Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   66

~ 22 ~ 
ə qədər yüksəlir. Mütləq çəki dənin un çıxımına müsbət təsir gös-
tərir.  Belə  ki,  mütləq  çəki  24,0-37,5  q  olduqda,  un  çıxımı  70,5-
71,2%,  mütləq  çəki  16-22  q  olduqda  isə  un  çıxımı  66,5-69,5% 
olur.  
Dəndə qarışıqlar təyin edildikdən sonra mütləq çəki təyin edi-
lir.  
İşin gedişi: Müəyyən qədər götürülmüş dənlər seçici taxta üzə-
rinə  tökülərək  bərabər  miqdarda  kvadrat  formasında  düzülür. 
Dioqanal  şəkilli bölmə  yolu  ilə 4 üçbucağa ayrılır. Hər üçbucaq-
dan 250 ədəd dən seçilir. Seçilmiş dənlər texniki tərəzidə 0,01 q 
dəqiqliyi ilə çəkilir. İki paralel çəki arasında fərq orta çəkinin 5%-
dən artıq olmamalıdır. Əks halda təhlil təkrar edilir. İki nümunədə 
1000 ədəd dənin çəkisi toplanır ki, bu faktiki nəmlikdə 1000 ədəd 
dənin çəkisi kimi hesablanır. 
Quru maddəyə görə hesablamaq üçün aşağıdakı formuldan isti-
fadə edilir. 
 
   
         
   

 
burada  D – dənin mütləq çəkisi; 
A – 1000 ədəd dənin faktiki nəmlikdə çəkisi
V – dənin nəmliyi, %-lə. 
Dənin keyfiyyət göstəricilərinin təyini üçün lazım olan avadan-
lıqlar: 
1.
 
Dənli bitkilərin müxtəlif növ və sortlarından nümunələr
2.
 
Seçici taxtalar; 
3.
 
Texniki tərəzi və çəki daşları. 
 
1.6. D
ənin şüşə
variliyinin t
ə
yini 
Buğda  dəni  endospermasının  konsistensiyasına  görə  şüşəvari, 
bir  qədər  şüşəvari  və  unlu  ola  bilir.  Şüşəvari  dənlər  tamamilə, 
yaxud zəif tutqunluqla şüşəvari endospermaya və həmçinin dənin 
eninə  kəsilmiş  təbəqəsinin  25%-ə  qədəri  unlu  hissəyə  malik 
dənlərdir. 


~ 23 ~ 
Unlu dənlər, tamamilə unlu endospermaya, eləcə də  eninə kə-
silmiş təbəqəsinin 25%-ə qədəri şüşəvari hissədən ibarət olan dən-
lərdir. 
Bir qədər şüşəvari dənlər, yuxarıdakı qrupların heç birinə daxil 
olmur. Bu qrupa unlu xallara malik şüşəvari dənlər aiddir. 
Zülal maddələrinin ümumi miqdarı unlu dənlərə nisbətən şüşə-
vari buğda dənlərində daha yüksəkdir. 
Buğda dənləri endospermanın miqdarından asılı olaraq şüşəva-
riliyinə görə üç qrupa bölünürlər: 40%-dən az-aşağı şüşəvari, 40-
60%-orta şüşəvari, 60%-dən çox-yüksək şüşəvari. Dənin şüşəvari-
liyini təyin etmək üçün  qarışıqlardan təmizlənmiş 100 bütöv  dən 
ayrılaraq hər biri ayrı-ayrı eninə kəsilir və baxılaraq qruplaşdırılır. 
Diafanoskop  cihazından  istifadə  edərək  şüşəvariliyin  təyini  daha 
dəqiq və əlverişlidir. 
Şüşəvariliyin  təyini.  Zibil  və  dən  qarışıqlardan  təmizlənmiş 
100 bütöv dən seçilmədən götürülür. Onların hər biri ülgüclə uzu-
nuna  yarıya bölünür və dənin  konsistensiyasından asılı  olaraq bu 
və ya digər qrupa aid edilir. Dənlər sayıldıqdan sonra ümumi şü-
şəvarilik faizi hesablanır. Ümumi şüşəvarilik faizi hesablandıqda 
tam şüşavari dənlərin miqdarına bir qədər şüşavarilərin yarıya bö-
lünmüş miqdarı əlavə olunur. 
Buğda dənlərinin şüşavariliyini diafanoskop cihazının köməyi-
lə müəyyən etmək əlverişlidir (şəkil 1.3). Bu halda dənlər cihazın 
metal  torunun  yuvalarında  yerləşdirilir.  Dənli  torlar  cihazın  kor-
pusunun kəsiyinə qoyulur. Torlu şəbəkə altında parıltısız şüşə və 
işıq mənbəyi (elektrik lapması 55 Vt gücündə) yerləşir. Yaxşı işıq 
saçan dən şüşavari hesab olunur. Tünd qalan dənlər unvari sayılır.  
Bir qədər şüşavari dən yarımşəffaf görünür. Şübhəli dənləri isə 
bölmək lazım gəlir.  
Buğda  dəninin  ümumi  şüşavariliyi  iki  paralel  təyin  etmələr 
arasındakı fərq 5%-i keçməmək şərti ilə təyin edilir.  
 
 


~ 24 ~ 
 
 
Şəkil 1.3. Diafanoskop 
1-metal tor; 2- metal tor üçün kəsik; 3-lupa; 4-fokusa 
gətirmək üçün qulp; 5-elektrik ötürücü 
 
 
1.7. Saxlanan d
ə

kütlə
sind
ə
 h
əşə
rat v
ə
 
g
ə
n
ə
l
ə
rin t
ə
yini   
1.7.1. Zərərvericilər və onların qarşısının alınması yolları  
Dən  kütləsində  zərərvericilərin  müəyyən  inkişaf  mərhələsində 
olan canlı nümayəndələrinə təsadüf olunması həmin dənin yolux-
duğundan  xəbər  verir.  Yoluxmanı  istənilən  dən  partiyasının  key-
fiyyətini  qiymətləndirməklə  bilmək  olur.  Dənin  zərərvericiləri 
olan həşərat və gənələrin bir çox növləri, yalnız saxlayıcılarda in-
kişaf  etməklə,  onlara  təbiətdə  təsadüf  olunmur.  Bəziləri  isə  həm 
təbiətdə,  həm  də  saxlayıcılarda  təsadüf  olunur.  Zərərvericilərlə 
yoluxmuş  dənlərin  kütləsində  və  keyfiyyətində  itki  baş  verir. 


~ 25 ~ 
Dənlə qidalanan zərərvericilər onun çəkisini azaldır, orqanoleptik 
göstəricilərini  dəyişir,  dəndə  ona  xas  olmayan  iy  yaradır  və  onu 
çirkləndirirlər.  Zərərvericilərin  bir  çoxu  dənin  rüşeym  hissəsini 
yeyərək,  onun  cücərmə  qabiliyyətini  aşağı  salır.  Zərərvericilərin 
dən  kütləsinin  hər  hansı  yerində  toplanması  orada  temperaturun 
və nəmliyin yüksəlməsinə və nəticədə öz-özünə qızışmaya gətirib 
çıxarır. 
Zərərvericilərlə  mübarizəni  düzgün  təşkil  etmək  üçün  onların 
yayılma  yolları,  xassələri,  onlara  təsir  edən  amillər  və  s.  məlum 
olmalıdır. 
Dəndə  və  dən  məhsullarında  (un,  yarma,  kombinə  edilmiş 
yemlər)  həşərat  və  gənələrin  intensiv  inkişafını  müəyyən  edən 
əsas amil temperaturdur. Zərərvericilərin inkişafı üçün temperatu-
run aşağı həddi 6-12
0
C, yuxarı həddi 36-42
0
C-dir. Göstərilən həd-
lərdən bir qədər fərqli şərait zərərvericilərin hərəkətsizliyinə, çox 
fərq isə onların tamamilə məhvinə səbəb olur. Zərərverici həşərat-
ların əksəriyyəti üçün optimal temperatur -26-29
0
C-dir. Növ tərki-
bindən  asılı  olaraq,  gənələr  üçün  optimal  temperatur,  nisbətən 
fərqli xarakter daşıyır. Belə ki, un gənəsi üçün optimal temperatur 
daha  az  (14-23
0
C),  Rodionov  gənəsi  üçün  isə  29-35
0
C-dir.  Qeyd 
etmək  lazımdır  ki,  gənələr  aşağı  temperatura  daha  davamlı  olub, 
bir çox növləri 10
0
C-də hələ qidalanır, çoxalır və hərəkət edirlər. 
Lakin optimal şəraitdən fərqli olaraq, onların embrional inkişafı-
nın davam etmə müddəti bir neçə dəfə artmış olur.  
Həşərat və gənələrin inkişafına dən kütləsinin nəmliyi və oksi-
gen də təsir göstərir. Tədqiqatlar göstərir ki, zərərverici həşəratlar 
13-15% və daha aşağı nəmlikdə inkişaf edə bilirlər. Gənələrin ək-
səriyyətinin  kütləvi  inkişafı  üçün  isə  daha  yüksək  nəmlik  tələb 
olunur. 
Saxlanan  dən  kütləsinin  müəyyən  təbəqəsində  oksigen  olma-
dıqda, həşərat və gənələr oksigenlə zəngin hissələrə, o cümlədən 
dənin üstünə və saxlayıcının divarlarına doğru yerlərini dəyişirlər.  
Dən  kütləsinin  zərərvericiləri  işığa  meyilli  olmayıb,  qaranlığa 
can atırlar. Uçan formaları gecələr uçuşlar edirlər, bəziləri isə isti 
elektrik lampasına meyl  edirlər.  İsti  günəş şüaları zərərvericilərə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə