Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə5/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   118

lazımdır.  Fellərdə  idarə  əlaqəsi  ilk  növbədə  felin  semantik 
mənası  və  təsirli-təsirsiz  olmasından  asılıdır.  Məsələn,  qədim 
türk  yazısı  abidələrinin  dilində  a l  «almaq»  feli  ilk  növbədə 
ismin təsirlik halında,  sonra isə digər hallarda  işlənən sözü, kəl 
«gəlmək»  feli  əvvəlcə  ismin  yönlük  halında  duran  sözü  idarə 
edir.  Buna  görə  də  həmin  fellərə  hansı  şəkil,  zaman,  şəxs  və 
kəmiyyət göstəricilərinin artırılmasının felin idarə əlaqəsinə heç 
bir təsiri yoxdur.
Məlum  olduğu  kimi,  türk  dillərində,  o  cümlədən  qədim 
türk  yazısı  abidələrinin  dilində  fellər  bilavasitə  obyekt  tələb 
edib-etməməsinə  görə  təsirli  və  təsirsiz  fellər  deyə  iki  qrupa 
ayrılır:  təsirli  fellər  özündən  əvvəl  bilavasitə  obyekt  bildirən 
sözün  -   vasitəsiz  tamamlığm  işlənməsini  tələb  etdiyi  halda, 
təsirsiz  fellər  özündən  əvvəl  obyekt  bildirən  sözün  işlənməsini 
tələb  etmir.  Təsirli  fellər  ismin  təsirlik  halında  duran,  təsirsiz 
fellər isə  ismin yiyəlik halından başqa digər hallarında  (yönlük, 
istiqamət,  yerlik,,  yerlik-çıxışlıq,  çıxışlıq,  alət-birgəlik)  duran 
sözləri  idarə  edir.  Buna  görə  də  felin  şəkil,  zaman,  şəxs  və 
kəmiyyət  kateqoriyaları  onun  idarəetmə  qabiliyyətinə  təsir 
gösterə  bilmədiyi  halda,  məna  növləri  kateqoriyası  felin 
idarəetmə  qabiliyyətinə  əhəmiyyətli  dərəcədə  təsir  göstərir. 
Məlum  olduğu  kimi,  felin  növ  şəkilçiləri  onun  təsirli,  yaxud 
təsirsiz olmasına təsir göstərir:  felin məchul, qayıdış və qarşılıq 
növləri  təsirli  fellərdən  yaranır  və  təsirsizləşir;  birgəlik  və 
şəxssiz növləri  təsirsiz fellərdən  düzəlir və təsirsiz olaraq qalır, 
icbar  növü  təsirli  fellərdən  əmələ  gəlir  və  fel  təsirliliyini 
qoruyub saxlayır; təhrik növü təsirsiz fellərdən yaranır və təsirli 
felə  çevrilir.  Növ  şəkilçisi  qəbul  edib  təsirsizləşən  fellər,  təbii 
ki,  əvvəlki  obyekt tələb etmək qabiliyyətini  itirir,  əksinə,  felin 
təhrik növ şəkilçisini qəbul edib təsirliyə çevrilən  fel isə obyekt 
tələb  etmək  qabiliyyəti  qazanır.  Bütün  bu  çevrilmələr  felin 
idarəetmə funksiyasına təsir göstərir.
Ümümiyyətlə,  təsriflənən  fellər  qədim  türk  yazısı 
abidələrinin dilində ismin altı halını -  yönlük, istiqamət, təsirlik, 
yerlik (yaxud, yerlik-çıxışlıq), çıxışlıq və alət-birgəlik hallarını, 
habelə qoşmalarla işlənən sözləri idarə edir.
18
Təsirlik halın  (vasitəsiz tamamlığm)  idarəsi. Qədim  türk 
yazısı  abidələrinin  dilində  ismin  istər  müəyyən,  istərsə  qeyri- 
müəyyən  təsirlik  halında  işlənən  söz  və  ya  söz  birləşməsi 
istisnasız olaraq təsirli  fellər tərəfindən  idarə edilir.  Həmin  söz 
və  ya  söz  birləşmələri  cümlənin  müəyyən,  yaxud  qeyri- 
müəyyən vasitəsiz tamamlığı vəzifəsində işlənir.
I.  Müasir  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin  dilində  də  ismin  qeyri-müəyyən  təsirlik  halında 
duran  söz heç bir  morfoloji  əlamət  -  hal  şəkilçisi  qəbul  etmir, 
adlıq  halda  işlənən  sözə  bənzəyir,  yalnız ifadə  etdiyi  vəzifəyə 
görə adlıq haldakı sözdən  fərqlənir:  adlıq haldakı söz cümlənin 
mübtədası, qeyri-müəyyən təsirlik haldakı söz (qeyri-müəyyən) 
vasitəsiz  tamamlıq  olur.  Qeyri- müəyyən  təsirlik  halda  işlənən 
söz (qeyri-müəyyən  vasitəsiz tamamlıq)  təsirli  fellər tərəfindən 
idarə edilir; məsələn:  Yağru kontukda İdsrə ayığ bilig ança öyür 
ermis  (KTc  S)  «Yaxın  yerləşdikdən  sonra  pis  əməllər  eləcə 
öyrədirmiş». Irak ersər, yablak ağı birür, yağuk ersər,  edgü ağı 
birür (KTc  7) «Uzaq olsa,  pis  hədiyyə verir,  yaxın  olsa, yaxşı 
hədiyyə  verir».  Mən...  tabğaç  kağanta  bədizçi  kəlürtim  (KTc
11)  «Mən...  tabğaç xaqanlığından naxışçı  gətirdim».  Bir tümən 
ağı,  altun,  kümüş  kərgəksiz  kəlürti  (KTşm  12)  «On  min  pul, 
hədsiz  qızıl,  gümüş  gətirdi».  Yigirmi  kün  olurıp  bu  taşka  bu 
tamka kop  Yolığ tigin bilidim (KTcş) «İyirmi gün oturub bu daşa 
bu  damğam  bütünlüklə  mən  -  Yolığ  tigin  yazdım».  Sab  ança 
ıdmıs (T 9) «Belə xəbər göndərmiş».
II.  Müəyyən  təsirlik  halda  işlənən  sözlər  cümlənin 
müəyyən  vasitəsiz  tamamlığı  vəzüəsini  yerinə  yetirir.  Qədim 
türk yazısı abidələrinin dilində müəyyən təsirlik hal adlara  -ığ, 
-ig,  əvəzliklərə  -ı,  -i,  -m,  -ni,  söz  birləşmələrinə  (ikinci  və 
üçüncü növ,  mürəkkəb və təktərəfli təyin  söz birləşmələrinə) - 
in,  -in şəkilçilərindən birini artırmaqla ifadə edilir.
1. 
Müasir türk dillərinin əksəriyyətində təsirlik hal -ı,  -i,- 
u,-ü  şəkilçisi  ilə  ifadə  edilir.  Qədim  türk  yazısı  abidələrinin 
dilində  isə bu hal əksərən -ığ,  -ig şəkilçisi vasitəsilə düzəlir və 
təsirli  fellərlə  ifadə edilir;  məsələn:  Irak bodunığ ança yağıtur 
ermis (KTc 5) «Uzaq xalqı eləcə yaxınlaşdırırmış». Sü süləpən
19


tört  buluQdah  bodunığ  кор  almış,  кор  baz  kilmiş,  başhğığ 
yüküntirmiş,  tizligig  sökürmüş  (KTş  2)  «Qoşun  çəkib  dörd 
tərəfdəki  xalqı  tamamilə  almış,  tamamilə  tabe  etmiş,  başlını 
səcdə etdirmiş, dizlini çökdürmüş». Nə kağanka isig,  küçig birür 
mən? (KTş  9)  «Hansı xaqana işi,  kücü verirəm?»  Tölis,  tarduş 
bodunığ  anta  itmiş,  yabğuğ,  şadığ  anta  birmiş  (KTş  13-14) 
«Tölis,  tarduş  xalqmı  onda  təşkil  etmiş,  yabğunu,  şadı  onda 
vermiş» və s.
2.  Qədim  türk  yazısı  abidələrinin  dilində  əvəzliklər 
təsirlik halda -m,  -ni şəkilçisi qəbul edir (m ənyə sən əvəzlikləri 
n  samiti  ilə  bitdiyi  üçün  və  qədim  türk  yazısı  abidələrinin 
dilində geminat samitlər olmadığı  üçün  n səslərindən  biri düşür 
və  hal  şəkilçisi  -i  kimi  qalır)  və  təsirli  fellərlə  idarə  edilir; 
məsələn:  Anı  körü  ança  bilir) (КТ  c  13)  «Onu  görərək  eləcə 
bilin».  Türkbəglər,  bodun,  bum esidir) (КТ c  10) «Türk bəyləri, 
xalqı bunu eşidin».  Ol iki kisi bar ersər,  sini -  tabğaçığ ölürtəçi, 
...  bini  -   oğuzığ  ölürtəçi  (T  10-11)  «Nə  qədər  ki,  o  iki  adam 
sağdır,  səni -  tabğaçı öldürəsidir,  ...  məni -  oğuzu  öldürəsidir». 
Kaç nət) ersər,  bizni ölürtəçi kük (T 29-30)  «Necə olursa-olsun, 
bizi öldürəcək».
3.  Qədim  türk  yazısı  abidələrinin  dilində  söz birləşmələri 
təsirlik halda işlənərkən -m,  -in şəkilçisi  qəbul edir, təsirli fellər 
tərəfindən  idarə  edilir  və  söz  birləşməsi  bütövlükdə  cümlənin 
vasitəsiz tamamlığı  olur;  məsələn:  Sabımın  tükəti esidgil (KT c
1)  «Nitqimi  tükənincə  eşit».  Üzə  tet)ri  basmasar,  asra  yir 
təlinməsər,  türk  bodun,  ilitjin,  töriirfin  kim  artmatı  udaçı  erti? 
(KT  ş  22)  «Üstdən  göylər  basmasa,  altda  yer  dəlinməsə,  türk 
xalqı,  elini,  qanununu  kim  dağıda  bilərdi?»  Antağınm  üçün 
igidmiş kağanının sabın almatın yir sayu bardığ (KT c 8-9) «Elə 
olduğun  üçün  (səni)  yüksəltmiş  xaqanının  sözünü  almadan  yer 
boyu  getdim».  Ol təgdükdə  BayırkunıQ ak adğırığ udlakın sıyu 
urtı  (KT  ş  36)  «O  döyüşdə  Bayırkunun  ağ  ayğırının  budunu 
sındırdı».
Yönlük  halın  idarəsi.  Qədim  türk  yazısı  abaidələrinin 
dilində  ismin  yönlük  halında  işlənən  söz  ya  cümlənin  vasitəli 
tamamlığı,  ya  da  zaman  və  yer  zərfliyi  olur  və  təsirsiz  fel
20
tərəfindən  idarə  edilir.  Təsirsiz  fellər  qədim  türk  qəbilələrinin 
dilində qoşma ilə işlənən və yönlük halda duran sözləri də idarə 
edir;  belə  sözlər  cümlədə  ən  çox  yer  zərfliyi  vəzifəsini  ifadə 
edir.  Nəhayət,  qədim  türk yazısı abidələrinin  dilində müstəqim 
obyekti  (vasitəsiz  tamamlığı)  olan  cümlələrdə  yönlük  halda 
duran vasitəli tamamlığın təsirli fellərlə idarəsinə də rast gəlirik.
I. 
Yönlük  halda  işlənən  tamamlığın  fellə  idarəsi.  Artıq 
deyildiyi  kimi,  yönlük  halda  duran  sözlər  həm  təsirli,  həm  də 
təsirsiz  fellərlə  idarə  edilir.  Belə  sözlər  cümlənin  vasitəli 
tamamlığı olur. Yönlük halda duran söz hərəkətin son nöqtəsini, 
istiqamətini,  məqsədini  bildirdiyi  üçün,  müasir  türk  dillərində 
olduğu  kimi,  qədim  türk yazısı  abidələrinin  dilində  də  hərəki, 
dinamik fellər tərəfindən idarə olunur.
Qədim türk yazısı abidələrinin dilində yönlük hal -ka,  -kə, 
bəzən  isə  -a,  -ə,  -ya,  -yə  şəkilçiləri  ilə  düzəlir.  Vasitəli  obyekt 
bildirən  belə  sözlər  aşağıdakı  təsirsiz  fellər  vasitəsilə  idanı 
edilir:
1.  Hiss,  həyəcan  bildirən  sığıt  «ağlamaq»,  büt/bit  «bit­
mək»,  amran  «sevmək»,  bök  «doymaq»,  tod  «doymaq»,  kork 
«qorxmaq»  və  s.  (ellərlə:  Tefjridəki  künkə,  yerdəki  elimkə 
hökmədim  (Y  7)  «Göydəki  günəşdən,  yerdəki  elimdən  doy­
madım». Süçig sabıtp, yımşak ağısıda arturıp üküş,  türk bodun, 
öltig ((KT c 6) «Şirin sözünə, yumşaq hədiyyəsinə aldanıb, türk 
xalqı, çoxluca öldün».
2.  Tabelilik  bildirən  tap  «tapınmaq,  inanmaq,  sitayiş 
etmək», yükün  «səcdə  etmək»,  ud «ardınca  getmək»,  uk «tabe 
olmaq», kör «tabe olmaq» və s.  fellərlə; m əsələn:... anta içrəki 
bodun  kop  rnaQa  körür  (KT  c  2)  «...  onun  içindəki  xalqlar 
bütünlüklə  mənə  tabedir».  Kanım,  elimkə  tapdım  (Y  13) 
«Xanıma, elimə xidmət etdim». Kalpn üçün Bilgə Çikşin katuna 
tapdım (Y  13) «Atam  üçün Bilgə Çikşin xanına xidmət etdim». 
Türk bodun  Tabğaçqa erti (T  1) «Türk xalqı Tabğaça tabe  idi». 
...  təgdükin yok üçün  kisi balıkda marja ukğalı  kəlti (BK  ş  28) 
«...hücum etmədiyim üçün adamlar şəhərdən mənə tabe olmağa 
gəldi».
21


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə