14809
Can sözdür, əgər bilirsə insan,
Sözdür ki, deyirlər, özgədir can.
Məhəmməd Füzuli
F İK R Ə T ŞİRİY EV
AZƏRBAYCAN DİLİNİN
NİTQ MƏDƏNİYYƏTİ
VƏ
RİTORİKA
(Ali m əktəblər üçün dərs vəsaiti)
Azərbaycan Respublikası Təhsil nazirinin
30.04.2014 tarixli 521 saylı əm ri ilə
dərs vəsaiti kim i q r if verilm işdir
NURLAR
BAK I-2014
E lm i red a k to rla r:
akademikVasım
M əm m əd əliyev
professor
Sənubər A b d u llayeva
R əy çilər:
Dosent
Y aşar M əm m ədli
Professor
İkram Q asım ov
Dosent
Fikrət Ə lizad ə
R ed a k to r:
Ş əh la Tahirqızı
FİKRƏT ŞİRİYEV
AZƏRBAYCAN DİLİNİN NİTQ MƏDƏNİYYƏTİ
VƏ RİTORİKA
Bakı, «NURLAR» N əşriyyat-Poliqrafiya M ərkəzi, 2 0 1 4 ,4 0 0 s.
Kitabda Nitq m ədəniyyəti fənninin nəzəri müddəaları əksini tapır, ritorika
elm inin 3000 illik yolu, klassik Yunan və Roma məktəbləri haqda, həm də Şərq
ritorikasının ilk nümunələrindən m üqayisəli parçalar, A zəıbaycan nitq mədə
niyyəti tarixi barədə məlumat verilir. Dərs vəsaitində həmçinin ümumritorik
qanunlar, nitqin texnikası, şifahi ünsiyyət ustalığı, mübahisə qaydalan, mədəni
və işgüzar nitq, nitq normaları v ə s. haqda nəzəri və praktik tövsiyələr əksini
tapmışdır. Kitabda nitq m ədəniyyətinə, söz ustalığına aid maraqlı nümunələr
verilm iş, nitq terminləri lüğəti təqdim edilmişdir.
Zəngin ədəbiyyatdan istifadə edilm əklə və beynəlxalq təcrübəyə əsasla
naraq hazırlanan, maraqlı nümunələr verilən bu kitab ali məktəb tələbələri üçün
dəyərli dərs vəsaiti ola bilər.
ISBN: 978 - 9952 - 490 - 53 -4
© F.Şiriyev, 2014
GİRİŞ
23 may 2012-ci il tarixində Azərbaycan Respublikasının Pre
zidenti cənab İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şə
raitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair” Sərəncam vermiş, 09 aprel 2013-cü il tarixində bu
barədə Dövlət Proqramını imzalamışdır. Sərəncamda və Dövlət
Proqramında rəsmi dövlət dilinin hərtərəfli inkişafı, tətbiqi və təd
risi geniş şəkildə tövsiyə edilmiş, istiqamətlər göstərilmişdir. Bu
rada Azərbaycan dilində nitq mədəniyyətinə xüsusi yer ayrılmış,
bu sahənin öyrənilməsi və tədrisi önə çəkilmişdir. Ayrıca olaraq
“Nitq mədəniyyəti” fənninin tədrisi məsələsi ilk dəfə dövlət başçı
sı tərəfindən prioritet istiqamət olaraq tövsiyə edilmişdir.
Biz bütün bunları nəzərə alaraq bu dərs vəsaitini hazırlamışıq
və burada nitq mədəniyyətini yalnız sinxron vəziyyətdə deyil, həm
də diaxronik - tarixi baxımdan araşdırmağa çalışmış, bir çox hal
larda “nitq mədəniyyəti” ifadəsi yerinə “ritorika” işlətməklə nəzə
rə almışıq ki, Ritorika öz tarixi və semantikası baxımından daha
geniş, dolğun və əhatəlidir.
Hər bir insan öz fikirlərini dəqiq, yığcam və gözəl şəkildə ifa
də etməyi bacarmalıdır. «Ritorika», yaxud «Natiqlik sənəti» və ya
«bəlağət elmi» kimi fənlər məhz buna kömək etmək məqsədi güdür.
Tədris fənni kimi ritorikanın fərqi ondadır ki, digər fənlərin
çoxunun mənimsənilməsi biliklərlə, ritorikanın mənimsənilməsi
isə həm də bacanqlarla bağlıdır. Həqiqətən də, əgər kimsə Niza
mi Gəncəvinin, yaxud Cəlil Məmmədquluzadənin nə zaman vəfat
etdiyini bilmirsə, bu boşluğu iki tarixi - 1209 və 1932-ci illəri
bilməklə doldura bilər. Amma əgər Siz, auditoriya qarşısında çıxış
etmək üsullarına yiyələnməmişsinizsə, bu işə aid qaydaların sadəcə
sadalanması kifayət etməz, burada bir sıra bacarıq və vərdişlərə
yiyələnmək lazımdır və bunun üçün sizə vaxt lazım olacaq. Natiq
lik qabiliyyətinə yiyələnmək, hər şeydən əvvəl, m üxtəlif auditori
yalarda çıxışların uzunmüddətli təcrübəsi ilə bağlıdır.
3
«Ritorika nədir?» sualına ensiklopediya və lüğətlərdə təxminən
belə bir cavab verilir: ritorika - natiqlik sənəti nəzəriyyəsi, gözəl
danışıq nəzəriyyəsi, səlis, məhz hazırkı vəziyyətdə tələb olunduğu
kimi yaxşı danışa bilmək bacarığı haqqında elmdir. Ritorika bəşər
tarixindəki ən qədim elmlərdən biri olduğu üçün onun qədim dil
lərdə - həm yunan, həm də latın dilində özünəməxsus adı vardır:
yunan dilində «ritorika», latın dilində isə «elokvensiya». Ritorikanı
sadəcə “fikirdən - sözə” kimi də səciyyələndirmək olar. Hər bir in
sanın fikri sözlə bağlıdır; insanın heç bir fikri yoxdursa, deməli, o,
lazım olan sözləri də tapa bilməyəcək. Əgər insanın söz ehtiyatı ka-
saddırsa, o öz fikrini parlaq və anlaşıqlı şəkildə formalaşdırmağı da
bacarmayacaq.
Ritorika elmdir, çünki burada onun əsaslarına yiyələnmək is
təyən hər bir insanın əməl etməli olduğu dəqiq qaydalar vardır.
Lakin ritorikada həm də həqiqi incəsənətin əsas xüsusiyyəti var:
heç bir qayda uğurlu nəticə əldə olunacağına təminat vermir, bu
nun üçün həm də yaradıcı təfəkkürün mövcudluğu zəruridir və cə
miyyət qarşısında çıxış etmək ustalığı insanın həm məntiqi, həm
də ifadəli təfəkkürdən bacarıqla istifadəsindən ibarətdir.
Qədim dünyanın ritorika müəllimləri bu hallan nəzərə alaraq,
öz şagirdlərinə söhbətlər və gəzintilər zamanı təlim verirdilər. Bu
zaman şagirdlər böyüklərdən yaşlı nəslin artıq malik olduğu qayda
və üsullan öyrənirdilər.
Qədim Yunanıstan və Qədim Romada ritor- natiq, təxminən
e.ə. Ш əsrdən başlayaraq həm də natiqlik sənəti məktəbində praktik
gözəl danışıq müəllimi idi. Daha geniş mənada isə o, - peşəkarlığı
ilə başqalanna natiqlik sənətini, incəsənətini, gözəl danışmaq ba
can qlannı öyrətmək imkanına malik müəllim idi.
Nəzərə almaq lazımdır ki, bu gün natiqlik sənətinin (gözəl da
nışıq ustalığının) əsaslanna yiyələnmiş hər bir insan:
• yeni işə düzələrkən öz tərcümeyi-halını müdirə elə danışa
bilər ki, o, danışanı yubanmadan işə qəbul etmək istəyər;
• yeni kollektivə özü haqqında danışarkən özünü maraqlı və
xoşagələn həmsöhbət kimi göstərə bilər;
4
Yüklə Dostları ilə paylaş: |