Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə7/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------24------------------------------------ 
 
durur. Lakin inikasın yüksək səviyyəsində, insan orqanizmi 
xarici təsirə  cavabı  ikinci  siqnal  sistemi  –  sözlər,  danışıq 
vasitəsilə  verir.  Bu  cür  inikas  şüurludur,  zəkaya malikdir 
[71, s.163]. Belə  çıxır  ki,  şüurun  əsas elementi dildir. 
Dildirsə, onda  dili  olanların  hamısı  şüurlu  ola  bilər. 
Belədirsə, özünəməxsus dili olan kompüterin 
şüurlanmasına şübhə yeri varmı? 
 
 
      İvan  Petroviç  Pavlov,  rus  alimi,  təbabət və 
fiziologiya elmləri sahələrində  ilk  Nobel  mükafatı  almış 
rus alimi, fizioloq, rus fiziologiya elminin yaradıcısı.    
 
Yer üzündə  bütün maddi və  mənəvi mədəniyyətin, 
ictimai  formaların  yaradıcısı  və  müəyyənedicisi  insandır. 
İnsan  –  əmək vasitəsilə  insanabənzər məxluqlardan 
ayrılaraq,  kobud  daş  alətlərdən  başlamış  müasir  kosmik 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------25------------------------------------ 
 
aparatların  yaradılmasınadək uzun və  mürəkkəb bir yol 
keçmişdir.  Onun  formalaşmasında  bioloji,  psixoloji  və 
sosial amillərin vəhdəti  mühüm  əhəmiyyətə  malik 
olmuşdur  [71,  s.167].  Bizim  fikrimizcə, bütün bu amillər 
Kainatın (xüsusi halda təbiətin və ya təbii olanların) insan 
üçün  formalaşdırdığı  şəraitin təzahürləridir.  Çünki,  artıq 
qeyd etdiyimiz kimi, Dünyada nəyin  yaranmasına  şərait 
yaranırsa,  yalnız  o  yaranır.  Şərait isə  başdan-başa 
təsadüfi,  ehtimallı  mahiyyət  daşıyır.  Çünki  bu,  özünü 
qeyri-müəyyənliyin  başlanğıc  şərti olan mümkün hallar 
ansamblı  kimi  təqdim  edir.  Yadda  saxlamaq  lazımdır  ki, 
zaman özünü qətiyyən çətinliklərə  salmağı  sevmir. Nəyin 
yaradılması  mümkündürsə,  o  yaradılır.  Başqa  sözlə, 
yaranması  üçün  ən cüzi əhəmiyyət  daşıyan  bir  amilin 
başvermə ehtimalı digər cüzi əhəmiyyətli amilin başvermə 
ehtimalından  son  dərəcə  kiçik fərqlə  də  olsa,  aşağıdırsa, 
o, yarana bilmir. Dünyada  gedən proseslər “birləşmiş 
qablar qanunu”na oxşar qaydada gedir. Odur ki, hər hansı 
prosesi kiminsə  və  ya nəyinsə  “ayağına  yazmaq” 
tamamilə  əsassızdır.  Yəni,  İnsanı  hər  şeyin  fövqünə 
qoymaq, hər  şeyə  qadir hesab etmək  doğru  deyildir. 
İnsan  yalnız  onun  qarşısında  qoyulan  vəzifəni yerinə 
yetirir. Belə ki, müasir elmi təsəvvürlərə görə, varlıq sahə 
(enerji mühiti), plazma (od), hava (qaz), su, torpaq, bitki, 
heyvan, insan və alət kimi doqquz mərtəbədən ibarətdir. 
Sahə  -  enerji  mühiti  olmaqla  materiyanın  bir  növüdür. 
Enerji mühiti isə, mahiyyətcə, elektrik və  qravitasiya 
sahələrinin inteqrasiyasıdır [95]. Yəni, varlığın maddi əsası 
başdan-başa  enerjidir.  Deməli,  enerji  materiyanın  ilk  və 
əsas  növüdür.  Odur  ki,  enerji  itmir,  artmır,  azalmır, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------26------------------------------------ 
 
sadəcə olaraq bir şəkildən başqa şəklə keçir. Lakin enerji 
müəyyən ölçülərə  malik  olduğundan,  təbiidir ki, özü 
boyda tutum doldurur. Enerjisiz tutum yoxdur  (“Jvirblis 
yumağı”nı  yada  sal). Enerji öz tutumunda təsadüfi 
paylanmış  və  dinamik  tarazlıqdadır.  Buna  görə  də  enerji 
sıxlığının  müəyyən həddində  plazma  (od)  meydana  çıxır. 
Bu isə  o deməkdir ki, vahid tutumun bir hissəsini  sıxlığı 
nisbətən az olan enerji, digər hissəsini isə  plazma tutur. 
Plazma ilə qarşılıqlı fəaliyyətdə olan enerji ”enerji-plazma” 
assosiasiyası yaratdığından, artıq heç bir cəhətdən əvvəlki 
(plazmasız)  enerji  deyildir  və  təbii ki, tutum da əvvəlki 
tutum deyil. Yəni, enerjinin bir hissəsinin  plazma  şəklinə 
düşməsi köklü keyfiyyət dəyişikliyidir.  Odur  ki,  enerji  və 
plazmanın  qarşılıqlı  təsirindən qaz əmələ  gəlir. Bu dəfə 
”enerji-plazma-qaz”  assosiasiyası  yaranır  və  enerji 
tutumunun bir hissəsini də  qaz tutur və  yenidən köklü 
keyfiyyət dəyişikliyi  baş  verir.  İndi  nə  enerji  əvvəlki 
enerjidir, nə  də  plazma  əvvəlki plazma. Bu dəyişiklik 
enerji, plazma və  qazın  qarşılıqlı  təsirini su əmələ 
gətirməyə yönəldir. Su öz ilkin şərtləri olan enerji, plazma 
və  qazı  bütün  cəhətlərdən dəyişikliyə  uğradır.  Beləliklə, 
enerji tutumunun bir hissəsini də  su zəbt edir. Yenə  də 
yeni keyfiyyət şəraiti meydana çıxır və enerji, plazma, qaz 
və  su bir inteqrasiya düyünü (assosiasiya) yaradaraq 
torpaq törədir. Torpaq da ”öz əcdadları”  olan  enerji, 
plazma, qaz və  suyu dərin keyfiyyət dəyişikliyinə  məruz 
qoyub, tamamilə  yeni  şərait  meydana  çıxarır  ki,  bu  da 
bitki  yaranması  ilə  nəticələnir.  Bu dəfə  bitki  öz  ”işini” 
görüb, heyvan törədir və  bütövlükdə  kainatdakı  tutum 
bölgüsü yenidən dəyişir.  Heyvan  dünyada  öz  yerini 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------27------------------------------------ 
 
tutduqdan sonra isə  öz  ilkin  şərtləri olan enerji, plazma, 
qaz, su, torpaq və  bitki ilə  qarşılıqlı  fəaliyyətdə  insanı 
meydana  çıxarır.  İnsanın  dünyada  peyda  olması  enerji, 
plazma, qaz, su, torpaq, bitki və  heyvanda mühüm 
dəyişikliklər törədir. Bu dəyişiklik alət yaranmasına gətirib 
çıxarır.  Alətin  əsas xarakterik xüsusiyyəti,  artıq  qeyd 
etdiyimiz kimi, onun sökülüb-yığılan  olması,  başqa  sözlə, 
modul prinsipində qurulmasıdır.  
Elmi məntiq göstərir ki, alət də özündən əvvəlkilərlə 
inteqrasiya  olunaraq  düşünən alət  yaratmalıdır.  Müasir 
kompüterlər gələcək  düşünən alətin, sökülüb-yığılan 
şüurun  ibtidaisidir.  Beləliklə, dünyaya gələn hər yeni 
inteqrasiya elementi əvvəlki elementləri bu və  ya digər 
dərəcədə  dəyişdirib,  yeni  şərait törədir. Odur ki, alətin 
təbiəti və  insanı  dəyişdirməsi  obyektiv,  qanunauyğun 
prosesdir. Düşünən alət də özündən əvvəlkilərin hamısını 
dəyişdirəcəkdir.  
Lakin  burada bir məsələyə  də  toxunmamaq qeyri-
mümkündür. Belə  ki, plazma yaranan andan enerji ilə 
plazmanın  ”yanaşı  yaşaması”  və  ya vəhdəti və  eyni 
zamanda hər  ikisi  üçün  ortaq  olan  tutum  uğrunda 
mübarizəsi  başlanır.  Bu  mübarizə  nəticəsində  qaz  əmələ 
gəlir və  bu  məqamdan  tutum  uğrunda  üç  element 
”didişməyə”  başlayır.  Yəni, hər elementə  düşən tutum 
payı  get-gedə  azalır.  Bu  isə  ortaq resurslardan qənaətlə 
istifadə  motivi  yaradır.  Digər tərəfdən, dünyaya yeni 
gələn hər bir inteqrasiya elementi özündən  əvvəlkilərin 
müəyyən dərəcədə keyfiyyət dəyişikliyinə bais olub, yerini 
dar eləsə də, onları məhv edib sıradan çıxarmır. Həm də 
dünyaya gələn hər yeni inteqrasiya elementi dəyişiklik 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə