Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə23/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

87
Orta əsr Avropa şəhəri
• Avropada yeni şəhərlərin meydana gəlməsinin səbəbləri nə idi?
• Səlib yürüşləri nəticəsində Şərq ölkələri ilə ticarətdə hansı dəyişikliklər 
olmuşdur?
• Şəhər şurası, Gildiya, Sex anlayışlarının mənasını açıqlayın.
Cavablandırın
Şəhərlərdə 
əmtəə
  istehsalının  artması  nəticəsində  ticarət  əlaqələri  ge-
nişlənir, 
yarmarkalar
  təşkil  olunurdu.  Soyğunçulardan  qorunmaq  üçün 
tacirlər gildiya adlı birliklər yaradırdılar.
Avropa ölkələri içərisində ən tez Fransa ayrı-ayrı müstəqil feodal mülk-
lərinə parçalanmışdır. Fransanı idarə edən Kapetinqlər sülaləsi ölkəni va-
hid dövlətdə birləşdirməyə başladı. Pul əldə etmək üçün IV Filipp kilsə 
torpaqları üzərinə vergi qoydu. O, Papaya qarşı mübarizə aparmaq və silk-
lərdən  (təbəqə)  yardım  almaq  üçün  kral  1302-ci  ildə  Fransada  ilk  dəfə 
Baş ştatlar çağırdı. Baş ştatlar Fransada olan üç silkin
 
– 
rühani, zadəgan 
və  əhalinin  qalan  hissəsinin  nümayəndələrindən  ibarət  idi.  Beləliklə,   
• 
Yarmarka 
– almanca “il bazarı” və ya “ildə bir dəfə keçirilən bazar” 
• 
Xammal 
– məhsul istehsal etmək üçün ilkin material
• 
Əmtəə  
– satış üçün istehsal olunan məmulat
Fransa
Lüğət
Avropa dünyası


88
Klassik orta əsrlər
Fransada  silki  monarxiya 
yarandı.
1337-1453-cü  illərdə  İn-
gil tərə  ilə  Fransa  arasında 
“Yüz illik  müharibə”  baş
ve r di. 
İngilis 
sülaləsi 
Fransa  taxtına  iddia  edir-
di.  İn gilislərin  fikrinə  görə 
Fransa  ta x  tına  IV  Filippin  
nəvəsi  olan  ingilis  kralı 
III  Eduard  oturmalı  idi. 
Fransada  hakimiyyət  ancaq 
kişi  nəsli  ilə  keçirdi.  İngilis 
qaydalarına görə isə qadınlar 
da  hakimiyyətə  namizəd  ola 
bilərdilər.  Müharibənin  sə-
bəb lərindən biri də geniş tor-
paqlar uğrunda mübarizə idi.
Müharibəni 
ingilislər 
baş  ladılar.  1346-cı  ildə  baş 
vermiş  Kresi  döyüşü  hərb 
sənətində  dönüş  nöqtəsi  oldu
  – 
odlu  silah  dövrü  başlandı.  Fransızlar  bir 
neçə döyüşdə ingilislərə məğlub oldular.Müharibənin uzanması, feodalların 
kəndlilərdən  əlavə  vergilər  tələb  etməsi  Fransada  1358-ci  ildə  “Jaklar” 
(kəndli) adlı kəndli üsyanının başlanmasına səbəb oldu. Üsyan yatırılsa da 
Fransa  ağır  vəziyyətə  düşdü.  Ölkənin  böyük  hissəsi  ingilislər  tərəfindən 
işğal olundu və müharibə davam etdi. Müharibənin taleyi Orlean ətrafında 
həll  olundu.  Sadə  kəndli  qızı  Janna  d’Ark  müharibədən  cana  doymuş 
xalqın döyüş ruhunu yüksəltdi. Onun rəhbərliyi altında fransız ordusu Or-
lean şəhərinin mühasirəsini yardı və müharibədə üstünlük fransızların əlinə 
keçdi. 1453-cü ildə Yüzillik müharibə başa çatdı və imzalanmış sülhə görə 
ingilislər Kale limanından başqa Fransada ələ keçirdikləri bütün torpaqları 
itirdilər. Müharibədən sonra Fransa torpaqlarının birləşdirilməsi sürətləndi. 
İri  feodalların  müqavimətini  qıran  XI  Lüdovik  (1461-1483)  Burqundiyanı 
ələ keçirdi. Az sonra Fransanın birləşdirilməsi başa çatdı.
• IV Filiplə Roma Papasının mübarizəsinin səbəbi nə idi?
• Hazırda İngiltərə kralının kim olduğunu müəyyən edin.
• Yüzillik müharibənin səbəbləri nə idi?
Cavablandırın__89'>Cavablandırın


89
IX əsrdə anqlo-saks tayfaları-
nın birləşməsi nəticəsində İngil-
tərə krallığı yaranmışdır. 1066-cı 
ildə  Qastinqs  döyüşündə  Nor-
mandiya  hersoqu  Vilhelm  ingi-
lis  kralını  məğlub  edərək  Fateh 
Vilhelm  adı  ilə  taxta  çıxdı.  Bu 
hadisə  İngiltərədə  mərkəzləşdi-
rilmiş  dövlətin  yaradılmasının 
başlanğıcını  qoydu.  XII  əsrdə 
ölkədə  bir  sıra  islahatlar  keçirildi.  İslahatlara  görə  hər  bir  azad  adam 
birbaşa  kral  məhkəməsinə  müraciət  edə  bilərdi.  Kral  onun  hakimiyyətini 
məhdudlaşdıran “Böyük azadlıq xartiyasını” qəbul etdi. 1265-ci ildə par-
lament  (fransız  dilində  “parle”  –  danışmaq)  yarandı.  XIII-XIV  əsrlərdə 
İngiltərədə mərkəzləşdirilmiş dövlətin formalaşması başa çatdı.
Fransada  olduğu  kimi Yüzillik  müharibədən  sonra  İngiltərədə  də  feo-
dallar arasında mübarizə getdi. 1455-1485-ci illərdə baş vermiş Al və Ağ 
qızılgül müharibəsi nəticəsində hakimiyyətə Tüdorlar sülaləsi gəldi.
• Nə üçün “Böyük azadlıq xartiyası”nı mühüm sənəd hesab edirlər?
• Müasir İngiltərə Parlamentinin quruluşu haqqında məlumatlar toplayın.
• Al və Ağ qızılgül müharibəsinin Yüzillik müharibədən fərqi nə idi?
Cavablandırın
İngiltərə
• Janna 
d’A
rkın aqibəti haqqında materiallar toplayın və təqdimat hazırlayın.
• Yüzillik müharibəni Ərəb-Xəzər müharibələri ilə müqayisə edin.
“Böyük azadlıq xartiyası”nın imzalanması
Avropa dünyası
Əsl-nəcabətli cəngavərlərdən olan de-Lare Dünüaya (komandana): 
• Monsenyor, deyə bilməzsiniz Orleanın mühasirəsi neçə gün davam 
etmişdir?
• Əlbəttə, deyə bilərəm, cəmi iki yüz.
• Bəs qızın gəlməsinin neçənci günü mühasirə götürüldü?
• Doqquzuncu gün.
Onun daha sözü yox idi.
Bu dialoqla cəngavər nə demək istəyirdi?
Canlandıraq


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə