.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------10------------------------------------
Platon
Səfiəddin Urməvi
Göründüyü kimi, bir sıra ideyalar öz elmi sübutunu
uzun müddət gözləməli olmuşdur. Bunun bir sıra
səbəbləri vardır və bizim fikrimizcə, həmin səbəblərdən
biri də ənənəvi elmi metodologiyada ”hər bir kateqoriya
digər kateqoriyalardan heç birinin əhatə etmədiyi xüsusi
məzmunu ifadə edir” [71, s.131] -tezisinin rəhbər
tutulmasıdır. Bu, qətiyyən doğru deyil, çünki, hər bir
kateqoriyada digər kateqoriyalar barədə hökmən minimal
informasiya vardır. Həmin informasiya olmazsa, dünyanın
vahid mənzərəsini təsəvvür etmək qeyri-mümkündür.
Belə ki, bütün anlayış və kateqoriyalar sistemi qapalı, yəni
inteqrasiya edilmiş bir zəncir təşkil edir. Zəncirin ümumi
uzunluğu isə onu təşkil edən həlqələrin uzunluqları
cəmindən həmişə qısadır.
Bu cəhətdən ən maraqlısı varlıq kateqoriyasıdır.
Çünki, Hegel (1770-1831) göstərir ki, ”əgər biz dünyanı
nəzərdən keçirərkən yalnız ”o mövcuddur”- deyib, artıq
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------11------------------------------------
heç nə əlavə etmiriksə, onda biz bütün müəyyən olanı
nəzərdən qaçırır və deməli, mütləq dolğunluq əvəzinə,
mütləq boşluq əldə edirik” [37, с.222]. Yəni, varlıq
mövcud olan hər şeyi, o cümlədən, yoxluğun özünü də
əhatə edir. Varlığın mahiyyətinin ən dərin qatında qeyri-
müəyyənlik dayanır. Bu, Birçil kürə anlayışını daxil
etməklə, Kainatın başdan-başa enerji kürəsi olması və bu
enerjinin təsadüfi və dinamik paylanmada mövcud olması
ideyasını irəli sürməyə imkan vermişdir [90].
Georq Vilhelm Fridrix Heqel (almanca
Georg
Wilhelm Friedrich Hegel
) alman flosofu, alman klassik
fəlsəfəsinin yaradıcılarından biri.
Assosiativ təfəkkür prizmasından böyük prinsipial
əhəmiyyəti olan kateqoriyalar sırasında ilk yerlərdən biri
məkan və zamana aiddir. Müasir qabaqcıl fəlsəfəyə görə,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------12------------------------------------
məkan – maddi cisimlərin və hadisələrin müəyyən yer
tutumuna malik olmasını, cisimlər arasında xüsusi surətdə
yerləşməsini ifadə edir. Zaman isə cisim və hadisələrin
müəyyən ardıcıllıq və sürəkliklə davam etməsini, dövrlər,
mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir. Lakin
informasiyanın saxlandığı yaddaş da məkandır. Virtual
yaddaşın mövcudluğu isə göstərir ki, məkanın başqa
xassələri də vardır. Bu baxımdan, kod da, informasiya
daşıyıcısı (yaddaş) olmaqla, məkan xassəsi nümayiş
etdirir. Kod - məkan mövqeyindədirsə, informasiya da
zaman mövqeyindədir. Məhz bu baxımdan əks-əlaqələr
kompleksi məkan-zaman şəbəkəsi yaradır. Koddakı bolluq
xassəsinə əsaslanmaqla, hökm etmək olar ki, məkanın
doluluq dərəcəsi vardır. Bu mənada, “birçil-sıfırçıl kürələr”
assosiasiyası mütləq böyük, dolu, virtual məkan, “sıfırçıl-
sıfırçıl kürələr” assosiasiyası isə mütləq kiçik, boş, virtual
məkandır. Real assosiasiyaların ən böyüyü Kainat – nöqtə
assosiasiyası, ən kiçiyi isə iki nöqtə arasındakı
assosiasiyadır. Birçil kürəsiz sıfırçıl kürənin qeyri-
mümkünlüyü sıfırçılın birçildən, yoxluğun varlıqdan
törəmə olmasını göstərir. Çünki, sıfırçıl – birçilin, yoxluq
isə varlığın tamamlayıcısı və sərhədləridir.
Assosiasiya – iki element arasındakı hər cür əlaqə və
münasibətlər məcmusu olduğundan, bu münasibətlərin
yaratdığı məkan virtualdır. Bu isə o deməkdir ki, nəqliyyat
və rabitə də virtual məkandır. Odur ki, assosiativ
idarəetmə yalnız virtual məkanda baş verən prosesdir.
Yəni, virtual idarəetmə assosiativ idarəetmənin gerçək-
ləşən xüsusi halıdır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------13------------------------------------
Materialist fəlsəfəyə
görə, məkan-zaman
obyektivdir, insan şüurundan asılı deyildir. Lakin şüur da
məkan-zaman xaricində deyildir və buna görə də məkan
və zamanın yalnız maddi olana aid edilməsi düzgün deyil.
Çünki məkan və zaman tamamilə və bilavasitə
informasiyaya da aiddir. Bununla belə, informasiyanın
miqdarı ləğv edilən qeyri-müəyyənliklə ölçüldüyündən,
məkan və zamanın qeyri-müəyyənliklə mahiyyət
bağlılığının şahidi oluruq.
Müasir elmi təsəvvürdə zamanın yalnız bir ölçüsü
vardır: cisimlər zamanca ancaq keçmişdən gələcəyə doğru
bir istiqamətdə hərəkət edə bilərlər. Halbuki fikir də
məkan və zaman xaricində olan şey deyildir. Deməli, fikrin
keçmişə yönəlməsi məkan və zamanın virtuallıq nümayiş
etdirəbilən olmasından xəbər verir. Bundan əlavə, mütləq
məkan bolluğu və mütləq zaman bolluğu sıfra bərabər
olduğundan, məkan və zaman bolluğu məkan və zaman
boşluğu kimi nəzərə gəlir. Bu baxımdan, şüur özünü bir
tərəfdən - virtual məkan, digər tərəfdən də virtual zaman
kimi təqdim edir.
Ənənəvi təsəvvürə görə zaman qayıtmazdır, keçmişi
qaytarmaq mümkün deyildir, zaman ancaq irəliyə hərəkət
edir. Lakin zamanın irəliyə hərəkəti nə deməkdir? Axı
A.Eynşteynə (1879-1955) görə, zaman anlayışı ölçmə
prosesindən (saatlardan) kənarda məzmunsuzdur; hər
hansı prosesin ölçmə əməliyyatından kənarda öz-
özlüyündə heç bir müddəti yoxdur və nisbilik nəzəriyyəsi
vaxtın ölçülməsi nəticələrinin ölçmə üsulundan asılı
olmaması haqqındakı klassik konsepsiyanın kökündən
yanlış olduğunu sübut etmişdir [71, s.148-149].
Dostları ilə paylaş: |