çalışan işçilərin miqdarı da artır 
ki, bütün bunlar da mürəkkəb istehsal quruluşunun olması-
nı tələb edir. Məsələn, maşınqayırma zavodlarında istehsa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə