.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------21------------------------------------
linzaların prototipləri cürbəcür televizor-gözlüklər və
”virtual gerçəkliklər” şlemləri şəklində artıq mövcuddur.
Elmi məntiq təsdiq edir ki, texniki elementlərin insan
orqanizminin dərinliklərinə doğru irəliləməsi davam
etməlidir. Məsələn, intellektual linzalardan birbaşa görmə
əsəb tellərinin uclarına siqnal ötürən mikroprosessorlar
tətbiqinə keçiləcək, eşitmə və digər hiss üzvləri də
tədricən analoji qaydada ”texnikiləşdiriləcəkdir”.
Bu təkmilləşdirmələrin nəticəsində elektromaqnit
dalğaları və digər texniki reallaşdırmalar vasitəsilə
informasiyanın qəbulu və ötürülməsi imkanlarını
gerçəkləşdirən ”elektron-telepatiya” qabiliyyətinə malik
insan-kiborq (Kiborq – kibernetik orqanizm) meydana
çıxacaqdır ki, bu da faktiki olaraq qlobal şüurun
hüceyrələrindən biri kimi fəaliyyət göstərəcək və beləliklə,
insan anatomiyasının texnogen dəyişilməsi onun şüur
daşıyıcısı kimi nadir üstünlüyünü heçə endirəcəkdir.
Göründüyü kimi, şüur təbii və obyektiv olaraq bioloji
materialda meydana çıxdığından, bu materialın
məhdudluqları hüdudsuz Kainat gerçəkliklərinin dərkinə
əməlli-başlı əngəl törətməkdədir. Odur ki, İnsanın ən
vacib vəzifəsi şüuru hər cür məhdudluqlardan xilas
etməkdir. Bunun üçün müxtəlif təbiətli, çeşidli və təyinatlı
gücləndiricilərdən istifadə etməyə keçilməz ehtiyac vardır.
Bunların bir qismi insanın mexaniki-fiziki imkanlarını, digər
qismi isə hissi-zehni imkanlarını genişləndirməyə
yönəlmişdir. Bu sonuncuların tərkibində isə, İnsan üçün
kompüter xüsusi yeri olan “informasiya gücləndiricisi”dir.
Şüurun əsas xüsusiyyəti materiyadan törəmə
olmasıdır. Çünki o, gerçəkliyin əksetdiricisidir. K.Marks
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------22------------------------------------
göstərir ki, şüur “insanın başına köçürülüb orada yeni
şəklə salınmış maddi varlıqdan başqa bir şey deyildir” [75,
s.21].
Şüurun əsas xassələrindən biri də onun insan
beyninin xassəsi olmasıdır. Bu o deməkdir ki, şüur heç də
materiyanın bütün təzahürlərinə xas deyildir, ancaq insan
beyninin məhsuludur [71, s.152]. Lakin bu o demək deyil
ki, şüur yalnız insan beynində mövcud ola bilər. İnsan öz
şüurunun köməyi ilə şüuru alətə keçirə bilər və o, buna
hökmən nail olacaq. Çünki, ən geniş mənada, İnsanın baş
missiyası məhz misli-bərabəri olmayan və “sökülüb-
yığılan” ölümsüz şüur yaratmaqdan ibarətdir. Məhz bu
funksiyanı reallaşdırdıqdan sonra İnsan özünün əsl insani
əbədi mövcudluğunu təmin edəcəkdir.
Şüurun əsas xüsusiyyətlərindən biri onun inikasın
müxtəlif səviyyələri və növləri ilə səciyyələnməsidir. Bu isə
şüur “materialının” mahiyyətcə informasiyadan başqa bir
şey olmadığını göstərir. Məhz bu səbəbdəndir ki, süni
şüur yaratmaq imkanı tamamilə realdır. İnsan şüurunu
heyvani şüurla eyniləşdirmək mümkün və düzgün
olmadığı kimi, alət şüurunu da insan şüuru ilə
eyniləşdirmək mümkün və düzgün deyildir. Alət şüuru
insan şüurundan daha yüksək şüur olmalıdır. Əks halda
buna cəhd etməyin mənası yoxdur.
Şüurun varlığa nisbətən ikinci, törəmə olsa da,
varlığa fəal, dəyişdirici təsir etmək imkanına malik olması
da onun əsas xüsusiyyətlərindəndir. “İnsanın şüuru
obyektiv dünyanı nəinki əks etdirir, həm də onu yaradır”
[71, s.156]. Lakin insan şüuru yalnız Yer və onun yaxın
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------23------------------------------------
ətrafını fəal mənimsəyə bilir. Halbuki, alət şüuru
bütövlükdə Kainatı mənimsəmək üçündür.
Şüur
Yerdə
insanın
meydana
çıxmasının
məhsuludur. Lakin bu heç də o demək deyil ki, şüurun
formalaşmasında yalnız İnsan və yalnız Yer əsasdır. Şüur
– bütövlükdə Kainatın yetirməsidir.
Şüur nitqlə, dillə və təfəkkürlə qarşılıqlı əlaqədədir
[71, s.162]. Dil, sözlər, nitq – fikrin, şüurun maddi
forması, reallaşması vasitəsidir, maddiləşməsidir. Dil
“fikrin bilavasitə gerçəkliyidir” (K.Marks), insanlar arasında
ünsiyyət vasitəsidir. Dil təfəkkürlə sıx bağlıdır. Lakin dil
təfəkkürə nisbətən daha geniş fəlsəfi mahiyyət daşıyır.
Çünki, dünyada elə şey yoxdur ki, onun dili olmasın [89].
Şüurun psixo-fizioloji və maddi əsaslarını insan
beyni, xüsusilə mərkəzi əsəb sistemi və baş beyin
qabığında gedən fizioloji proseslər və qaunauyğunluqlar
təşkil edir. Lakin bizim fikrimizcə, şüur bu proseslərin
birbaşa məhsulu deyil, həmin proseslərin məntiqinin
nəticəsi kimi meydana çıxır. Başqa sözlə, şüuru törədən
və qoruyub ikişaf etdirən fizioloji proseslərin üzərində
meydana çıxan məntiq prosesidir. Məhz buna görə də
get-gedə daha mürəkkəb məntiqi məsələləri reallaşdıran
proqramlar tərtib etmək yolu ilə müasir kompüterləri daha
mürəkkəb zehni işlərin icrasına cəlb etmək imkanı
yaranmışdır.
İ.P.Pavlova (1849-1936) görə canlı orqanizmlərin
hamısı üçün ümumi inikas qabiliyyəti xasdır: onlar ümumi
fizioloji əsaslarla xarici təsirə cavab verir, qıcıqlanma
vasitəsilə ona əks münasibət bildirirlər. Xarici təsirə belə
ümumi cavabvermənin əsasında birinci siqnal sistemi
Dostları ilə paylaş: |