Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə2/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------6------------------------------------ 
 
və  ya  canlı  və  cansız  təbiətdə  gedən  proseslərə  analoji 
prinsip  və  yanaşmalardan  istifadə  edilməklə  işlənib 
hazırlanmış metodlar və instrumentlər məcmusudur. 
Buna baxmayaraq, hal-hazırda  süni  intellektə 
hamının  qəbul  edə  biləcəyi  vahid  tərif  verilməmişdir. 
Burada qeyri-adi  heç  nə  yoxdur.  Çünki  təbii  intellektin  – 
insan təfəkkürünün də universal tərifi yoxdur.  
Bu  günədək  süni  intellekt  sahəsində  aparılan 
tədqiqatlar  müxtəlif,  məsələn,  biliklərin  təqdimatı, 
mühakimələrin  modelləşdirilməsi,  biliklərin  əldə  edilməsi, 
maşınlı  öyrənmə  və  avtomatik  fərziyyələr  törədilməsi, 
verilənlərin  intellektual  təhlili  və  obraz  informasiyasının 
emalı,  qərar  qəbulunun  dəstəklənməsi,  proseslərin  və 
sistemlərin  idarə  edilməsi,  dinamik  intellektual  sistemlər, 
planlaşdırma və s. istiqamətlərdə getmişdir. 
Nisbətən  daha  fəal  inkişaf  etdirilən  yanaşmalar  və 
süni intellekt metodları aşağıdakılardan ibarətdir: 

 
Süni neyron şəbəkələri;  

 
Təkamül hesablamaları; 

 
Qeyri-səlis  məntiq  və  qeyri-səlis  çoxluqlar 
nəzəriyyəsi; 

 
Ekspert sistemləri; 

 
Hüceyrəvi avtomatlar; 

 
Çoxagentli sistemlər. 
Məsələn,  diferensial  təkamül  metodu  çoxölçülü 
optimallaşdırma məsələlərinin həlli üçün nəzərdə tutulmuş 
təkamül modelləşdirməsi metodlarından biridir. 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------7------------------------------------ 
 
 
TƏBİİ İNTELLEKTUAL SİSTEM - 
İNSAN VƏ ONUN BAŞ MİSSİYASI 
 
 
İNSANIN FƏLSƏFİ-ASSOSİATİV MAHİYYƏTİ 
 
 İnsanın  onu  əhatə  edən dünyaya münasibəti ilə 
əlaqədar qarşıya çıxan, ciddi həyati əhəmiyyət kəsb edən 
dünyagörüşü  xarakterli  suallara  cavab  tapmaq  işi 
fəlsəfənin problemi olsa da, biz belə  hesab edirik ki, bu, 
həm də  hər bir elm sahəsinin  baş  hədəfidir.  Odur ki, 
assosiativ duyum və dərketmə elementləri ilə zəngin olan 
kibernetikanın,  o  sıradan,  informatikanın  da  cavab 
verəcəyi  ən vacib suallardan biri və  bəlkə  də  birincisi 
İnsan  problemidir.  Bu  problemin  mərkəzində  isə 
dünyagörüşü dayanır.  
Elmi, fəlsəfi,  ümumbəşəri, milli, sosial-sinfi, siyasi, 
mənəvi, dini, ateist, estetik və  i.a.  çalarları  olan  və 
mifoloji, dini, elmi və fəlsəfi növlərə bölünən dünyagörüşü 
–  mürəkkəb, yekcins olmayan, çoxcəhətli və  ziddiyyətli 
sosial-mənəvi və  emosional-psixoloji fenomen olmaqla, 
insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə 
və  cəmiyyətə  münasibəti, onun özünün dünyada yeri və 
mövqeyi  haqqında  ümumiləşmiş  görüşlər, ideallar, 
baxışlar, inam və prinsiplər sistemidir.  
Mifoloji  dünyagörüşünün  mayasını  qan  yaddaşının 
birbaşa  nəticəsi olan assosiativ duyum təşkil  etdiyindən, 
qədim insanalara, o cümlədən, hindlilərə və oğuzlara görə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------8------------------------------------ 
 
kainat göy və  yerin evlənməsindən  əmələ  gəlmişdir. 
Çinlilər isə, elə hesab etmişlər ki, dünyada ”qayda-qanun 
yaradan”  iki  ruh  vardır:  kişi  ruhu  göyü,  qadın  ruhu  yeri 
idarə  edir  [71,  s.33].  Kişi  ruhu  dinamika,  qadın  ruhu 
statika,  kişi  ruhu  quruluş,  qadın  ruhu  təşkilat 
(təşkilolunma),  kişi  ruhu  sahə,  qadın  ruhu  cisim  kimi 
götürülərsə, həmin  izahın  müəllifləri nədə  səhv  etmişlər 
ki?  
Antik filosoflar kosmosa mütləq,  əbədi vahid tam 
kimi  baxırdılar  və  bütün  mövcudatın  maddi  başlanğıcını  
”qeyri-müəyyən maddə” hesab edirdilər [71, s.37]. Müasir 
elm  sübut  edir  ki,  Kainatın  başlanğıcında  qeyri-müəyyən 
dinamik tarazlıq mühiti var ki, bu da mahiyyətcə təsadüfi 
paylanmada mövcud olan enerjidən ibarətdir [95]. 
Anaksimandr, Demokrit və  Epikur təşkilolunmanı 
sezmişdilərsə, Platon və  Aristotel də  quruluşu  sezmişdi. 
Məhz bunun məntiqi nəticəsi idi ki, XI əsrdə  yaşamış 
böyük Azərbaycan filosofu Bəhmənyar indi ”inteqrasiya” 
anlayışına  yüklənən mənaya  çox  yaxın  olan  fikirlər 
söyləmişdir. Belə ki, o, səbəb və nəticənin vəhdətdə, eyni 
zaman daxilində  mövcudluğu  ideyasını,  varlığın 
mövcudluğunun  əsas  şərtinin hərəkət, məkan və  zaman 
vəhdətinin,  onların  bir-birindən  ayrılmazlığının  olmasını 
irəli  sürmüşdür.  XIII  əsr Azərbaycan filosofu S.Urməvi 
göstərir  ki,  ”Başçılar  ilə  rəiyyət üzvi vəhdət  halında 
olmazsa, cəmiyyət  yaşaya  bilməz.  Onların  nisbəti  başın 
bədənə  nisbəti kimidir”. Bu fikir indi kibernetikada 
”idarəedicinin idarəolunana mütənasibliyi” və  ”zəruri 
müxtəliflik” qanunlarında öz əksini tapmışdır. S.Urməvinin 
başçılar, vəzifəli şəxslər ”rəiyyətə xidmət etməlidirlər” [71, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------9------------------------------------ 
 
s.56-61] tezisi ilə  kibernetik sistemlərdə  idarəedici və 
idarəolunanın  qarşılıqlı  bir-birinin  bütövlüyünü  qorumağa 
borclu olması zərurəti arasında sıx bağlılıq vardır. 
 
Anaksimandr 
 
Demokrit 
   
 
 
 
Epikur 
 
Aristotel 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə