Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66

~ 15 ~ 
Qarışıqlar dən və toxumun ərzaqlıq, yemlik və səpin keyfiyyə-
tinə  mənfi  təsir  göstərir.  Tərkibində  qarışıqların  miqdarı  yüksək 
olan dən kütləsi saxlanmağa davamsız olmaqla, emal zamanı on-
dan  aşağı  keyfiyyətli  un  alınır.  Belə  unu  uzun  müddət  saxlamaq 
olmur. 
Dənin iriliyi və bərabərliyi. Dənin ölçüləri (uzunlluğu, eni, qa-
lınlığı), onun iriliyi haqqında təsəvvür verir. Bərabərlik, dənlərin 
eyni  böyüklükdə  olması  ilə  xarakterizə  olunur.  Dən  nə  qədər  iri 
olarsa,  onda  endospermanın  miqdarı  bir  o  qədər  çox,  üyünmədə 
alınan məhsulun çıxımı və keyfiyyəti bir o qədər yüksək olar. Də-
nin iriliyi azaldıqca onun tərkibində qabığın miqdarı artır və məh-
sulun  keyfiyyəti  aşağı  düşür.  Ona  görə  də  belə  dənlərin  heyvan-
darlıq  və  quşçuluq  üçün  yemlər  hazırlanmasında  istifadəsi  daha 
məqsədə uyğundur. 
Bərabər (eyni) böyüklükdə olan dənlər, kənar qarışıqlardan da-
ha yaxşı təmizlənir və bu halda üyünmə prosesinin səmərəsi xeyli 
artır. Üyüdülmüş məhsulun çıxımı və keyfiyyəti yüksəlir. Bunun-
la əlaqədar olaraq üyünməyə hazırlanan dəni iri və xırda olmaqla 
fraksiyalara ayırırlar. 
1000  ədəd  dənin  kütləsi.  Birbaşa  dənin  iriliyi  və  dolğunluğu 
ilə xarakterizə olunur. 1000 dənin kütləsi çox olduqda, onun ema-
lından alınan unun çıxımı və keyfiyyəti yüksəlir. 1000 dənin küt-
ləsinin artması ilə dənin şüşəvariliyi, naturası və endospermasının 
miqdarı da artır. Buğdanın 1000 dəninin kütləsi 20-60 q arasında 
dəyişir. 
Dənin sıxlığı. Vahid həcmdə olan dənin miqdarını əks etdirir. 
Kimyəvi tərkibindən, 1000 dənin kütləsindən, şüşəvariliyindən və 
s. asılıdır. Qabıq hissəyə nisbətən dənin endosperması daha  yük-
sək sıxlığa malik olur. Sıxlığı yüksək olan hissələrin, un üyünmə 
xassələri də yüksək olur. Belə ki, sıxlıq artdıqda üyünmənin aralıq 
məhsulları və həmçinin un çıxımı artmış olur. 
Dənin  davamlığı  və  möhkəmliyi,  onun  mexaniki  xassələrini 
qiymətləndirən  əsas  meyardır.  Davamlıq,  dənin  xarici  təzyiqlərə, 
kəsilməyə  müqaviməti  ilə  müəyyən  olunur.  İri  dənlərin  davamlı-
ğı, xırdalara nisbətən 30-60% azdır. Dənin nəmliyi və temperatu-


~ 16 ~ 
ru yüksəldikcə davamlığı azalır. 
Dənin bərkliyi, onun xarici təbəqələrinin yerli deformasiyalara 
müqavimət qabiliyyəti ilə müəyyən olunur. Onu qabıq və endos-
permanın mikrobərkliyi ilə qiymətləndirirlər. Nəmliyin yüksəlmə-
si,  mikrobərkliyi  azaltdığı  halda,  temperaturun  düşməsi  həmin 
göstəricini yüksəldir. 
Dənin  minerallığı,  onda  olan  mineral  maddələrin  (kalium, 
maqnezium, dəmir, mis və b. oksid və duzları) miqdarı ilə müəy-
yən olunur və faizlə ifadə edilir. Dəndə mineral  maddələrin miq-
darı onun sortundan, becərildiyi torpaq-iqlim şəraitindən asılı ola-
raq dəyişir. 
Mineral maddələr, dənin müxtəlif anatomik hissələrində qeyri-
bərabər paylanır. Qabıq və aleyron qatı daha yüksək, endosperma 
daha az mineral maddələrinə malikdir. 
Sortuna görə üyünmə aparıldıqda, bu məsələlər xüsusi əhəmiy-
yət kəsb edir. Çünki buğda ununda mineral maddələrin yol verilən 
miqdarı  0,55%-ə  qədərdir.  Ona  görə  də,  sortuna  görə  üyünmə 
aparıldıqda  endospermanın  una  maksimum  səviyyədə  keçməsi, 
qabıq və aleyron qatının düzgün ayrılması təmin olunmalıdır. Be-
ləliklə, dənin tərkibində olan mineral maddələrin miqdarı, endos-
permadan qabığın ayrılma dərəcəsinə və alınan unun keyfiyyətinə 
qiymət verilməsində böyük əhəmiyyət kəsb edir. 
Dənin  çörəkbişmə  xassələri.  Bu  xassələrə  -  kleykovinanın 
miqdarı və  keyfiyyəti, xəmirin fiziki və  kimyəvi xassələri (uzan-
ma  qabiliyyəti,  qaz  saxlaması  və  qaz  yaratma  qabiliyyəti  və  s.), 
unun tərkibi, nümunəvi çörək bişirmənin göstəriciləri aiddir. 
Dənin  texnoloji  xassələrini  əks  etdirən  göstəricilər  və  onların 
bir çoxunun təyini sonrakı  bölmələrdə  geniş  şəkildə əks olundu-
ğundan burada onların ətraflı şərhinə ehtiyac görülməmişdir. 
 
1.3. D
ə

kütlə
sind
ə
 
qarışıqların
 t
ə
yini 
Dənlilərin əsas keyfiyyət göstəricilərindən biri tərkibindəki qa-
rışıqların miqdarının təyinidir. Dənli bitkilərdə hər hansı növ qarı-
şıq olarsa, onlar dənin toxumluq və ərzaq keyfiyyətini aşağı salır. 
Qarışıqlar  dənin  emalını  çətinləşdirərək,  məhsul  çıxımını  azaldır 


~ 17 ~ 
və onu saxlanmaya davamsız edir. Qarışıqlar dəndə öz-özünə qı-
zışmanın getməsinə səbəb olaraq nəqliyyatda əlavə ballastdır. Bü-
tün qarışıqlar iki əsas qrupa bölünür: 
1. Zibil qarışıqları; 
2. Dən qarışıqları. 
Öz xüsusiyyətinə və tərkibinə görə əsas dən kütləsi ilə istifadə 
edilməyib, atılan qarışıqlara zibil qarışıqları deyilir. Dənlərin tər-
kibində zibillər miqdarına və növlərinə görə müxtəlif olur.  
Zibil qarışıqlarının tərkibinə aşağıdakılar daxildir: 
1.
 
Mineral qarışıqlar – torpaq, qum, daş, toz; 
2.
 
Üzvi qarışıqlar – yarpaq, gövdə qırıqları, saman və s.; 
3.
 
Zədələnmiş dənlər – yanmış, kiflənmiş, çürümüş, zərərveri-
cilər tərəfindən tam zədələnmiş;  
4.
 
Alaq otlarının toxumları; 
5.
 
Dənin  emalında  və  saxlanmasında  müxtəlif  yollarla  oraya 
düşmüş metal qarışıqları. 
Natamam qiymətli zədələnmiş dənlər dən qarışıqlarına aiddir. 
Dən qarışığı aşağıdakı fraksiyalara ayrılır: 
1.
 
Qırılmış və zərərvericilər tərəfindən yeyilmiş dənlər; 
2.
 
İnkişaf etməmiş dənlər; 
3.
 
Cücərmiş dənlər; 
4.
 
Öz-özünə qızışmada və qurutmada yüngülcə yanmış dənlər; 
5.
 
Şaxta vurmuş, deformasiyaya uğramış və qaralmış dənlər; 
6.
 
Əzilmiş dənlər; 
7.
 
Digər bitkilərin toxumları. 
Əsas və sağlam dənə aşağıdakı fraksiyalar daxildir: 
1.
 
Sağlam, normal, dolğun dənlər
2.
 
Yüngülcə  zədələnmiş  və  ya  qırılmış  rüşeymli  sağlam  dən-
lər. 
İşin  gedişi:  Dövlət  Standartında  qarışıqları  təyin  etmək  üçün 
dənlilərdən aşağıdakı miqdarda çəki götürülür:  
Buğda, çovdar, arpa, vələmir, düyü, sorqo – 50 q. 
Darı – 25 q. 
Atlı lobya, araxis – 200 q. 
Qarğıdalı, noxud, lobya (soya, çini, puta) – 200 q. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə