Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə5/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------18------------------------------------ 
 
manipulyator  -  süni  əl,  skafandr  -  süni  dəri,  akvalanq  – 
süni ciyər və ya qəlsəmə kimi işləməyə başlayır. 
İnsan  orqanizmi  nisbətən  sadə  modelləşdirilən  və 
asan  təkmilləşdirilən  mexaniki  funksiyalarla  yanaşı, 
düşüncə  və  onunla  bağlı  olan  informasiyanın  qəbulu  və 
ötürülməsi kimi bir sıra virtual funksiyalar da icra edir. Biz 
hamımız,  təxmini  də  olsa,  öz  təbii  hiss  üzvlərimizin 
imkanlarını  bilirik.  Çox  hallarda    onların  imkanı  bizi 
narahat  edən  problemlərin  həlli  üçün  kifayətedici  olmur. 
Məsələn,  xeyli  uzaqda  yerləşmiş  obyektlərin  səsini 
eşitmək,  uzaqda  və  ya  başqa  əşyaların  arxasında  olan 
predmetləri görmək, elektromaqnit dalğalarının spektrinin 
bir  hissəsini  qəbul  etmək,  görünən  işığın  aşağı  və  yuxarı 
sərhədlərindən kənardakı radio dalğalarını, ultrabənövşəyi 
və infraqırmızı şüaları görmək, 20 hersdən aşağı və 20000 
hersdən  yuxarı  tezlikli  səsləri  eşitmək  və  s.    insana 
birbaşa  müyəssər  olan  şey  deyildir.  Odur  ki,  hiss 
üzvlərinin məhdudluqlarını aradan qaldırmaq üçün bir sıra 
süni  kommunikasiya  vasitələri,  o  cümlədən, bilavasitə  və 
əyani  şəkildə  baş  verməyən  hadisələr  barədə  insanı 
informasiya  ilə  təchiz  edən  çoxsaylı  informasiya  vericiləri 
yaradılmışdır  (”Техника-молодежи”,  февраль,  2000  г. 
c.10-11,52.).
 
Qədim  qayaüstü  yazı  və  rəsmlərdən müasir super 
kompüterlərədək  olan  süni  yaddaş  qurğuları  və  digər 
müasir kommunikasiya vasitələri məkan və  zamanca 
bizdən çox-çox uzaqlardakı obyekt və hadisələri görməyə 
imkan verir.  
Öz təbii hiss üzvlərinin gücləndirilməsi vasitələrini 
yaradan  İnsan  əvvəllər ona məlum olmayan bir çox elə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------19------------------------------------ 
 
şeylər və  hadisələr  aşkar  etmişdir  ki,  bunlar  onu  hətta 
mövcudluğu  yuxusuna  da  girməyən tamamilə  yeni 
informasiya növlərini qəbul edən  cihazlar  hazırlamağa 
sövq  etmişdir.  Həmin  cihazlar  müasir  Yer  şəraitində  və 
Kosmosda  yaşamaq  üçün  zəruri olan, lakin təbiətin 
yaratmadığı  əlavə  hiss üzvlərinin  yaradılması  prosesinin 
təməlini qoymuşdur. 
İnsanın  zehni  işini  gücləndirən,  beynin  düşünmək 
qabiliyyətini genişləndirən, lakin hələ beyni tamamilə əvəz 
edə  bilməyən mexaniki, elektromexaniki və  elektron 
hesablayıcı maşınların, o cümlədən, müasir kompüterlərin 
yaradılması  «informasiya  gücləndiriciləri»nin  inkişafında 
xüsusi istiqamət təşkil  edir.  Elektron-hesablayıcı  maşınlar 
və  ya kompüterlər ”fəal informasiya gücləndiricisi”  olub, 
mənbədən gələn  informasiyanı  birbaşa  bizə  ötürməzdən 
əvvəl onun üzərində lazımi hesabi və məntiqi əməllər icra 
edib, münasib formaya salır.  
Kompüterlər  universal  informasiya  emaledicisidir. 
Onları  universal  edən  çoxsaylı  ”rəqəmləşdirici”  giriş 
qurğularının mövcudluğudur ki, bunlar da müxtəlif təbiətli 
informasiyanı  2-lik  koda  çevirib  kompüterə  daxil  etmək 
üçündür.  Sonra  isə  mərkəzi  prosessor  həmin  2-lik kodlar 
üzərində istənilən hesab-məntiq əməllərini icra edir. Emal 
nəticələri  çıxış  qurğularına  ötürülür.  Çıxış  qurğuları  2-lik 
kodları  sonrakı  istifadəyə  münasib  formaya  salmaq 
üçündür.  Məsələn,  səsi  kompüterə  daxil  edib,  onun 
qrafikini almaq olar. Beləliklə, 2-lik rəqəmlər kompüterdə 
ümumi  ekvivalent  rolu  oynayır.  Bu  cəhətdən  həmin 
rəqəmlər  pula  bənzəyir.  Çünki  pul  da  iqtisadiyyatda 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------20------------------------------------ 
 
ümumi ekvivalentdir. Hər şey pula, pul hər şeyə mübadilə 
olunabiləndir. 
İlk hesablayıcı maşınlar, o cümlədən, EHM-lər, sonra 
isə  ilk  fərdi  kompüterlər  tək-tək,  bir-biri  ilə  uyuşmayan 
nüsxələrdə  hazırlandığından,  Bəşəriyyəti  narahat  edən 
problemlərin həllində lazımi nəticə almaq mümkün olmadı 
və tezliklə ayrı-ayrı kompüterləri birləşdirib şəbəkə halına 
salmaq  zərurəti  bütün  kəskinliyi  ilə  bu  sahənin 
mütəxəssisləri  qarşısında  dayandı.  Əvvəlcə  ayrı-ayrı 
ölkələr  miqyasında  lokal  şəbəkələr  və  sonra  qlobal 
şəbəkələr,  sonra  isə,  beynəlxalq  kompüter  cəmiyyəti  - 
qlobal informasiya şəbəkəsi – İnternet yaradıldı.  
Lakin  İnterneti  sadəcə  olaraq  planetar  kompüter 
şəbəkəsi kimi dərk etmək yanlışdır. Çünki, o, mahiyyətcə, 
daha  geniş  məna  kəsb  edir.  Belə  ki,  İnternet  ayrı-ayrı 
fərdlər  və  ya  onların  məhdud  qrupları  arasındakı 
informasiya  mübadiləsi  üsulundan  imtina  etməyə  imkan 
verən  Ümumdünya  miqyaslı  süni  şüurun  yaradılmasında 
ilk  addımdır.  Bu  yolda  növbəti  addımlar  kommunikasiya 
vasitələrinin  miniatürləşdirilməsindən  ibarət  olmalıdır  ki, 
bu  da  son  yekunda  miniatür  kompüterlər  inteqrasiyası 
yaratmağa  gətirib  çıxarmalıdır.  Bu  sonuncu  isə  insan 
beyinin vahid informasiya-analitik  əlavəsi  kimi  fəaliyyət 
göstərməlidir  ki,  olduqca  müxtəlif  növ  informasiyanı 
mövcud  texniki  səviyyənin  imkan  verdiyi  məsafədən 
operativ qaydada qəbul edib, ötürmək mümkün olsun. Bu 
işin  ilk  mərhələsi  hiss  üzvlərinin  münasib texniki 
elementlərlə  ”silahlandırılması”  istiqamətində  getməlidir. 
Məsələn,  insan  gözü  miniatür  kompüterlə  təchiz  edilmiş 
intellektual  optik  linzalarla  gücləndiriləcəkdir.  Belə 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə