Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

~ 29 ~ 
Dənin anbar uzunburunu ilə zədələnmə dərəcəsini təyin etmək 
üçün  nümunələr  2,5  mm  diametrli  ələkdən  keçirilir.  Nümunədə 
canlı  uzunburunların  miqdarı  sayılır.  Həmin  miqdardan  asılı 
olaraq 3 zədələnmə dərəcəsi müəyyənləşdirilir. 
 
Zədələnmə dərəcəsi 
1 kq dəndə gənələrin miqdarı 

1-5 ədədə qədər 
II 
6-10 ədədə qədər 
III 
10-dan yuxarı 
 
Dənin  digər  zərərvericilərlə  zədələnməsini  öyrənmək  üçün  1 
kq dəndə onların miqdarı müəyyənləşdirilir. 
Dəndə  gənənin  və  uzunburun  bitin  olmasını  birgə  yoxlamaq 
üçün  dən  ikimərtəbəli  ələkdən  keçirilir.  Bir  ələyin  gözcüklərinin 
diametri  2,5  mm,  digərinin  diametri  isə  1,5  mm  olmalıdır. 
Ələkdən keçirilmiş hissələr ayrılıqda yoxlanır. 
Zərərvericilər  olmadıqda  dənin  keyfiyyətini  xarakterizə  edən 
sənədlərdə onun olmadığı qeyd edilir. 
 
1.8. D
ə
nin n
ə
mliyi v
ə
 onun t
əyini üsulları
 
1.8.1. Ümumi anlayış  
Nəmlik dənin saxlanmasında əsas faktor sayılır. Yüksək nəmli 
dənlərdə  öz-özünə  qızışma  sürətlə  gedir  və  onlar  mikroorqanizm 
və anbar zərərvericilərilə asan zədələnirlər. Qış soyuqlarının təsiri 
nəticəsində  nəmli  dənlər  cücərmə  qabiliyyətini  itirməklə  səpin 
üçün  yararsız  olur.  Dən  nə  qədər  quru  olarsa,  onun  saxlanma 
müddəti də uzun olar. Bu vaxt dən cücərmə qabiliyyətini də uzun 
müddət saxlayır. Nəmliyin çox olması dənin emalına mənfi təsir 
göstərir. Nəmli dənin emalına yüksək enerji sərf olunmaqla dəyir-
manların  məhsuldarlığı  aşağı  düşür.  Yaş  dənlərdən  un  və  yarma 
istehsalı  üçün  istifadə  yararsızdır.  Dənin  tərkibində  olan  su  nəq-
liyyatda  əlavə  ballast  olmaqla,  əlavə  də  nəqliyyat  vasitələri  tələb 
edir.  
Onun miqdarı bitkidən, onun anatomik quruluşundan,  yetişmə 
dərəcəsindən, yığım, saxlanma və daşınma şəraitindən asılıdır. 


~ 30 ~ 
Akademik  P.A.Rebinderoma  görə  müxtəlif  materiallarda  su 
aşağıdakı formalarda olur:  
1.  Kimyəvi  əlaqəli  su.  Ciddi  müəyyən  olunmuş  nisbətlərdə 
maddələrin tərkibinə daxil olduğundan, onu ayırmaq üçün maddə-
ləri parçalamaq lazımdır.  
2.  Fiziki-kimyəvi  əlaqəli  su.  Materialın  tərkibinə  ciddi  müəy-
yən olunmamış nisbətlərdə daxil olur. Bu forma əlaqəyə-adsorbsi-
ya əlaqəsi, osmotik mənimsənilmiş su və quruluş suyu daxildir. 
Hidrofil  kolloidlərlə  sorbsiya  olunmuş  su  molekulları  həlle-
dicilik xassəsini itirir və kimyəvi reaksiyalarda iştirak edə bilmir. 
Fiziki-kimyəvi əlaqəli suya, həm də birləşmiş su deyilir. 
3. Mexaniki əlaqəli su, dənin mikro- və makrokapillyarlarında 
yerləşir.  O,  sərbəst  su  adlanmaqla,  adi  suyun  bütün  xassələrinə 
malik olur. Qurudulduqda sərbəst su asanlıqla kənar olunur. 
Güclü  qurutma  zamanı  sərbəst  su  ilə  yanaşı  demək  olar  ki, 
bütün fiziki əlaqəli su da buxarlanır. Belə su, hiqroskopik su adla-
nır.  Laboratoriyada  təyin  olunan  və  dənin  nəmliyini  əks  etdirən 
su, məhz hiqroskopik sudur.  
Dən və toxumlar nəmliyinə görə 4 vəziyyətdə - quru, orta qu-
ruluqda,  nəm  və  yaş  olmaqla  fərqləndirilir.  Buğda,  çovdar,  arpa, 
düyü  və  qarabaşaq  dənləri  misalında  nəmliyin  dəyişmə  intervalı 
belədir:  
 
quru -  
14%-ə qədər nəmliyə malik;  
orta quruluqda - 
14,0-15,5%-ə qədər nəmliyə malik; 
nəm - 
15,5-17,0%-ə qədər nəmliyə malik; 
yaş - 
17%-dən yuxarı nəmliyə malik olanlar. 
 
Efir yağlı bitkilərin toxumu az, bəzi paxlalılar daha çox nəmli-
yi ilə səciyyələnir. 
Orta quruluqda  (15,0-15,5%)  olan dəndə  artıq  müəyyən qədər 
sərbəst  su  yaranmış  olur.  Sərbəst  suyun  yarandığı  səviyyə,  kritik 
(böhranlı) nəmlik adlanır. Belə nəmlikdə dənin tənəffüsü intensiv-
ləşməklə, mikroorqanizmlərin fəal inkişafı mümkün olur. 
Dəndə nəmliyi təyin etmək üçün, aşağıdakı üsullardan istifadə 


~ 31 ~ 
olunur:  
1. Destillə üsulu. Dəndən dislillə edilməklə suyun buxarlandı-
rılması  və  onun  miqdarına  əsasən  nəmliyin  təyinidir.  Hazırda 
demək olar ki, tətbiq olunmur.  
2.  Dənin  quru  qalığına  görə.  Bu  üsulda  5  q  xırdalanmış  dən 
130
0
C temperaturda  40  dəqiqə  müddətinə  quruducu  şkafda quru-
dulur  və  sonra  çıxarılaraq  çəkilir.  Nəticə  xüsusi  formulla  hesab-
lanır.  
3.  Elektrik  metodu  -  dən  kütləsinin  nəmliyinin  dəyişməsinin 
onun  elektrik  keçiriciliyinin  və  dielektrik  nüfuz  etmə  qabiliyyə-
tinin  dəyişməsi  ilə  əlaqədar  olmasına  əsaslanır.  Dənin  elektrik 
keçiriciliyini  və  dielektrik  nüfuz  etmə  qabiliyyətini,  xüsusi 
qurğularda ölçməklə, qısa müddətdə nəmliyi təyin edirlər. 
 
1.8.2. Dənin nəmliyinin təyini  
Laboratoriyaya  gətirilmiş  nümunələr  həmin  gün  və  yaxud  2 
sutkadan  artıq  saxlamadan  təhlil  edilməlidir.  Nəmliyi  təyin 
olunanadək  nümunələr  ağzı  möhkəm  bağlı  çəllək  və  butulkada 
saxlanmalıdır.  Təcrübi  olaraq  dənin  nəmliyi  quruducu  şkafda  və 
ya  elektrik  nəmlik  ölçəndə  təyin  edilir.  Nəmliyin  təyinində 
elektrik  quruducu  şkafdan  geniş  istifadə  olunur.  Bu  cihazla  dən, 
yarma, un və s. məhsulların nəmliyi (105, 130, 160
0
) təyin edilir. 
Şkafda  10  ədəd  büks  yerləşir.  Bu  məqsədlə  laboratoriya 
dəyirmanında  50  q  dəni  narın  un  şəklinə  salmaq lazımdır.  Dənin 
üyünmə  böyüklüyü  onun  qurumasına  təsir  edir.  İri  üyünmüş 
dənlər  gec  quruyur.  Alınmış  məhsul  ələkdən  keçirilir.  Nümunə 
götürülməzdən  qabaq  bükslər  1  saat  ərzində  şkafda  105
0

temperaturda  saxlanıb,  eksikatorda  soyudulduqdan  sonra  texniki 
tərəzidə  0,01  q  dəqiqliyi  ilə  çəkilir.  Üyünmüş  undan  çəkisi  5  q 
olan iki paralel çəki çəkilib, bükslərə tökülür. Onlar şkafda torun 
üzərində  termometrin  ətrafında  qoyulur.  Bükslərin  qapağı 
çıxarılmaqla hamısı bir qata yerləşdirilir. 
Qurutma  prosesi  105
0
C-də  40  dəqiqə  saxlanmaqla  aparılır.  40 
dəqiqə  ərzində  temperaturda  ±2
0
  dəyişiklik  ola  bilər.  40 
dəqiqədən  sonra  bükslər  Tigel  tutucuları  vasitəsilə  şkafdan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə