Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə114/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   124

Lakin əgər rəhbər və tabeliyindəki  işçi  arasında yoldaşlıq, ya­
xud hətta dostluq münasibətləri  mövcuddursa,  məsələ başqa  şəkil 
alır.
Burada,  bir  qayda  olaraq,  şəxsi  xahişlər  qarşılıqlı  xarakter 
daşıyır və işə ziyan vermir.
Tabeliyində  olan  işçilərin  fəaliyyətinə verilən və  ən  m üxtəlif 
formalarda  ifadə  edilən müsbət  qiymət -  əməyin  mənəvi  stimul- 
laşdınlmasının ən mühüm vasitələrindən biridir.
İdarə müdiri tərəfindən, həm də başqalarının iştirakı ilə (əlbət­
tə, bu daha yaxşı olardı), yaxud «göz-gözə»  söylənən hətta sadəcə 
«təşəkkür edirəm», yaxud «çox sağ olun» sözləri - işçinin əməyini 
mənəvi cəhətdən stimullaşdıran məhz həmin müsbət qiymətdir. Bu 
zaman yadda saxlamaq lazımdır ki, istənilən formada ifadə edilən 
rəğbətləndirmə uzun müddət ləngidilməməli, onun üçün səbəb ya­
randığı zaman ifadə edilməlidir.
Əgər söhbət rəhbər işçi tərəfindən söylənən xoş sözdən gedirsə, 
o zaman təkcə yaxşı yerinə yetirilmiş iş üçün tərif yox, həm də in­
sana xoş münasibətin istənilən təzahürü nəzərdə tutulur.
Belə  ki,  əməkdaşlarına  diqqətli  olan  rəhbər  onları  qarşıdakı 
bayram  münasibətilə təbrik  etməyi  unutmaz.  O,  əməkdaşlar üçün 
əlamətdar olan günləri,  xüsusilə  əmək fəaliyyətinin  ildönümlərini 
bilər  və  hətta  insana  göstərilən  ən  kiçik  diqqətin  belə  qarşılıqlı 
hörmət və inam yaratdığını başa düşər.
349


Son söz əvəzi
Mən  qəti  əminəm  ki,  yaxşı  danışıq  qabiliyyəti  yalnız  qram­
matik  qaydaları  öyrənməklə,  nitq  mədəniyyəti  haqqında  elmləri 
mənimsəməklə  yaranmır.  Və  yaxud  yalnız  onların  hesabına  for­
malaşmır.  Bundan  ötrü  yaxşı  natiqlərin  nitqlərinə  diqqətlə  qulaq 
asıb,  onları  əməlli-başlı  araşdırmaq,  bədii  ədəbiyyat oxumaq,  özü 
də  dili  yaxşı  bilən,  səlis  və  rəvan  yazmağı  bacaran  yazıçıların və 
şairlərin  əsərlərini  oxumaq  lazımdır.  Bununla  belə,  kitabda  yazı­
lanları  ümumiləşdirərək,  ən  vacib  məqamları  bir  də  təkrar  qeyd 
etmək istəyirəm.
Ritorikada  nitq  təsirlərinin  aşağıdakı  psixoloji-didaktik 
prinsiplərindən  istifadə  olunur:  anlaşıqlılıq,  assosiativlik  (assosi­
asiya-  şüurda ayn-ayn təsəvvürlər arasındakı əlaqə), ekspressivlik 
(təsirlilik,  ifadə qüvvəti), və intensivlik (səmərəlilik, gərginlik).
A nlaşıqlılıq prinsipindən  istifadə  edərkən  dinləyicilərin  mə­
dəni-savadlılıq  səviyyəsini,  onlann həyat və istehsalat təcrübəsini 
nəzərə  almaq  lazımdır.  Heç bir zaman  unutmaq  olmaz ki,  bir çox 
insanlar eşitmək istədiklərini  eşidirlər.  Buradan  da hər bir audito­
riyanın  emosional-psixoloji  təbəqələşməsinin  nəzərə  alınması  zə­
rurəti  meydana çıxır.
Anlaşıqlılığın yüksəldilməsi üçün az məlum olan informasiya­
nın, həmçinin onunla birlikdə m üxtəlif xarakterli məlumatların (ye­
nilik və orijinallıq) verilməsi və onlann həqiqiliyinin göstərilməsi 
üsulu çox səmərəlidir.
A ssosiativlik prinsipi dinləyicilərin emosional və rasional yad­
daşına müraciət etməklə onlarla eyni həyəcan və düşüncələri yaşa­
maqla əlaqədardır. Müvafiq assosiasiyalar oyatmaq üçün eyniyyət, 
oxşar  hadisələrə  müraciət,  mülahizələrin  obrazlılığı  kimi  üsullar­
dan istifadə olunur.
Ekspressivlik  (təsirlilik)  prinsipi  çıxış  edənin  tamamilə  öz 
söylədiklərinə  inandığını  göstərən  emosional,  həyəcanlı  nitqində, 
onun mimikaları, jestləri və duruşunda ifadə olunur.  Həyəcanlılıq,
350


ürəkdən gələn sevinc, yaxud kədər, başqasının halına yanma -  bü­
tün bunlar ekspressivliyin konkret formalarıdır.
İntensivlik prinsipi informasiyanın ötürülmə sürəti ilə xarakte­
rizə edilir. M üxtəlif informasiya növləri və müxtəlif insanlar şərhin 
və nitqin mənimsənilməsinin fərqli  sürətinə ehtiyac duyurlar.
İnsanların temperamentini,  konkret informasiya növünü qəbul 
etmək  üçün  hazırlıq  səviyyəsini  nəzərə  almaq  lazımdır.  Bununla 
əlaqədar aşağıdakılar mühümdür: çıxış edənin auditoriyanın əhval- 
ruhiyyəsini  nəzərə  almaq  bacanğı;  auditoriyanın  müəyyən  infor­
masiya materialı  ilə işləmək qabiliyyəti;  çıxış edənin auditoriyaya 
informasiyanın  mənimsənilməsi  üçün  zəruri  olan  sürət  rejimini 
təqdim etmək bacanğı.
Natiqlik vasitələrinin bütöv bir kompleksi mövcüuddur ki, on- 
lann ünsürlərindən biri  də kom munikasiya təsirləridir.  Onlan daha 
ətraflı  nəzərdən keçirək.
X arici görkəm  təsiri. Bir qayda olaraq, əvvəlcə insanı onun xa­
rici görkəminə əsasən qəbul edirlər və bu ilk təəssürat sonrakı qar­
şılıqlı  münasibətlərə  təsir  edir.{İnsanı  geyim inə  görə  qəbul  edib, 
ağlına görə yo la  salarlar.  Azərbaycan  atalar sözü)  Bu  səbəbdən, 
mütəxəssis  geyim  estetikası,  yaxşı  qurulmuş mimika,  çox yüksək 
mərifət hissi ilə silahlanmalıdır ki, ətrafına cazibə qüvvəsi saçaraq, 
gözəl tərzi ilə həmsöhbətinin rəğbətini  qazana bilsin.
Geyimdə  ekssentrikliyə  (qeyri-adilik,  qəribəlik)  yol  vermək 
lazım  deyil.  Geyimdəki  heç bir element hərəkətlərin  sərbəstliyini 
məhdudlaşdırmamalıdır.  Geyimdə  təvazökarlıq  vulqar  şıqlıqdan 
yaxşıdır.  Bununla  belə,  işgüzar  görüşlərdə  brend  markalı  eynək, 
mobil telefon,  qələm və qol  saatı yüksək təəssürat effektləri hesab 
edilir.
Nitqi müşayiət edən j estlər informasiyanı ötürmə vasitələrindən 
biri  olub,  onu  qüvvətləndirməyə  və  dinləyiciləri  inandırmağa 
kömək etməyə yönəldilmişdir.
Lakin süni, teatral j estlər nitqin səmimi olmadığını göstərməklə, 
əvvəlcədən  bu  haqda  mənfi  rəy  yaradıb,  inamsızlıq  doğurmaqla 
natiqə çox ziyan verir.  Danışan xüsusi  olaraq jestlər axtarmamalı, 
həm də öz təbii jestlərini nəzarətdə saxlamalıdır.
351


Yüklə

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə