Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə6/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   118

3.  Qarşıdurma  bildirən  sürjiiş  «döyüşmək»,  yaQıl 
«yanılmaq»,  «səhv  etmək»,  karış  «düşmənçilik  etmək»  və  s. 
fellərlə;  məsələn:  İltəris  kağan  bilig  esin  üçün,  alpın  üçün 
Tabğaçka yeli yegirmi süQüsdi,  Kıtayka yeti süQüsdi,  Oğuzka bis 
süQüsdi (T 48-49)  «İltəris xaqan  bilik sahibi olduğu üçün, cəsur 
olduğu  üçün Tabğaça qarşı  on yeddi  dəfə döyüşdü,  Kıtaya qarşı 
yeddi  dəfə  döyüşdü,  Oğuza  qarşı  beş  dəfə  döyüşdü».  Bir kisi 
yaljılsar, oğuşı,  bodum bisükiQə təgi kıdmaz ermiş (КТ c 6) «Bir 
adam 
yanılsa 
idi, 
qəbiləsi, 
xalqı 
son 
nəfərinədək 
doğranmazmış».
4.  Toxunma bildirən təg «dəymək,  çatmaq», opla «hücum 
etmək»,  yet  «yetmək,  çatmaq»,  yabış  «yapışmaq»,  yak 
«yaxınlaşmaq»  və  s.  fellərlə;  məsələn:  Tüpütkə kiçig təgmədim 
(КТ  c  3)  «Tibetə  azacıq  çatmadım».  Alp  ər  biziQə  təgmis  erti 
(KT ş 40) «İgid döyüşçülər bizə hücum etmişdi».  Yağıka yal Qus 
oplayu  təgip,  opulu  kirip  özü  kısğa  kərgək  boltı  (KÇ  23) 
«Yağıya yalqız sürətlə hücum  edib, arasına girib özü qısa həlak 
oldu».  ...anta  Bükəgiikə  yetdim  (MÇ  13)  «...  onda  Bükəgükə 
çatdım».
5.  Qədim  türk  yazısı  abidələrinin  dilində  vasitəsiz 
tamamlıq  tələb  edən  fellər  də  vasitəsiz  tamamlıqla  yanaşı, 
yönlük  halda  işlənən  vasitəli  tamamlığı  da  idarə  edir,  lakin  bu 
halda  təkcə  vasitəsiz  tamamlıq  təsirə  məruz  qalır;  vasitəli 
tamamlıq  bilavasitə  təsirə  məruz  qalmır;  məsələn:  Kimkə  ilig 
kazğanur mən? (KT ş 9) «Kimə el qazanıram?»  Tabğaç kağanka  • 
ilin,  törüsin  alı  birmis  (KT  ş  8)  «Tabğaç  xaqanma  elini, 
qanununu  almış».  Çik  bodunka  tutuk  birtim  (MÇ  26)  «Çik 
xalqına tutuk verdim».
II. 
Yönlük  halda  işlənən  yer  zərfliyinin  fellə  idarəsi. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  yönlük  halda  işlənən 
sözlər  cümlənin  yer  zərfliyi  vəzifəsini  də  ifa  edir.  Yönlük  hal 
şəkilçisi,  əsasən,  yer  məfhumu  bildirən  sözlərə  artırıldıqda  və 
bu  sözlər  kimə,  nəyə  suallarına  yox,  haraya  sualına  cavab 
verdikdə  cümlənin  yer  zərfliyi  olur,  cümlənin  feli  xəbəri 
tərəfindən  idarə  olunur;  məsələn:  İlgərü  kün  toğsı/ca,  birigərü 
kün ortusıQaru,kurığaru kün batsıkıQa, yırığaru tün ortusıQaru -
22
anta  içrəJci  bodun  кор  ma Qa  körür  (KT  c  2)  «İrəli  gündoğana, 
cənuba  günortaya,  qərbə  günbatana,  şimala  gecəyarıya  -   bu 
qədər  yerin  içindəki  xalq  bütünlüklə  mənə  tabedir».  ...  bəriyə 
Tabğaçka,  yıraya  yışka  təgi  alp  ərin  balbal  kısdı  (O  2-3)  «... 
cənuba  Tabğaça,  şimala  meşəli  dağlara  təki  igid  döyüşçülərini 
balbal  qoydu».  ÖQrə  Kıtayda,  bəriyə  Tabğaçda,  kurıya 
Kurdanta,  yıraya  Oğuzda  iki-üç  biQ  sümüz.kəltəçimiz  (T  14) 
«Şərqə  Kıtayda,  cənuba  Tabğaçda,  qərbə  Kurdanda,  şimalda 
Oğuzda  iki-üç  min  qoşunuq,  gələsiyik».  Tokuz oğuz bodun  üzə 
kağan  olurtı  (T  9)  «Doqquz  oğuz  xalqının  üzərində  xaqan 
oturdu».
Ш.  Yönlük  halda  işlənən  zaman  zərfliyinin  fellə  idarəsi. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  zaman,  vaxt  anlayışı 
bildirən  sözlər  yönlük  hal  şəkilçisi  qəbul  etdikdə  cümlədə 
zaman  zərfliyi  vəzifəsində  işlənir  və  cümlənin  feli  xəbəri 
tərəfindən  idarə  edilir.  Qeyd  etmək  lazımdır  ki,  qədim  türk 
abidələrinin  dilində  yönlük  hal  şəkilçili  yer  zərfliklərinə 
nisbətən  yönlük  hal  şəkilçili  zaman zərflikləri daha məhsuldar 
işlənir;  məsələn:  Tetjri təg,  teQridə bolmış türk bilgə kağan bu 
ödkə  olurtım  (KT  c  1)  «Tanrı  tək  göylərdə  doğulmuş  türk 
müdrik xaqanı bu vaxt (taxta) oturdum».  Koy yılka yorıdım (MÇ 
9) «Qoyun ilində yürüş etdim».  Yazı Qa oğuz tapa sülədim (BK ş 
31-32)  «Yazda  oğuzlara  qarşı  qoşun  çəkdim».  Bir  otuz yaşıQa 
Çaça  səQünkə  süQüşdimiz  (KT  ş  32)  «İyirmi  bir  yaşında Çaça 
sənünlə döyüşdük».  Yeti yegirmi yaşıma ta Qut tapa sülədim (BK 
ş  24)  «On  yeddi  yaşımda  tanqutlara  qarşı  qoşun  çəkdim».  Ol 
yılka türgis  tapa Altun yışığ aşa,  Ertis ügüzig keçə yorıdım  (BK 
ş 27) «Həmin ildə türgişlərə qarşı Altun meşəli dağlarını aşaraq, 
İrtış  çayını  keçərək  yürüş  etdim».  Kül  tigin  koy  yılka  yeti 
yegirmikə  uçdı,  tokuzınç ay yiti otuzka yoğ ertürtimiz (KT şm  ş) 
«Kül  tigin  qoyun  ilində  ayın  on  yeddisində  vəfat  etdi, 
doqquzuncu ayın iyirmi yeddisində dəfn etdirdik».
IV.  Qoşmalı  yönük  halın  fellə  idarəsi.  Qədim  türk yazısı 
abidələrinin  dilində  fellər  yönlük  halda  duran  və  qoşma  ilə 
işlənən  sözləri  də  idarə  edir.  Qədim  türk  qəbilələrinin  dilində 
yönlük  halda  olan  sözlərlə,  əsasən,  təgi,  təg  «təki,  kimi»  və
23


tapa «tərəfə,  qarşı» qoşmaları işlənir.  Qoşma ilə işlənən yönlük 
halda  duran  sözlər  qədim  türk  yazısı  abidələrinin  dilində 
cümlənin  yer  zərfliyi  vəzifəsində  çıxış  edir;  məsələn:  Bunça 
yirkə  təgi  yorıtdım  (КТ 
c  4)  «Bu  qədər  yerə  təki  qoşun 
yürütdüm».  ...Yinçü  ügüzig  keçə  Təmir  kapığka  təgi  sülədim 
(KT  c  3-4)  «...  İnci  çayını  keçərək  Dəmir  qapıya  təki  qoşun 
çəkdim».  Eçim  kağan  birlə  ilgərü  Yaşıl ügüz Şantutjyazıka təgi 
sülədimiz,  kurığaru  Təmir  kapığka  təgi sülədimiz,  Kögmən  aşa 
kırkız yeriQə  təgi sülədimiz  (KT  ş  17)  «Əmim  xaqan  ilə  şərqə 
Yaşıl  çay  Şandun  düzünə  təki  qoşun  çəkdik,  qərbə  Dəmir 
qapıya  təki  qoşun  çəkdik,  Kögmən  (dağlarını)  aşaraq  qırğız 
yerinə  təki  qoşun  çəkdik».  Bodurıığ  igidiyin  tiyin yırığaru  oğuz 
bodun  tapa,  ilgərü  kıta$,  tatabı  bodun  tapa,  birigərü  Tabğaç 
tapa  uluğ sü eki yegirmi sülədim  (KT  ş  28).  «Xalqı  yüksəldim 
deyə  şimala  -   oğuz  xalqına  qarşı,  şərqə  -   kıtay  və  tatabı 
xalqlarına  qarşı,  cənuba  -   Tabğaça  qarşı  böyük  qoşunla  on  iki 
(dəfə) qoşun çəkdim». Altı çub soğdak tapa sülədimiz (KT ş 31) 
«Altı  tayfalı  Soğdaya  qarşı  qoşun  çəkdik».  Yazırja  oğuz  tapa 
sülədim  (BK ş 31-32) «Yazda oğuzlara qarşı qoşun çəkdim».
İstiqamət  halının  idarəsi.  Qədim  türk  yazısı  abidələrinin 
dilində 
istiqamət 
halında 
duran 
söz 
işin, 
hərəkətin 
istiqamətləndiyi,  yönəldiyi  məkanı,  obyekti  bildirir və  -ğaru,  - 
gərü, mənsubiyyət şəkilçili sözlərə isə -rjaru,  -fjərü şəkilçilərini 
artırmaqla əmələ gəlir. Qədim türk yazısı abidələrinin dilində - 
rjaru,  -tprü şəkilçisinin son saitinin düşdüyü variantın da (-(far, 
-(fər  şəklində)  işləndiyinə  təsadüf  edilir.  Bundan  başqa, 
türkoloji  ədəbəiyyatda  -ra,  -rə  və  -ru,  -rü  şəkilçilərinin  də 
istiqamət halı  əmələ gətirdiyi  göstərilir.  Müasir  türk dillərində 
olduğu kimi, qədim türk yazısı abidələrinin dilində də istiqamət 
halında işlənən söz təsirsiz fel tərəfindən idarə olunur.
Qədim türk yazısı abidələri dilinin tədqiqinə  həsr edilmiş 
əsərlərdə  istiqamət  halında  duran  sözlərin  cümlədə  yalnız  yer 
zərfliyi  vəzifəsi  ifa  etdiyi  göstərilir.  Lakin  abidələrin  dilində 
istiqamət  halmda  duran  söz  cümlədə  yer  zərfliyi  ilə  yanaşı 
vşsitəli tamamlıq və zaman zərfliyi vəzifələrində də işlənir.
24
I.  İstiqamət  halmda  işlənən  tamamlığın  fellə  idarəsi. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  işin,  hərəkətin  istiqa­
mətləndiyi  istiqamət  halmda  işlənən  söz  yer,  məkan  anlayışı 
deyil,  obyekt,  predmet  bildirirsə,  həmin  söz  cümlənin  yer 
zərfliyi  deyil,  vasitəli  tamamhğı  vəzifəsini  yerinə  yetirir.  Belə 
söz cümlədə vasitəsiz tamamlıq mövcud olmadıqda təsirsiz, va- 
sitəsiz  tamamlıq  mövcud  olmadıqda  təsirli  fellərlə  idarə  edilir; 
məsələn:  A (far körü bilitj (KT c  11) «Ona baxaraq bilin». A (far 
adınçığ  bark yaraturtım  (KT  c  12)  «Ona  adına  layiq  sərdabə 
yaratdırdım».  Ö/Jrə  türk  kağanğaru  süləlim,  -  timis,  -  a (faru 
süləməsər,  kaç  nə()  ersər,  ol  bizni...  ölürtəçi  кйк  (T  20-21) 
«Şərqə  -  türk xaqanma  qarşı  qoşun çəkək,  -  demiş,  - ona qarşı 
qoşun  çəkməsək,  -  hər necə  olsa,  o bizi...  əlbəttə,  öldürəcək». 
Tabğaçğaru  Kunt  sərjünig  ıdmış  (T  9)  «Tabğaça  Kum  sənünü 
göndərmiş».  Bögü  kağan  bafjaru  ança  ayıdmış  (T  34)  «Bögü 
xaqan mənə elə demiş».
II.  İstiqamət  halmda  işlənən  yer  zəfrliyinin  fellə  idarəsi. 
İstiqamət  halmda  işlənən  və  yer,  istiqamət  anlayışı  ifadə  edən 
sözlər  cümlənin  yer  zərfliyi  olur.  Adətən,  belə  sözlər  təsirsiz 
fellər tərəfindən idarə edilir.
1.  -ğaru,  -gərü  şəkilçisi  ilə:  İlgərü  kün  toğsıka,  birigərü 
kün ortusınaru,  kurığaru kün batsıkıtja, yırığaru tün  ortusıQaru 
anta  içrəki  bodun  kop  mafja  körür  (KT  c  2)  «Şərqə  -  
gündoğana, cənuba -  gün ortasına, qərbə -  günbatana, şimala -  
gecə ortasına -  onun  içindəki xalqlar bütünlüklə mənə tabedir». 
İlgərü,  kurığaru  süləp  tirmiş  (KT  ş  12)  «Şərqə,  qərbə  qoşun 
çəkib  toplamış».  Mağı  kurğan  bşlap,  yazı()a  oğuzğaru  sü 
taşıkdımız  (KT şm  8)  «Mağı  kurqanda qışlayıb yazda  oğuzlara 
qarşı qoşunla çıxdıq».
2.  -rjaru,  -ijərü  şəkilçisi  ilə:  ...yeriQərü.  subıffaru  kontı 
(BK ş 40) «...yerinə, suyuna yerləşdi».
3.  -ru,  -rü  şəkilçisi  ilə:  ...  kirü  Təmir  kapığka  təgi  kon- 
turmıs  (KT  ş  2)  «...qərbə  Dəmir  qapıya  təki  yerləşdirmiş». 
...öltəçi bodunığ tirigrü  igitim  (KT ş 29) «...öləsi  xalqı diriliyə 
yüksəltdim».  ...ebrü  kəlürtim  (BK  ş  25)  «...evə  gətirdim».
25


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə