Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

~ 26 ~ 
məhvedici  təsir  göstərir.  Bu  onların  yanması  və  su  itirməsi 
hesabına baş verir. Respublikamızın əksər rayonlarında dəni nazik 
qatda  (5-4  sm-lik)  günəş  altında  sərməklə,  40
0
C  və  daha  yüksək 
temperatura qədər qızdırmaq olur. Həmin temperatur, dəndəki zə-
rərvericiləri məhv edir.  
Həşarat  və  gənələrin  inkişafına  dən  kütləsindəki  zədələnmiş 
dənlər və xırda üzvi qarışıqlar təkan verir. Çünki, həmin məhsul-
lar zərərvericilər üçün yaxşı qida mənbəyidirlər. 
Dən  saxlayıcılarının  divar,  dayaq  və  döşəməsindəki  çatlarda 
yığılmış məhsul qalıqlarında inkişaf edən zərərvericilər yeni yığıl-
mış dən məhsuluna yoluxurlar. 
Saxlayıcılarda  dən  kütləsinin zərərvericilərlə  yoluxması  gəmi-
ricilər və quşların fəaliyyəti nəticəsində də baş verir. Belə ki, hə-
min  canlıların  bədənində  çox  vaxt  böyük  miqdarda  gənələrə  və 
digər xırda həşəratlara təsadüf olunur.  Bundan başqa zərərverici-
lər  saxlayıcıya  qab  və  inventarlarla,  hətta  kuləklə  yaxınlıqdakı 
yoluxmuş obyektdərdən gətirilə bilər.  
Ona görə də dən saxlayıcılarına düzgün xidmət göstərilməklə, 
dən kütləsinin yoluxmasına vaxtaşırı nəzarət olunmalıdır.  
Dən kütləsini zərərverici həşərat və gənələrdən, gəmiricilər və 
quşlardan  qorumaq  üçün  tətbiq  olunan  mübarizə  tədbirlərini  iki 
qrupa bölmək olar:  
1) Profilaktiki tədbirlər;  
2) Qırıcı tədbirlər. 
Profilaktiki tədbirlər daha ucuz və asan başa gələn olub, müha-
fizənin  əsasını  təşkil  edirlər.  Bu  tədbirlərə  riayət  olunması  zərər-
vericilərlə  kütləvi  yoluxmanın  və  digər  obyektlərə  yayılmanın 
qarşısını alır. 
Qırıcı  tədbirlər texniki cəhətdən mürəkkəb və baha olub,  küt-
lədə  və  keyfiyyətdə  itki  ilə  nəticələnsə  də,  ciddi  ehtiyac  olduqda 
tətbiq olunmalıdır. 
Mühafizə  tədbirlərinə  məhsul  yığımından  əvvəl  -  bütün  ob-
yektlərin  (anbarlar,  maşınlar  və  s.)  ciddi  mexaniki  təmizlənməsi 
və sonra bütün qalıqların məhvi (yandırılması) ilə başlanılır. İsti-
fadə  olunacaq  qalıqlar  zərərvericilərdən  təmizlənib,  ayrı  yerdə 


~ 27 ~ 
saxlanmağa qoyulur.  
Təmizlənmiş  obyektlər,  profilaktiki  dezinseksiya  olunur.  Mə-
sələn, avtomobilin  yük  yeri və təkərləri, ağac inventarlar və baş-
qaları 15%-li natrium sodası, yaxud qaynar su ilə yuyulur. Anbar-
lar sulu aerozol, yaxud qaz dezinseksiya vasitələri ilə işlənir. 
Sulu  dezinseksiyanın  yeni  radikal  vasitəsi  kimi  karbofos,  üç-
metilnitrofos 3, xlorofos və başqaları üzvi fosfor birləşmələrindən 
istifadə olunur.  
Boş  saxlayıcıların  dezinseksiyası  aerozolla  da  aparıla  bilər. 
Tam  hermetik  olmayan  binaların  qazlaşdırmaqla  dezinfeksiyası 
aparılmır.  İri  və  kifayət  qədər  hermetik  dən  saxlayıcıları  bromlu 
metil, metallilxlorid, 242 preparatı ilə işlənir.  
Gəmiricilər, xüsusilə də siçovullarla mübarizəyə xüsusi diqqət 
verilməlidir.  Bunun  üçün  profilaktiki  tədbir  kimi  siçovul  keçmə-
yən saxlayıcılar tikilməli, siçovulların  yem mənbələri və zibillik-
lər ləğv olunmalıdır.  
Qırıcı  tədbir  kimi  tələlərin  qurulması  və  sink  fosfid,  zooku-
marin və s. zəhərlərin tətbiqini göstərmək olar. 
 
1.7.2. Dənin uzunburunlarla gizli zədələnməsinin təyini 
Uzunburunların  inkişafı  dənin  daxilində  də  getdiyindən,  açıq 
zədələnmə ilə yanaşı gizli də təyin edilməlidir. Təyin etmək üçün 
orta nümunədən seçilmədən 50 ədəd bütöv dən götürülür. Bıçaq, 
yaxud iynə ilə deşilir (qurdalanır). Sonra ona lupa ilə baxılır. Dən-
də  hər hansı  yoluxma  əlaməti tapılarsa, o, zədələnmiş  hesab olu-
nur.  Zədələnmiş  dənlər  hesablanır  və  götürülən  dənin  miqdarına 
görə faizi tapılır. 
Dənin  gizli  zədələnmə  dərəcəsini  Bruduno  üsulu  ilə  də  təyin 
edirlər.  Orta  nümunədən  15  q  götürüb,  dən  və  zibil  qarışıqların-
dan  təmizləyirlər.  Sonra  nümunə  metal  tor  ələyə  tökülüb,  30
0

temperatura  malik  suda  1  dəqiqə  saxlanır.  Nümunələr  isti  suyun 
təsirindən  şişir  və  genişlənir.  Sonra  stəkanı  tərkibində  1%-li 
KMnO
4
 olan məhlula salır və sonra dən soyuq, təmiz suda və  ya 
H
2
SO
4
  ilə  hidrogen  peroksid  məhlulu  ilə  yuyulur.  Bunun  üçün 
dən  həmin  məhlulda  20-30  saniyə  saxlanır.  100  ml  1%-li  sulfat 


~ 28 ~ 
turşusu  məhluluna  1  ml  3%-li  hidrogen  peroksid  götürülür.  Nü-
munələr qara rəngə boyanır və tez dənin səthinə çıxır. Zədəli dən-
lərdə qara nöqtələr yaranmış olur. 
15 q dəndə tapılmış zədəli dənlər 1 kq-a görə hesablanır. 
Lazım olan avadanlıq 
1.
 
Müxtəlif dənlərin nümunəsi; 
2.
 
Müxtəlif diametrli metal ələklər; 
3.
 
Tərəzi və çəki daşları; 
4.
 
Seçici taxtalar; 
5.
 
Eksikator, termometr, isti su; 
6.
 
1%-li KMnO
4

7.
 
100 ml 1%-li H
2
SO
4
 və 3%-li hidrogen peroksid. 
 
1.7.3. Dənlərin anbar zərərvericiləri ilə zədələnmə dərəcəsinin 
təyini 
Laboratoriyada  zərərvericiləri  təyin  etmək  üçün  götürülən 
nümunədə təhlil həmin gün aparılır. Təhlil olunanadək nümunələr 
ağzı möhkəm bağlı şüşə bankalarda saxlanır. Anbarda saxlanılmış 
dənlərdən  nümunə  götürdükdə  temperaturu  təyin  olunan  qatlar-
dan, yəni hər 100 m
2
 seksiyadan üç qatdan - aşağı, yuxarı və orta 
qatdan; hündürlüyü 1,5 m-ə qədər olan dən topasında iki qatdan - 
üst  və  aşağı  qatdan  nümunə  götürülür.  Seksiyaların  hər  birindən 
götürülən nümunənin miqdarı 1 kq təşkil edir. 
Birinci növbədə nümunədə dənin gənələrlə zədələnmə dərəcəsi 
yoxlanır. Bu məqsədlə 1 kq nümunə diametri 1,5 mm olan ələkdə 
əl vasitəsilə ələnir. Ələnmə 3 dəqiqədə müddətində 120 dəfə hərə-
kət  etdirməklə  yerinə  yetirilir.  Ələkdən  keçmiş  nümunəyə  seçici 
taxta üzərində lupa ilə baxılır. Gənələrin miqdarı müəyyənləşdiri-
lərək dənin zədələnmə dərəcəsi təyin edilir. 
 
Zədələnmə dərəcəsi 
1 kq dəndə gənələrin miqdarı 

1-20 ədəd 
II 
20-dən yuxarı 
III 
Gənələr böyük təbəqə təşkil edir 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə