Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66

~ 18 ~ 
Ayrılmış  çəkinin  xırda  toxumlarını  seçmək  məqsədilə  onu 
ələkdən  keçirirlər.  Ələklərin  ölçüsü  bitkinin  növündən  asılıdır. 
Ələnmə prosesi ələyi 1 dəqiqədə 110-120 dəfə hərəkət etdirməklə 
3  dəqiqə  aparılır.  Ələkdən  keçmiş  hissələr  büksə  doldurulub,  di-
gər fraksiyalar ayrılanadək saxlanılır. Ələkdə qalmış hissəni seçici 
taxta üzərinə töküb şpatel vasitəsilə dən və zibil qarışığı fraksiya-
larına ayırırlar.  Ayrılmış hissələr texniki tərəzidə çəkilir və ümu-
mi  çəkiyə  görə  faizi  tapılır.  Təhlilin  nəticəsi  cədvəl  1.2-də  qeyd 
edilir. 
Cədvəl 1.2 
Nümunə  
Bitki 
sortu 
Qarışıqların adı 
Tərkibi  
q-la 
%-lə 
 
 
1. Zibil qarışıqları 

 
diametri 1 mm ələkdən keçmiş hissə; 

 
mineral qarışıq; 

 
üzvi; 

 
alaq otlarının toxumları; 

 
metal qarışığı; 

 
endosperması tam yeyilmiş dənlər. 
 
 
 
 
CƏMİ: 
 
 
 
 
2. Dən qarışıqları 

 
cücərmiş dənlər; 

 
şaxta vurmuş dənlər; 

 
öz-özünə qızışmış, yanmış dənlər; 

 
inkişaf etməmiş dənlər; 

 
yaşıl, əzilmiş dənlər; 

 
digər bitki toxumları. 
 
 
 
 
CƏMİ: 
 
 
 
 
3. Əsas dənlər 

 
sağlam, normal, dolğun dənlər; 

 
rüşeymi zədələnməmiş qırıq dənlər 
 
 
 
 
CƏMİ: 
 
 
 
1.4. D
ə
nin natura 
çə
kisinin t
ə
yini 
Müəyyən həcmdə dənin kütləsi natura  adlanır. Bu, 100-150 il 
bundan əvvəl  təyin  olunan keyfiyyət  göstəricisidir. Dənin  natura 
çəkisi  nə  qədər  çox  olarsa,  ondan  yüksək  sortlu  un  çıxımı  bir  o 
qədər  artmış  olur.  Bu,  dənin  yüksək  xüsusi  çəkisi  ilə  əlaqədar 
daha çox endospermaya, başqa sözlə dolğunluğa malik olması ilə 


~ 19 ~ 
izah  olunur.  Məsələn,  buğda  dəninin  82-85%  endospermaya 
malik  olması  onun  yaxşı  dolğunluğunu  xarakterizə  edir.  Xüsusi 
çəkisi  1,30  olan  dənin  natura  çəkisi  740  q/l;  xüsusi  çəkisi  1,35 
olan  dənin  natura  çəkisi  790  q/l,  xüsusi  çəkisi  1,40  olan  dənin 
natura çəkisi isə 820 q/l olmuşdur. 
Natura  bir  çox  amillərdən  asılıdır.  Bunlara,  dənin  iriliyi  və 
nəmliyi, dən kütləsindəki qarışıqların miqdarı, növü və s. aiddir. 
Məsələn,  nəmlik  yüksəldikcə  natura  azalır.  Üzvi  qarışıqlar 
naturanı azaltdığı halda, mineral qarışıqlar əksinə, artırır.  
Natura hər bir dənin özündə belə müxtəlif qiymətlərə malik ola 
bilər.  Bu  başlıca  olaraq,  üç  əsas  şərtlə  izah  olunur:  1)  dənin 
müxtəlif  dolğunluğa  malik  olması;  2)  dən  kütləsində  olan 
qarışıqların  miqdar  və  tərkibinin  müxtəlifliyi;  3)  dən  kütləsinin 
müxtəlif nəmliyə malik olması. 
Natura,  purka  adlanan  xüsusi  cihazda  təyin  olunur.  Bu 
göstəricinin  tətbiq  olunduğu  bütün  dövr  ərzində,  müxtəlif 
ölkələrdə  80  tipə  yaxın  purkalar  yaradılmışdır.  Laboratoriyada  1 
litrlik,  dünya  dən  ticarətində  (idxal-ixrac)  20  litrlik  purkadan 
istifadə olunur. 
Naturanı  təyin  etməklə,  anbarların  təqribi  həcmini,  yaxud 
saxlanan  dən  partiyasının  fiziki  kütləsini  müəyyən  etmək 
mümkündür.  Natura  çəkisi  yüksək  olan  dənlər  az  olanlara 
nisbətən  daha  az  saxlayıcı  tutumu  tələb  edir.  Məsələn,  natura 
çəkisi 750 q/l olan 100 ton buğda 100:0,75=133m
3
; natura çəkisi 
700 q/l olan 100 t arpa 100:0,70=142m
3
 anbar həcmi tələb edir. 
Dolğunluqla kifayət qədər korelyasiya olunmadığına görə bəzi 
bitki  dənlərinin  (qarğıdalı,  noxud,  qarabaşaq,  düyü  və  s.)  natura 
çəkisi təyin olunmur. 
İşin gedişi. Dənin natura çəkisi Purka alətində təyin edilir (şə-
kil 1.2).  


~ 20 ~ 
 
     Şəkil  1.2. Düşən yüklə litrlik purka 
1-ölçü  silindri;  2-doldurucu  silindr;  3-qıfli  silindr;  4-
köhnə purka nümunələrində silindrə geyidirmək üçün qıf; 
5-düşən  yük;  6-bıçaq;  7-tərəzinin  qolları;  8-çəki  daşları; 
9-purkanın  saxlanması  üçün  qutu-futliyar;  10-yükün 
qoyulması  üçün  yuva;  11-ölçü  silindrinin  bərkidilməsi 
üçün yuva; 12- ölçü slidrində boşluq; 13-ağır kasa 
 
Alət aşağıdakı hissələrdən ibarətdir. 
1.
 
Ölçü stəkanı – üst hissəsində bıçağın yerləşməsi üçün kəsik, 
alt  hissəsində  isə  havanın  çıxarılması  üçün  boşluqlar  vardır.  Ha-
vası  çıxarılmış  stəkanda  dən  müqavimətsiz  və  bərabər  sıxlıqda 
yerləşir. Pəncərələri yeşiyə bərkitmək üçündür; 
2.
 
Silindr şəkilli doldurucu
3.
 
Silindr və qıf; 
4.
 
Ağırlıq yükü; 
5.
 
Bıçaq; 
6.
 
Tərəzi, ştativ, koromısla; 
7.
 
Qutu,  üzərində  ştativ,  tərəzi  və  ölçü  stəkanının  yerləşməsi 
üçün xüsusi yuva vardır. 
Alətlə  işləmək  üçün  bütün  hissələri  qutudan  çıxarıb,  onu  stol 


~ 21 ~ 
üzərində düzgün yerdə qurmaq lazımdır.  
Tərəzinin  dəqiq  işləməsini  yoxladıqdan  sonra  aləti  işçi  vəziy-
yətinə gətirərək stəkan həmin yuvaya bərkidilir.  
Silindr vasitəsilə stəkana dən tökülür. Artıq dən bıçaqla kəsilib 
kənar edildikdən sonra 0,5 q dəqiqliyi ilə çəkilir. Müxtəlif dənlə-
rin natura çəkisi 1 lirtlik purkada cədvəl 1.3-dəki kimi olur. 
Cədvəl 1.3 
Müxtəlif dənlərin 1 lirtlik purkada natura çəkisi 
Bitkinin adı 
Natura çəkisi q/l 
Buğda 
700-800 
Arpa 
600-780 
vələmir 
375-550 
Çəltik 
400-500 
Çovdar 
600-800 
Darı 
690-790 
Noxud 
860-900 
Qarğıdalı 
700-800 
 
Dənin natura çəkisi iki paralel çəkidən orta rəqəm çıxarılmaqla 
təyin edilir. Iki paralel çəki arasındakı fərq 5 qramdan artıq olma-
malıdır. Vələmir və günəbaxanda 10 qram olur. 
Purka  cihazı  həcmlərinə  görə  0,25,  1  və  10  l  olur.  10  litrlik 
purkadan əsasən idxal-ixrac əməliyyatlarında istifadə olunur.  
 
1.5. D
ənin mütləq çə
kisinin t
ə
yini 
1000 ədəd dənin quru maddəyə görə hesablanmış qramlarla çə-
kisinə  mütləq  çəki  deyilir.  Mütləq  çəki  dənin  iriliyi,  dolğunluğu, 
kimyəvi tərkibi və nəmliyindən asılıdır. 
Mütləq  çəkinin  yüksək  olması  dənlərin  yetişkənlik  dərəcəsini 
və keyfiyyətini xarakterizə edir. 
Mütləq  çəkinin    artması  ilə  dənin  endosperm  hissəsi  artmış 
olur. Buğda dənində mütləq çəki 12,70 q olduqda endosperm 7,95 
q və ya 62,6% olduğu halda, mütləq çəki 22,48 q olduqda endos-
perm 15,68 q və ya 69,8% olmuşdur. 
Mütləq çəki 30,43 q olduqda endosperm 24,60 q və ya 81,1%-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə