Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə4/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   118

b)  Sıra  sayları  isimlərle  yanaşır:  yetinç  ay  (KTşm  ş) 
«yeddinci ay», eİcinti sü Qüs (MÇ 9) «ikinci döyüş»,  ekinti kün (T 
39) «ikinci gün», törtinç ay (MÇ  15) «dördüncü ay» və s.
c)  Qeyri-müəyyən  miqdar  sayının  müxtəlif  şəkilli  for­
maları  isimlərə yanaşır: az bodun  (KTc  10)  «az xalq»,  üküş kişi 
(KTc  7) «çox adam»,  əligçə эр (T 42)  «əllicə döyüşçü», yüzçə 
ər  (BKş  37)  «yüzcə  döyüşçü»,  eki-üç  kisi  (BKş  41)  «iki-üç 
adam», eki-üç biQ sü (T  14) «iki-üç min qoşun» və s.
ç) Müəyyən və təqribi saylar sifətə yanaşır: üç tuğlığ (MÇ
8)  «üç  bayraqlı»,  biQ yıllığ  (MÇ  21)  «min  illik»,  tümən, künlig 
(MÇ 21) «on min günlük», bir-iki atlığ (MÇ  17) «bir-iki adlı» və 
s.
d)  Say  zərfə  yanaşır:  ekin  ara  (KT  ş  1)  «ikisinin  arası». 
Tərcümədən  də  göründüyü  kimi,  müasir  türk  dillərində  say 
zərfə  yanaşma  əlaqəsi  ilə 
yox,  uzlaşma-idarə  əlaqəsi  ile 
bağlanır.
6. 
Əvəzliyin  müxtəlif növləri  isimlərə,  bəzən  də  saylara 
yanaşır:
a)  İşarə  əvəzliyi  isimlərə  yanaşır  və  birinci  növ  təyini 
(yanaşma əlaqəli) söz birləşmələri əmələ gətirir: ol kan (O  1) «o 
xan», bu sab (КТ c 2) «bu nitq».
b) Təyini əvəzliklər isimlərə yanaşır: kəntü bodun (KT şm 
4) «öz xalqım».
c)  Toplu  əvəzliklər  isimə  yanaşır:  kamuğ  balık  (O  9) 
«hamı  (bütün)  şəhəıflər)»,  kamuğ  bodun  (KT  ş  8)  «hamı 
(bütün) xalq(lar)».
ç)  Sual  əvəzlikləri  isimlərə  yanaşır:  nə  koğan  (KT  ş  9) 
«nə (hansı) xaqan».
d)  ança  «onca»,  bunça  «bunca»  əvəzlikləri  isimlərə 
yanaşır:  bunça  bodun  (BK  c  12)  «bunca  xalq»,  bunça  bəglər 
(BK  c  14)  «bunca  bəylər»,  bunça  bark  (BK  c  q)  «bunca 
sərdabə», ança bodun (KT c 2) «onca xalq»,.
ə)  İşarə əvəzlikləri toplu saylara yanaşır: bu üçəgü (T  12) 
«bu üçlük».
'7.  Feli  sifotlər  isimlərə  yanaşır:  kəligmə  sü  (BK  ş  31) 
«gələn qoşun»,  kəligmə bəglər (T 43)  «gələn  bəylər»,  kəligmə
14
bodun  (T  43)  «gələn  xalq»,  barduk yir (KT  ş  24)  «getdik yer», 
kağanladuk kağan  (KT  ş  9)  «xaqan  qoyduğu  xaqan»,  elsirəmiş 
bodun  (KT  ş  13)  «elsizləşmiş  xalq»,  öltəçi  bodun  (KT  ş  29) 
«öləsi xalq» və s.
Qədim  türk  yazısı  abidələrinin  dilində  tərkibi  saylarm 
tərəfləri də yanaşma əlaqəsi ilə bir-birinə bağlanır: bir yigirminç 
(MÇ  25)  «on  birinci»,  yeti  yüz  (KT  ş  13)  «yeddi  yüz»,  üç 
yegirmi (KT ş  18) «on üç», biş otuz (KT ş  13) «iyirmi beş», yeti 
yegirmi (T 49) «on yeddi» və s.
İDARƏ ƏLAQƏSİ
İdarə  əlaqəsi,  adından  da  göründüyü  kimi,  söz  birləş­
məsinin  bir  tərəfinin  digər  tərəfini  idarə  etməsi  əsasında  ya­
ranır. Türk dillərində, o cümlədən qədim türk yazısı abidələrinin 
dilində  bu  əlaqə  obyekt  və  relyativ əlaqəli  söz  birləşəmlərinin 
tərəfləri arasında olur və söz birləşmələrinin  ikinci komponenti 
birinci  komponentini  idarə  edir:  idarə  də  tabe  söz  -   birinci 
komponent  tabe  olduğu  sözün 
ikinci  komponentin  tələbi  ilə 
ismin  bu  və  ya  digər  halında  işlənir.  İdarə  əlaqəsində 
birləşmənin  birinci tərəfi  hala görə dəyişdiyi üçün ya isimlə, ya 
da  substantivləşmiş  hər  hansı  bir  nitq  hissəsi  ilə  ifadə 
edilməlidir.  Türk  dillərində  idarəetmə,  əsasən,  fellərə  xas 
xüsusiyyət  olduğu  üçün  idarə  əlaqəsində  tabeedici  söz  əksər 
hallarda  fellə  ifadə  edilir.  Buna  görə  də  türk  dillərində  istər 
predikativ, 
istərsə 
qeyri-predikativ 
söz 
birləşmələrində 
təsriflənən  fellər, feli  sifət, feli  bağlama,  habelə məsdərlə idarə 
geniş yayılmışdır: qədim türk yazısı abidələrinin dilində məsdər 
yox  dərəcəsində  olduğu  üçün  məsdərlə  idarədən  danışmağa 
ehtiyac  yoxdur.  Türk  dillərində  adların  idarəetmə  bacarığı  çox 
zəifdir.  Buna  görə  də  isimlər  və  substantivləşmiş  digər  nitq 
hissələri tabeedici  söz kimi  idarə  əlaqəsində  az iştirak edir.  Bu 
nitq hissələri ismin təsirlik halında işlənən sözləri ümumiyyətlə 
idarə edə bilmir, yalnız ismin yiyəlik, yönlük, yerlik və  çıxışlıq 
hallarında işlənən sözləri idarə edir.
Burada  bir  məsələni  aydınlaşdırmaq  lazımdır.  İsimlər  və 
substantivləşmiş  digər  nitq  hissələri  təsirlik  halda  işlənən
15


sözləri  idarə edə bilmədiyi  kimi  fellər də  ismin  yiyəlik  halında 
işlənən  sözləri  idarə  edə  bilmir.  Bu,  hamı  tərəfindən  qəbul 
edilən  həqiqətdir.  Lakin  bəzi  tədqiqatçılar  adlıq  halda  işlənən 
sözün  də  idarə  edilməsindən  danışırlar.  Məlumdur  ki,  müasir 
türk  dillərində  ismin  adlıq  halında  işlənən  söz  cümlənin 
mübtədası olur.  O da məlumdur ki,  cümlənin  mübtədası heç bir 
cümlə  üzvünə  tabe  olmur;  hətta  cümlənin  xəbəri  mübtədaya 
tabe  olub  onunla  uzlaşır,  mübtədamn  təyini  ona  tabe  olub 
mübtədaya yanaşır.  Türk dillərinin bu qanunu qədim türk yazısı 
abidələrinin  dili  üçün  də  məqbuldur.  Bir  halda  ki,  cümlənin 
mübtədası -  adlıq halda işlənən söz cümlədə heç bir üzvə (sözə) 
tabe  olmur,  onda  onun  başqa  söz  tərəfindən  idarə  edilməsi 
haqqmda söhbət belə gedə bilməz.
Türkoloji  ədəbiyyatda  bəzən  feli  və  ismi  idarədən  əlavə 
qoşma  idarəsindən  də  danışılır.  Məsələn,  A.N.Kononov  qədim 
türk  yazısı  abidələrinin  dilində  idarə  əlaqəsindən  danışarkən 
onun  iki  tipini  göstərir:  1)  halla  idarə  -   bu  idarə  yalnız  hal 
şəkilçiləri  vasitəsilə  heyata  keçirilir  və  2)  qoşma  ilə  idarə  -  bu 
idarə  hal  şəkilçisi  üçtə gəl  qoşma vasitəsilə  həyata keçirilir.  Bu 
xüsusiyyətə  biz  təkcə  qədim  türk  yazısı  abidələrinin  dilində 
yox,  müasir  türk  dillərində  də rast  gəlirik:  idarə  əlaqəsində  bir 
sıra  hallarda  tabe  sözlə  tabeedici  söz  arasına  qoşma  daxil  ola 
bilir.  Əslində  qoşma  köməkçi  nitq  hissəsi  olduğu  üçün 
idarəetmə qabiliyyətinə malik deyildir. İdarə əlaqəsinə girən ad 
və  felin  arasına  hansı  qoşmanın  daxil  ola  bilməsi  ilk  növbədə 
həmin  ad  və  felin  semantik  mənasından,  sonra  isə  qrammatik 
mənadan  asılıdır.  Məsələn,  Soğdak  tapa  sülədimiz  (KT  ş  31) 
«Soğdaya  qarşı  qoşun  çəkdik»  söz  birləşməsində  hər  iki 
komponentin  semantikası  müasir  Azərbaycan  dilində  «tərəf», 
«sarı»,  «qarşı»  mənasını  verən  «tapa»  qoşmasının  işlənməsini 
tələb  edir;  burada  başqa  qoşma  işlətmək  mümkün  deyildir. 
Yaxud  birlə  «ilə»  qoşması  idarə  əlaqəsinə  girən  ad  və  felin 
semantik  (və  qrammatik)  mənası  birgəlik  və  ya  alət  məzmunu 
tələb  etdikdə  onların  arasına  daxil  ola  bilər.  Bir  sözlə,  qoşma 
müstəqil  surətdə  adlan  idarəetmə  qabiliyyətinə  malik  deyildir, 
o,  yalnız  idarə  əlaqəsinə  girən  ad  və  felin  ünvanlı  tələbi  ilə 
onların arasma daxil ola bilər.  Lakin bütün bunlara baxmayaraq,
16
dilçilik  ədəbiyyatında  qoşmanın  adlan  idarəetmə  qabiliyyətinə 
malik  olduğundan  da  danışılır.  Nəhayət,  onu  da  qeyd  etmək 
lazımdır  ki,  türkoloji  ədəbiyyatda  adın  adla  idarə  edilməsini 
inkar  edən  fikirlərə  də  rast  gəlmək  olur.  Yeri  gəlmişkən, 
göstərmək  lazımdır  ki,  məşhur  türkoloq  A.N. Kononov  qədim 
türk yazısı abidələri dilinin qrammatikasına aid yazdığı əsərində 
tabğaç  süsi  (T  30)  «tabğaç  qoşunu»  tipli  ikinci  növ  izafət 
birləşməlrində  (termin  A.N.Kononovdur)  idarə  əlaqəsinin 
mövcud olduğunu qəbul edir.
Türk  dillərində  idarəetmə  bacanğı  ən  çox  fellərə  xasdır, 
lakin  adlar  da  idarəetmə  bacanğmdan  məhrum  deyildir.  Eyni 
xüsusiyyəti  qədim  türk  yazısı  abidələrinin  dilində  də  görmək 
olar.  Buna gönə də qədim  türk yazısı  abidələrinin dilində idarə 
əlaqəsinin  iki  tipi  vardır:  a)  qeyri-predikativ  feli  söz 
birləşmələrində  idarə əlaqəsi; b) predikatik söz birləşmələrində 
idarə  əlaqəsi.  Eyni  şəkildə  adlarla idarə  əlaqəsinin  də  iki  tipini 
göstərmək  olar:  a)  qeyri-predikativ  ismi  söz  birləşmələrində 
idarə əlaqəsi; b) predikativ söz birləşmələrində idarə əlaqəsi.
FELLƏRLƏ İDARƏ ƏLAQƏSİ
Qədim  türk  yazısı  abidələrinin  dilində  fellərlə  idarə 
əlaqəsi  cümlədə  feli  xəbərlə  (təsriflənən  fellə)  cümlənin  ta- 
mamlığı,  qismən də adlarla ifadə edilən zərfiiyi  və  feli  söz bir­
ləşmələrində  -   feli  sifət  və  feli  bağlama  tərkiblərində  özünü 
göstərir.  Aydındır ki,  təsriflənən  fellə (feli xəbərlə)  felin təsrif- 
lənməyən  formalarının  (feli  bağlama  və  feli  sifət)  idarəsində 
müəyyən  fərqlər  vardır.  Məhz  buna  görə  də  felin  bu  iki 
kateqoriyasının  idarəsini  ayrı-ayrılıqda  nəzərdən  keçirmək 
lazımdır.
Predikativ feli  birləşmələrdə  idarə əlaqəsi.  Təsriflənən 
fellər idarə etdikləri  sözlərlə  birlikdə predikativ söz birləşməsi, 
başqa sözlə desək, cümlə əmələ gətirir. Qeyd etmək lazımdır ki, 
təsriflənən  fellərin  özündən  əvvəl  işlənən  sözü  idarə  etməsi 
felin  şəkil,  zaman,  şəxs  və  kəmiyyət  kateqoriyalarından  asılı 
deyildir;  felin  şəkil,  zaman,  şəxs  və  kəmiyyət  kateqoriyaları 
üzrə formalaşması yalnız qrammatik bitkinlik, predikativlik üçün
17


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə