ninin yaradılması və onun təminat mexanizminin qorunması
xüsusi əhəmiyyət daşıyır.
Mikroiqtisadi səviyyədə iqtisadi subyektlərin fəaliyyətinin
qiymətləndirilməsi hər şeydən əvvəl onların qənaətli əlaqələrinin
həyata keçirilməsi ilə mümkündür. Bazar şəraitində iqtisadi
subyektlərin əlaqələndirilməsini resursların, məhsulların və
gəlirlərin dövranının modeli vasitəsi ilə təhlil etmək olar (model 1).
Resursların, məhsulların və gəlirlərin dövranına diqqət
yetirdikdə aydın olur ki, iqtisadiyyat əsasən iki sektora ayrılır:
•
ev təsərrüfatına, öz istehlakçılarını ödəmək üçün
satdıqları, əmək, sahibkarlıq qabiliyyəti, kapital və torpaq
resursları müqabilində əldə etdikləri gəlirərlə firmalardan əmtəə və
xidmətləri
alanlara;
•
firmalara, əmtəə və xidmətlərin satışından əldə etdikləri
pullardan, ev təsərrüfatından resursların alınması üçün istifadə
edənlərə;
Resurslar bazarı, istehlak nemətləri bazarı, ev təsərrüfatı və
firmalar arasında baş verən qarşılıqlı əlaqə və asılılıqlar,
dəyişikliklər, müxtəlifliklər və müvafiq qazanc naminə seçim
etmək məkanı bütövlükdə bazar sistemini əhatə edir.
Belə şəraitdə
ev təsərrüfatları nə istehlak etmək naminə nə istehsal etmək
qərarına gəlirlər. Bu qərarın qəbul edilməsi firmaların əməli
fəaliyyətinin əsasını təşkil edir. Firmalar bu əsasdan öz məhdud
resurslarından daha səmərəli istifadə etmək qərarına gəlirlər.
46