Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

~ 84 ~ 
azı 300 ml tutumlu kolbadan istifadə olunur. İşin əvvəlində qovu-
cu  kolbadakının  yarısı  buğ  buraxılmadan  qəbulediciyə  qovulur. 
Qaynar su  ilə dolan buğ  əmələgətirici  həmin müddətdə qaynama 
vəziyyətinə qədər çatdırılır, sonra kolba ilə buğ əmələgətirici ara-
sındakı sıxıcı açılır və ona buğ buraxılır. 
 
Şəkil 2.5. Uçucu turşuların qovulması üçün qurğu 
1-qovucu kolba; 2-buğ əmələ gətirici; 3-su soyuducusu;  
4-qəbuledici 
 
Qovma  200-300  ml  destilyat  toplananadək  davam  etdirilir. 
Qovmanın başa çatmasını göy lakmus kağızı ilə müəyyən etmək 
mümkündür.  Damlanın  neytral  reaksiyasında  indiqatorun  rəngi 
dəyişmir və qovma dayandırılır. Qovulmuş məhlula 4-5 damla fe-
nolftalein  əlavə  olunaraq  0,1  N  NaOH  məhlulu  ilə  çəhrayı  rəng 
əmələ  gələnə qədər titrlənir. Uçucu turşuların miqdarı (x) üstün-
lük təşkil edən sirkə turşusuna görə %-lə formulla təyin olunur. 
 
   
                  
 

Burada: a – titrlənməyə sərf olunan 0,1 N NaOH məhlulunun  
miqdarı, ml; 
0,006 – 0,1N NaOH məhlulunun millilitrlə miqdarını sirkə  
turşusunun qramlar  la miqdarına çevirmə əmsalı; 
0,25 – havadan destilyata düşən CO
2
-nın titrinə sərf  
olunan 0,1N NaOH məhlulunun millilitrlə miqdarı olub,  
təcrübi yolla müəyyən olunan  düzəlişdir
T - 0,1N NaOH məhlulunun titrinə düzəlişdir; 
  
n - maddənin çəki nümunəsi, q. 
Rekativlərin hazırlanması. 0,1 N NaOH məhlulu (bax: şəkər-


~ 85 ~ 
lərin təyini).  10%-li fosfat turşusu məhlulu. Şərbətə bənzər fosfat 
turşusu məhlulundan (sıxlığı 1,7) hazırlanır. 70 ml qatılaşdırılmış 
H
3
PO
4
 882 ml suya əlavə olunur və nəticədə 10%-li 1000q həmin 
məhluldan alınmış olur. 
 
2.13. 
Şə
k
ə
rl
ərin miqdarının tə
yini 
Meyvə və tərəvəzlərin tərkibində şəkərlər üstünlük təşkil edir. 
Ona  görə  də  onların  qida  və  dad  keyfiyyəti  müəyyən  olunduqda 
ilk  növbədə  şəkərlərin  miqdarının  təyini  aparılır.  Duza-turşuya 
qoyulmuş  məhsulların  da  keyfiyyəti  əsaslı  dərəcədə  şəkərlərin 
miqdarından  asılıdır.  Saxlanan  məhsulda  şəkərlər  tənəffüsə  sərf 
olunan əsas material olduğundan onların miqdarı maddələr müba-
diləsini səciyyələndirən göstərici kimi istifadə olunur.  
Şəkərlər  suda  asan  həll  olduğundan  onları  asanlıqla  bitkidən 
ayırır və işçi məhlula keçirirlər. 
Belə  xassəyə  malik  olan  şəkərlər  reduksiyaedici  adlandırılır. 
Bu  qrupa  bütün  monoşəkərlər  və  bir  sərbəst  karbonil  qrupuna 
malik  bəzi  (maltoza,  laktoza)  oliqoşəkərlər  aiddir.  Saxaroza  və 
digər  oliqoşəkərlər  (hansılar  ki,  hər  iki  karbonil  qrupları 
əlaqəlidir) əvvəlcədən turşu yaxud fermentlə hidroliz tələb edir. 
Sulu  işçi  məhlulda  şəkərlərdən  başqa  mövcud  olan  digər  re-
duksiyaedici maddələr (zülallar, nişasta, inulin) analizin nəticələ-
rinə təsir göstərə bilir. Belə hallarda işçi məhlula təmizlənə bilən 
çökdürülərdən istifadə olunması tələb olunur. 
Şəkərlərin miqdarının təyini onların fiziki və kimyəvi xüsusiy-
yətlərinə əsaslanan müxtəlif metodların köməyilə yerinə yetirilir. 
Şəkərlərin miqdarının daha ümumi klassik təyini metodu onlarda 
olan  aldehid  yaxud  keton  funksional  qrupunun  qələvi  mühitdə  2 
valentli misi bir valentliyə oksidləşdirməsidir. 
 
Şəkərlərin  kəmiyyət  və  keyfiyyət  tərkibi  müxtəlif  bitkilərdə 


~ 86 ~ 
geniş həddə dəyişə bilər. Şəkər çuğunduru kökümeyvələrində 19-
21% şəkərlər olur ki, o da əsasən saxarozadan ibarət olur. Üzüm 
giləsi 20-30% şəkərlərə malik olur. Onun demək olar ki, hamısını 
qlükoza və fruktoza təşkil edir. 
Şəkərlərin əsas miqdarı hüceyrə şirəsində yerləşir və nümunə-
lərin qiymətləndirmə üsillarından biri bitki şirəsinin təhlilidir.  
Rəngli obyektlərin təhlili zamanı (üzüm, yarpaq tərəvəzləri, şə-
kər  çuğunduru)  mütləq  işçi  məhlulun  qarışıqlar  çökdürülməklə 
duruldulması  aparılmalıdır.  Çökdürücü  kimi  aşağıdakılardan  isti-
fadə oluna bilər: 
1)
 
Bərabər həcmdə götürülən 30%-li qurğuşun sulfatla 15%-
li sarı qan duzu məhlulu; 
2)
 
4%-li Volfram fosfat turşusu; 
3)
 
10%-li qurğuşun asetat məhlulu. 
Bəzi obyektlər (pomidor, alma, limon) xeyli miqdarda turşula-
ra malik olur və şəkərləri ayırmaq üçün qızdırıldıqda bir qədər ya-
xud tamamilə saxarozanı hidroliz edə bilirlər. Ona görə də yalnız 
ümumi şəkərləri deyil, həmçinin ayrıca saxarozanı təyin etmək la-
zım gəldikdə qızdırılmazdan əvvəl işçi məhlula turşuları neytral-
laşdırmaq üçün təbaşir əlavə etmək lazımdır.   
 
İşin məqsədi – müxtəlif bitki obyektlərində şəkərlərin miqda-
rının təyini (mono və oliqoşəkərlər). 
Reaktiv və materiallar. Destillə suyu, qurğuşun asetat, natrium 
fosfat,  CuSO
4
,  5H
2
O,  NaOH,  qliserin,  xlorid  turşusu,  qlükoza, 
forfor həvəngdəstə və kasası, şot qıfı, Bunzen kolbası, 100 ml-lik 
konusvari kolba, ölçülü silindr, sınaq şüşələri, su hamamı. 
İşin gedişi. Şəkərlərin su ilə ayrılması. Şəkərlərin su ilə ayrıl-
ması  üçün  5  q  tədqiq  olunan  material  (alma,  kələm,  kök,  soğan) 
çəkilir,  xırdalanır  və  farfor  kasada  70
0
C-yə  qədər  qızdırılmış  az 
miqdar su ilə bircins kütlə alınanadək həvəngdəstə ilə əzilir. Əzil-
miş  kütlə  100  ml-lik  konusvari  kolbaya  keçirilir,  işçi  məhlulun 
həcmi qaynar su ilə 5 ml-ə çatdırılır və esktaksiya üçün 10 dəqiqə 
saxlanır. Sonra ekstrakt soyudulur, Şot qıfı ilə filtrdən keçirilir və 
işçi məhlul ölçü kolbasına keçirilir. Lazım gəldikdə həcmi su ilə 
50 ml-ə çatdırılır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə