Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   86

 
 
292 
lizə  edilmiş  məhsulun  tam  maya  dəyərinə  nisbətinin  faizlə 
ifadəsidir.  Rentabellik  göstəricisi  nəinki  pul  yığımlarını, 
eyni  zamanda  müəssisənin  təsərrüfat  fəaliyyətinin    effek-
tivliyini  göstərir.  Bütün  müəssisə  və  istehsal  sahələrində 
işin rentabelliyinin təmin edilməsi sənayenin daha da inki-
şaf etməsi və xalqın maddi rifah halının müntəzəm surətdə 
yaxşılaşdırılması üçün böyük əhəmiyyətə malikdir. Müəssi-
sələrin  rentabelliyi  yüksək  olduqca  cəmiyyətin  gəliri  də 
çoxalır  və  ölkədə  təsərrüfat  və  mədəniyyəti  hərtərəfli 
inkişaf etdirmək üçün dövlət daha çox vəsaitə malik olur. 
Dövlət ayrı – ayrı müəssisələrin rentabellik səviyyə-
sini  tarazlaşdırmaq  üçün  müəyyən  tənzimedici  tədbirlər 
həyata  keçirir.  Bu  zaman  istehsalın  plana  uyğun  surətdə 
inkişaf  etdirilməsi  vəzifələri  və  müəssisələrdə  təsərrüfat 
hesabının möhkəmləndirilməsi zərurəti əsas tutulur. İsteh-
salın şərait və xarakterindən asılı olaraq, ayrı – ayrı  müəs-
sisələrinin rentabelliyinin plan  səviyyəsi də  müxtəlif tərz-
də  təyin  edilir.  Təcrübədə  müəssisələrin  əksəriyyəti  üçün 
rentabellik səviyyəsi planı faizlə müəyyən edilir. 
İstehsalın  rentabellik  səviyyəsi  kapitalizmdə  olan 
mənfəət  normasından  prinsipial  surətdə  fərqlənir.  Renta-
bellik  səviyyəsi  kortəbii  surətdə  deyil,  planlı  qaydada  tə-
yin edilir. Müəssisələrdə mənfəətin mənbəyini istismardan 
azad adamların cəmiyyət üçün verdikləri əmək təşkil edir. 
Bu  mənfəət  dövlətə,  cəmiyyətə  və  cəmiyyət  üzvlərinə 
məxsusdur. Ayrı – ayrı müəssisələr minimum rentabellik-
lə, bəzən isə onsuz da, işləyə bilər. Müvəqqəti olaraq ren-
tabelli  olmayan  müəssisələr  bağlanmır,  onlara  öz  istehsal 
fəaliyyətini davam etdirmək üçün, bankdan borc hesabına 
lazımi  vəsait alırlar. Lakin rentabelli olmayan müəssisələr 
uzun  müddət  ərzində  belə  qala  bilməz  və  qalmamalıdır. 


 
 
293 
İstehsalın inkişafı və təsərrüfat hesabının möhkəmləndiril-
məsi  vəzifələri  müəssisələrin  zərərli  işləməsinin  aradan 
qaldırılmasını və onların rentabelliyinin yüksəkləşdirilmə-
sini tələb edir. 
Sənaye istehsalı həcminin müntəzəm surətdə və sürət-
lə  artırılması, əmək məhsuldarlığının yüksəkləşdirilməsi və 
maya  dəyərinin  aşağı  salınması  nəticəsində  sənaye  müəs-
sisələri  mənfəətinin ümumi məbləği durmadan çoxalır. 
Təsərrüfat fəaliyyətini təhlil etməkdə ayrı–ayrı müəs-
sisələrin  rentabellik  səviyyəsi  ilə  yanaşı  olaraq  ayrı–ayrı 
sənaye  məmulatı  növlərinin  də  rentabellik  səviyyəsini 
müəyyən  edir.  Bunun  üçün  hər  məmulat  növünə  qiymət 
nəzərə  alınır.  Ayrı–ayrı  məhsul  növlərinin  rentabelliyi 
müəssisə topdansatış qiyməti üzrə məmulatın maya dəyəri 
ilə mənfəət arasındakı nisbətlə müəyyən edilir. 
Müəssisələrin  rentabelliyi  üç  göstərici  üzrə,  yəni 
məhsul  buraxılışının  rentabelliyi,  məhsul  realizasiyasının 
rentabelliyi  və  müəssisənin  bütün  istehsal  –  təsərrüfat 
fəaliyyətinin rentabelliyi üzrə hesabat aparılır. 
Məhsul buraxılışının rentabelliyini təyin etmək üçün 
əmtəəlik  məhsul  buraxılışının  müəssisə  topdansatış  qiy-
məti üzrə ümumi məbləğini həmin məhsulun maya dəyəri 
ilə müqayisə etmək lazımdır. 
Məhsul  realizasiyasının  rentabelliyi  də  yuxarıda 
göstərilən qaydada müəyyən edilir, lakin burada məhsulun 
buraxılışı deyil, satışı məbləği əsas götürülür. 
Müəssisənin  istehsal – təsərrüfat fəaliyyətinin renta-
belliyi həm məhsulun satışı nəticələrini və həm də satışdan 
kənar gəlir və zərərləri nəzərdə tutulur. Satışdan kənar gə-
lir ilə zərərlər bilavasitə məhsulun istehsalı və realizasiya-
sı ilə əlaqədar deyildir. Müəssisələrin satışından kənar zə-


 
 
294 
rər və itkilərinə təbii fəlakət nəticəsində əmələ gələn zərər-
lər,  iddia  müddəti  qurtardığı  üçün  ləğv  edilən  borclar  və 
arbitraj və ya məhkəmə tərəfindən rədd edilən və ümidsiz 
sayılıb  ləğv  edilən  borclar,  müəssisələrin  mənzil  –  kom-
munal  təsərrüfatının  istismarından  əmələ  gələn  zərərlər, 
hesabat  ilində  aşkarlara  çıxarılmış,  lakin  keçən  illərə  aid 
olan zərərlər ləğv edilmiş, istehsal sifarişləri üzrə itkilər və 
sair zərərlər daxildir.  
Müəssisənin  satışdan  kənar  mədaxil  və  məxaricləri 
mənfəət  və  zərərlər  üzrə  xüsusi  hesabda  uçota  alınır. 
Müəssisənin  həmin  hesab  üzrə  uçota  aldığı  mədaxil  və 
məxariclərinin məbləği məhsulun satışından alınan nəticə-
lərlə birlikdə onun fəaliyyətinin son nəticəsini, yəni müəy-
yən dövr ərzində mənfəət və ya zərərini təşkil edir. Bu son 
maliyyə nəticəsi müəssisənin mühasibat balansında əks et-
dirilir  və  buna  görə  də  ona  balans  mənfəəti  və  ya  balans 
zərəri deyilir. Müəssisənin faktiki rentabelliyi balans nəti-
cəsinə əsasən müəyyən edilməlidir. 
Satışdan kənar zərərlər (mənzil – kommunal təsərrü-
fatlarının istismarı   nəticəsində əmələ gələn zərərlər istis-
na olmaqla) adətən planlaşdırılmır.  Bu zərərlər müəssisə-
nin rentabelliyini aşağı salır.  
Müəssisənin  istehsal  təsərrüfat  fəaliyyətinin  renta-
belliyi  müəssisənin  yalnız  istehsal  fəaliyyəti  üzrə  deyil, 
eyni  zamanda  təchizat  –  satış  və  maliyyə  işləri  üzrə  əldə 
etdiyi nəticələrinin göstəricisidir. Müəssisədə uçot,  təchi-
zat,  satış  və  maliyyə  işləri  nə  qədər  yaxşı  təşkil  edilərsə, 
müxtəlif itkilər bir o qədər az və rentabellik isə bir o qədər 
yüksək  olar.  Rentabellik,  alınan  vəsaitin  düzgün  istifadə 
edilməsindən, alıcı müəssisələr və mal verənlərlə vaxtında 
haqq  –  hesab  aparılmasından,  maliyyə  planın  bütün  gəlir 


 
 
295 
maddələri  üzrə  yerinə  yetirilməsindən  və  planda  nəzərdə 
tutulmuş məsrəflər üçün vəsaitin qənaətlə istifadə edilmə-
sindən  asılıdır.  Müəssisə  bütün  sahələrdə  öz  vəsaitindən 
nə  qədər  qənaətlə  və  səmərəli  istifadə  edərsə,  bir    qədər 
çox mənfəət əldə edər və onun maliyyə vəziyyəti bir o qə-
dər yaxşı olar. 
Müəssisəyə  düzgün  rəhbərliyin  ən  mühüm  şərti  və 
tələbi rentabelli işin təmin edilməsindən ibarətdir. Müəssi-
sənin rentabelsiz, zərərlə işləməsi, ona bilavasitə ziyan vu-
rur.  Zərərlərin  ödənilməsi  üçün  müəssisənin  borc  alması, 
başqasının  hesabına  yaşamaq  əhval  –  ruhiyyəsi  doğurur, 
müəssisənin işi üzərində manatla nəzarəti zəiflədir.  
İstehsalın  rentabelliyini  yüksəltməyinin  əsas  yolu 
məhsulun  maya  dəyərinin  aşağı  salınmasından  ibarətdir. 
Müəssisə  məhsulun  maya  dəyərini  aşağı  salmaqla  alınan 
mənfəətin miqdarını artırır və öz rentabelliyinin səviyyəsi-
ni yüksəldir. 
Müəssisənin  rentabelliyini  yüksəltmək  üçün  məhsu-
lun keyfiyyətinin yaxşılaşdırılması və istehsal həcminin ar-
tırılması ciddi əhəmiyyətə malikdir ki, bunlar da məmulatın 
maya  dəyərinin  aşağı  salınmasına  səbəb  olur  və  eyni  za-
manda müəssisələrin böyük məbləğdə  mənfəət götürülmə-
sini təmin edir. Bu mənfəəti müəssisə yalnız, istehsal etdiyi 
məhsulu realizə etdikdən sonra ala bilər. Məhsulun – satışın 
ləngiməsi,  alıcılardan  tədiyyələrin  vaxtında  alınmaması 
müəssisənin mənfəətinin məbləğini aşağı salır. 
Müəssisələr tərəfindən buraxılan ayrı – ayrı məmulat 
növlərinin  rentabelliyi  eyni  olmur.  Bəzi  məmulatlar  çox 
rentabelli,  bəziləri  isə  az  rentabelli  olur.  Buna  görə  də 
müəssisə rentabelliyinin ümumi səviyyəsi buraxılan məhsu-


 
 
296 
lun ümumi çeşidində  ayrı  –  ayrı  məhsul növlərinin xüsusi 
çəkisinin dəyişilməsi ilə  əlaqədar olaraq dəyişə bilər. 
Müəssisə  rentabelliyinin  yüksəldilməsinin  mühüm 
şərti bütün böyük və kiçik təsərrüfat işlərində qənaət üsu-
luna  ciddi  riayət  olunmasından,  təsərrüfatsızlıqdan  irəli 
gələn  hər  cür  qeyri  –  məhsuldar  məsrəf  və  itkilərə  qarşı 
qəti  mübarizə  aparılmasından  ibarətdir.  Vəsaitin  düzgün, 
qənaətlə  sərf  edilməsi  plan  və  maliyyə  intizamına  ciddi 
riayət  olunmasına, vəsaitin müəyyən olunmuş plana tama-
milə  uyğun  surətdə  sərf  edilməsinə  əsaslanır.  Plan  –  ma-
liyyə intizamına nə qədər ardıcıl və ciddi riayət olunursa, 
müəssisə  bir  o  qədər  az  itki  vermiş  olur,  deməli,  onun  
rentabelliyi bir o qədər yüksək olur. 
Müəssisələrdə  təsərrüfat  hesabının  möhkəmləndiril-
məsi  və  inkişaf  etdirilməsi  istehsalın  rentabelliyini  yük-
səltmək  vəzifəsinin  həyata  keçirilməsində  mühüm  rol  oy-
nayır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
297 
İstifadə olunmuş ədəbiyyat siyahısı 
 
Azərbaycan dilində 
 
1.
 
Azərbaycan  Respublikasının  Konstitusiyası,  Bakı, 
1995. 
2.
 
“Müəssisələr  haqqında”  Azərbaycan  Respublika-
sının qanunu, Bakı, 1996. 
3.
 
“İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Res-
publikasının Qanunu, Bakı, 1995. 
4.
 
“Sahibkarlıq haqqında” Azərbaycan Respublikası-
nın Qanunu, Bakı, 1996. 
5.
 
1995–1998–ci  illərdə  Azərbaycan  Respublikasın-
da  dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin  Dövlət  Proq-
ramı, Bakı, 1996. 
6.
 
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Res-
publikasının Qanunu, Bakı, 1996. 
7.
 
“Müflisləşmə və iflas haqqında” Azərbaycan Res-
publikasının Qanunu, Bakı. 
8.
 
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. B.: 
Hüquq ədəbiyyatı, 2003. 
9.
 
Azərbaycan  respublikasının  Əmək  Məcəlləsi.  B.: 
Qanun, 2004. 
10.
 
“Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil 
edilən  xərclərin  tərkibi  haqqında”  Əsasnamə,  16  avqust 
1996–cı il tarixli Azərbaycan Respublikası Nazirlər Kabi-
netinin 3 №li qərarı . 
11.
 
“Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyəti-
nin  bir  pəncərə”  prinsipi  üzrə  təşkilinin  təmin  edilməsi” 
haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  25  okt-
yabr 2007–ci il tarixli 2458 saylı Sərəncamı. 


 
 
298 
12.
 
“Maliyyə–sənaye  qrupları  haqqında”  Azərbay-
can  Respublikasının  Qanunu.  “Biznesmenin  bülleteni”, 
№38 (103). B.: 1996. 
13.
 
“İstehlakçıların  hüquqlarının  müdafiəsi  haqqın-
da”  Azərbaycan  Respublikasının  Qanunu,  “Azərbaycan” 
qəzeti, 29 mart 1996 – cı il. 
14.
 
“Patent”  haqqında  Azərbaycan  Respublikasının 
Qanunu, “Biznesmenin bülleteni” № 51. Bakı.: 1997. 
15.
 
Köhnəlmə  (amortizasiya)  hesablanmasının  yeni 
(açıq) metodunun tətbiqi üzrə təlimat. Mühasibat işi (norma-
tiv sənədlər toplusu), B.: Elm və həyat, 1998, səh 232 – 240. 
16.
 
İqtisadi  nəzəriyyə:  Mikroiqtisadiyyat  (dərslik, 
rus dilindən tərcümə), “Daşkov və Ko”, M. 2007. 
17.
 
T.Ə.Hüseynov “Firmanın iqtisadiyyatı” (dərslik), 
B. 2009. 
18.
 
T.Ə.Hüseynov  “Müəssisənin  iqtisadiyyatı”  (dərs-
lik) Səda 2005. 
19.
 
T.Hüseynov  “Firmanın iqtisadiyyatı”  (dərslik), B. 
2009. 
20.
 
Z.S.Abdullayev,  Z.Ə.Bağırova  “Müəssisənin  iq-
tisadiyyatı ” ( dərslik), B. 2003. 
21.
 
H.B.Allahverdiyev, K.S.Qafarov, Ə.M.Əhmədov 
“Milli  iqtisadiyyatın  dövlət  tənzimlənməsi”  (dərslik)  b. 
2007. 
22.
 
T.Quliyev  “Menecmentin  əsasları”  (dəslik),  B. 
2001. 
23.
 
F.Kotler “Marketinqin əsasları” (dərslik), B. 1993. 
24.
 
V.Niftullayev “ Sahibkarlığın əsasları”, B. 2002. 
 
 
 


 
 
299 
Rus dilində 
 
25.
 
Е.В.Харитонова. Инновация  как элемент ин-
вестиционной  политики  предприятий  в  трансформа-
ционной экономике. Санкт – Петербург, 2007. 
26.
 
Экономика (dərslik), « Prospekt» nəşriyyatı, III 
nəşri, M., 2008. 
27.
 
Экономика  фирмы  (dərslik),  ИНФРА  –  М., 
2006. 
28.
 
Экономика  предприятия  (dərslik,  IV  nəşri), 
ЮНИТИ – ДАНА, М., 2007. 
29.
 
Крылов  Э.И.и  др.  Анализ  эффективности 
инвестиционный  деятельности  предприятия  (dərs 
vəsaiti), Финансы и статистика, М.: 2003. 
30.
 
М.И.Тертышник.  Экономика  предприятия. 
ИНФРА,  М, 2005. 
31.
 
Сафронов  Н.Экономика  организации  (  пред-
приятия) (dərslik), М. :2004. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
300 
MÜNDƏRİCAT 
 
GİRİŞ……………………………………………………. 
3 
FƏSİL1.
 
Fənnin obyekti və vəzifələri..................
 

1.1. 
Fənnin obyekti və predmeti.....................
 
4 
1.2. 
Fənnin məzmunu və vəzifələri.................
 
 
1.3. 
Fənnin öyrənilməsi metodologiyası........
 
 
FƏSİL 2.
 
Müəssisənin quruluşu və onun təkmil-
ləşdirilməsi yolları..................................
 
21 
2.1.
 
Müəssisənin quruluşu və onu müəyyən 
edən amillər..............................................
 
21 
2.2. 
Sex  və  istehsal  sahələri,  onların  növləri, 
quruluşu, prinsipləri.................................
 
24 
2.3. 
İstehsalat  briqadaları və  onların təsni-
fatı............................................................
 
31 
2.4. 
İş yerləri, onların səciyyəsi və təsnifatı...
 
35 
2.5. 
Müəssisənin istehsal quruluşunun 
təkmilləşdirilməsi yolları.........................
 
39 
FƏSİL 3.
 
Sahibkarlıq fəaliyyətinin formaları və 
növləri.....................................................
 
43 
3.1.
 
Sahibkarlıq fəaliyyəti və onun inkişaf 
mərhələləri...............................................
 
43 
3.2. 
Sahibkarlıq fəaliyyətinin sahələri............
 
47 
3.3. 
Sahibkarlıq fəaliyyətinin növləri və 
təsnifatı.....................................................
 
53 
3.4.  Sahibkarlıq fəaliyyətinin formaları.......... 
60 
3.5. 
Sahibkarlığın və milli iqtisadiyyatın 
inkişafında özəlləşdirmənin rolu..............
 
66 
FƏSİL 4.  Müəssisənin təsərrüfat fəaliyyətinin 
planlaşdırılması......................................
 
74 


 
 
301 
4.1.
 
Planlaşdırmanın mahiyyəti, prinsipləri 
və metodları.............................................
 
74 
4.2. 
Strateji planlaşdırma və onun mərhələlə-
ri...............................................................
 
83 
4.3. 
Strateji  planlaşdırmada  proqnozlaşdır-
manın rolu................................................
 
89 
4.4. 
Biznes-plan və onun əsas bölmələri…….
 
92 
4.5. 
Müəssisənin istehsal proqramı və onun 
göstəriciləri..............................................
 
98 
FƏSİL 5.
 
Müəssisənin kadrları, əmək məhsul-
darlığı və  əmək haqqı...........................
 
105 
5.1.  Kadrların peşə hazırlığı və onun əhəmiy-
yəti.  Müəssisənin  kadrlarının  tərkibi  və 
təsnifatı.....................................................
 
105 
5.2.  Müəssisənin kadrlara tələbatının hesab-
lanması və hazırlanmasının formaları......
 
110 
5.3.  Əmək  məhsuldarlığı  və  onun  yüksəldil-
məsi yolları..............................................
 
117 
5.4. 
Əməyin ödənilməsinin forma və sistem-
ləri………………………………………
 
123 
5.5.  Əməyin ödənilməsi fondu və onun növ-
ləri............................................................
 
137 
FƏSİL 6.  Müəssisənin əsas fondları və istehsal 
gücü.........................................................
 
145 
6.1.  Əsas fondların mahiyyəti, tərkibi, təsni-
fatı, onların qiymətləndirilməsi üsulları...
  145 
6.2. 
Əsas fondların aşınması, amortizasiya və 
təmiri........................................................
  151 
6.3.  Müəssisənin  istehsal  gücü  və  onun  he-
sablanması................................................
  157 


 
 
302 
6.4.  Əsas fondlardan və istehsal gücündən 
istifadə göstəriciləri..................................
  160 
6.5.  Əsas fondlardan və istehsal gücündən 
istifadənin yaxşılaşdırılması yolları.........
 
164 
FƏSİL 7.  Müəssisənin dövriyyə  istehsal fondla-
rı və dövriyyə vəsaitləri.........................
 
172 
7.1.  Dövriyyə  istehsal fondları, onun tərkibi, 
quruluşu və mahiyyəti..............................
 
172 
7.2.  Dövriyyə  istehsal  fondlarından  istifadə 
göstəriciləri..............................................
 
176 
7.3. 
Material resurslarına qənaət edilməsi 
yolları…………………………………
 
179 
7.4.  Dövriyyə vəsaitlərinin normalaşdırılma-
sı...............................................................
  186 
7.5.  Dövriyyə vasitələrinin dövriyyəsi və 
onun sürətləndirilməsi yolları..................
 
191 
FƏSİL 8.  İnvestisiya qoyuluşu və əsaslı tikinti....
 
200 
8.1.  İnvestisiya anlayışı, məqsədləri və fəa-
liyyəti.......................................................
 
200 
8.2.  Əsaslı tikintinin və investisiya qoyuluşu-
nun mahiyyəti, tərkibi və quruluşu..........
 
206 
8.3.  İnvestisiya qoyuluşunun obyektləri və  
maliyyələşdirilməsi mənbələri................. 
212 
8.4.  Müəssisədə  tikinti-quraşdırma  işlərinin 
təşkili........................................................ 
218 
FƏSİL 9.  İstehsal xərcləri və məhsulun maya 
dəyəri.......................................................       
223 
9.1.  İstehsal xərcləri və məhsulun maya də-
yəri, onların aşağı salınmasının əhəmiy-
yəti...........................................................
 
223 


 
 
303 
9.2.  Məhsulun maya dəyərinin tərkibi, 
quruluşu və növləri 
227 
9.3.  İstehsal xərclərinin təsnifatı..................... 
238 
9.4.  İstehsal xərclərinin və maya dəyərinin 
aşağı salınmasının yolları......................... 
244 
9.5.  Qiymətin mahiyyəti, onun təsnifatı, 
növləri və funksiyaları............................. 
253 
FƏSİL 10.   Müəssisənin maliyyəsi............................ 
261 
10.1.  Müəssisənin maliyyəsinin mahiyyəti və 
funksiyası................................................. 
261 
10.2.  Müəssisənin maliyyə resursları, yaranma 
mənbələri və onlardan istifadə................. 
270 
10.3.  Mənfəət və ondan istifadə istiqamətləri... 
277 
10.4.  Müəssisənin gəliri və onun növləri.......... 
283 
10.5.  İstehsalın rentabelliyi və  onun yüksəl-
dilməsi yolları.......................................... 
 
İstifadə olunmuş ədəbiyyat siyahısı 
297 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
304 
HÜSEYNOVA  İNNA MÜZƏFFƏR QIZI 
 
 
 
 
 
 
MÜƏSSİSƏNİN İQTİSADİYYATI 
 
(Dərs vəsaiti) 
 
 
 
Texniki redaktor: 
Kompüter tərtibatçısı: 
Kompüter dizayneri: 
Kompüter operatoru: 
Məmmədov T.B. 
Əmrullayeva H.C. 
Məmmədova V.X. 
Babayeva  A.Y. 
 
 
Çapa imzalanıb:18.02.2013 
Kağız formatı: 60x84 
Həcmi:19 ş.ç.v. 
Tiraj:500 
 
 
 
 
Bakı. «Biznes Universiteti» nəşriyyatı, 2013. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə