Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə3/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------10------------------------------------ 
 
 
Platon 
 
Səfiəddin Urməvi 
 
Göründüyü  kimi,  bir  sıra  ideyalar  öz  elmi  sübutunu 
uzun müddət gözləməli  olmuşdur.  Bunun  bir  sıra 
səbəbləri  vardır  və  bizim fikrimizcə, həmin səbəblərdən 
biri də  ənənəvi elmi metodologiyada ”hər bir kateqoriya 
digər kateqoriyalardan heç birinin əhatə  etmədiyi xüsusi 
məzmunu ifadə  edir” [71, s.131] -tezisinin rəhbər 
tutulmasıdır.  Bu,  qətiyyən  doğru  deyil,  çünki,  hər bir 
kateqoriyada digər kateqoriyalar barədə hökmən minimal 
informasiya vardır. Həmin informasiya olmazsa, dünyanın 
vahid mənzərəsini təsəvvür etmək qeyri-mümkündür. 
Belə ki, bütün anlayış və kateqoriyalar sistemi qapalı, yəni 
inteqrasiya  edilmiş  bir  zəncir təşkil  edir.  Zəncirin ümumi 
uzunluğu  isə  onu təşkil  edən həlqələrin  uzunluqları 
cəmindən həmişə qısadır.  
Bu cəhətdən  ən  maraqlısı  varlıq  kateqoriyasıdır. 
Çünki, Hegel (1770-1831)  göstərir ki, ”əgər  biz  dünyanı 
nəzərdən keçirərkən  yalnız  ”o  mövcuddur”-  deyib,  artıq 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------11------------------------------------ 
 
heç nə  əlavə  etmiriksə, onda biz bütün müəyyən  olanı 
nəzərdən  qaçırır  və  deməli, mütləq  dolğunluq  əvəzinə, 
mütləq  boşluq  əldə  edirik” [37, с.222]. Yəni,  varlıq 
mövcud olan hər  şeyi,  o  cümlədən,  yoxluğun  özünü  də 
əhatə  edir.  Varlığın  mahiyyətinin  ən dərin  qatında  qeyri-
müəyyənlik  dayanır.  Bu,  Birçil  kürə  anlayışını  daxil 
etməklə, Kainatın başdan-başa enerji kürəsi olması və bu 
enerjinin təsadüfi və dinamik paylanmada mövcud olması 
ideyasını irəli sürməyə imkan vermişdir [90]. 
 
      Georq Vilhelm Fridrix Heqel (almanca
  Georg 
Wilhelm Friedrich Hegel
) alman flosofu, alman klassik 
fəlsəfəsinin yaradıcılarından biri. 
 
Assosiativ təfəkkür  prizmasından  böyük  prinsipial 
əhəmiyyəti  olan  kateqoriyalar  sırasında  ilk  yerlərdən biri 
məkan və zamana aiddir. Müasir qabaqcıl fəlsəfəyə görə, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------12------------------------------------ 
 
məkan  –  maddi cisimlərin və  hadisələrin müəyyən yer 
tutumuna malik olmasını, cisimlər arasında xüsusi surətdə 
yerləşməsini ifadə  edir. Zaman isə  cisim və  hadisələrin 
müəyyən ardıcıllıq və  sürəkliklə davam etməsini, dövrlər, 
mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir. Lakin 
informasiyanın  saxlandığı  yaddaş  da məkandır.  Virtual 
yaddaşın  mövcudluğu  isə  göstərir ki, məkanın  başqa 
xassələri də  vardır.  Bu  baxımdan,  kod  da,  informasiya 
daşıyıcısı  (yaddaş)  olmaqla,  məkan xassəsi  nümayiş 
etdirir. Kod -  məkan mövqeyindədirsə, informasiya da 
zaman mövqeyindədir. Məhz  bu  baxımdan  əks-əlaqələr 
kompleksi məkan-zaman şəbəkəsi yaradır. Koddakı bolluq 
xassəsinə  əsaslanmaqla, hökm etmək olar ki, məkanın 
doluluq dərəcəsi vardır. Bu mənada, “birçil-sıfırçıl kürələr” 
assosiasiyası  mütləq böyük, dolu, virtual məkan,  “sıfırçıl-
sıfırçıl  kürələr”  assosiasiyası  isə  mütləq  kiçik,  boş,  virtual 
məkandır. Real assosiasiyaların ən böyüyü Kainat – nöqtə 
assosiasiyası,  ən kiçiyi isə  iki nöqtə  arasındakı 
assosiasiyadır.  Birçil  kürəsiz  sıfırçıl  kürənin qeyri-
mümkünlüyü  sıfırçılın  birçildən,  yoxluğun  varlıqdan 
törəmə  olmasını  göstərir.  Çünki,  sıfırçıl  –  birçilin, yoxluq 
isə varlığın tamamlayıcısı və sərhədləridir.  
Assosiasiya – iki element arasındakı hər cür əlaqə və 
münasibətlər məcmusu  olduğundan,  bu  münasibətlərin 
yaratdığı məkan virtualdır. Bu isə o deməkdir ki, nəqliyyat 
və  rabitə  də  virtual məkandır.  Odur  ki,  assosiativ 
idarəetmə  yalnız  virtual  məkanda  baş  verən prosesdir. 
Yəni, virtual idarəetmə  assosiativ idarəetmənin gerçək-
ləşən xüsusi halıdır.  



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------13------------------------------------ 
 
Materialist fəlsəfəyə 
görə, məkan-zaman 
obyektivdir,  insan  şüurundan  asılı  deyildir.  Lakin  şüur  da 
məkan-zaman xaricində  deyildir və  buna görə  də  məkan 
və zamanın yalnız maddi olana aid edilməsi düzgün deyil. 
Çünki məkan və  zaman tamamilə  və  bilavasitə 
informasiyaya da aiddir. Bununla belə,  informasiyanın 
miqdarı  ləğv  edilən qeyri-müəyyənliklə  ölçüldüyündən, 
məkan və  zamanın  qeyri-müəyyənliklə  mahiyyət 
bağlılığının şahidi oluruq. 
Müasir elmi təsəvvürdə  zamanın  yalnız  bir  ölçüsü 
vardır: cisimlər zamanca ancaq keçmişdən gələcəyə doğru 
bir istiqamətdə  hərəkət edə  bilərlər. Halbuki fikir də 
məkan və zaman xaricində olan şey deyildir. Deməli, fikrin 
keçmişə  yönəlməsi məkan və  zamanın  virtuallıq  nümayiş 
etdirəbilən olmasından xəbər verir. Bundan əlavə, mütləq 
məkan  bolluğu  və  mütləq  zaman  bolluğu  sıfra  bərabər 
olduğundan,  məkan və  zaman  bolluğu  məkan və  zaman 
boşluğu  kimi  nəzərə  gəlir.  Bu  baxımdan,  şüur  özünü  bir 
tərəfdən - virtual məkan, digər tərəfdən də virtual zaman 
kimi təqdim edir. 
Ənənəvi təsəvvürə görə zaman qayıtmazdır, keçmişi 
qaytarmaq mümkün deyildir, zaman ancaq irəliyə hərəkət 
edir.  Lakin  zamanın  irəliyə  hərəkəti nə  deməkdir?  Axı 
A.Eynşteynə  (1879-1955)  görə,  zaman  anlayışı  ölçmə 
prosesindən (saatlardan) kənarda məzmunsuzdur;  hər 
hansı  prosesin  ölçmə  əməliyyatından  kənarda öz-
özlüyündə heç bir müddəti yoxdur və nisbilik nəzəriyyəsi 
vaxtın  ölçülməsi nəticələrinin ölçmə  üsulundan  asılı 
olmaması  haqqındakı  klassik  konsepsiyanın  kökündən 
yanlış olduğunu sübut etmişdir [71, s.148-149].    


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə