Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə6/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------21------------------------------------ 
 
linzaların  prototipləri  cürbəcür  televizor-gözlüklər  və 
”virtual  gerçəkliklər”  şlemləri  şəklində  artıq  mövcuddur. 
Elmi  məntiq  təsdiq  edir  ki,  texniki  elementlərin  insan 
orqanizminin  dərinliklərinə  doğru  irəliləməsi  davam 
etməlidir. Məsələn, intellektual linzalardan birbaşa görmə 
əsəb  tellərinin  uclarına  siqnal  ötürən  mikroprosessorlar 
tətbiqinə  keçiləcək,  eşitmə  və  digər  hiss  üzvləri  də 
tədricən analoji qaydada ”texnikiləşdiriləcəkdir”.  
Bu təkmilləşdirmələrin nəticəsində  elektromaqnit 
dalğaları  və  digər  texniki  reallaşdırmalar  vasitəsilə 
informasiyanın  qəbulu və  ötürülməsi imkanlarını 
gerçəkləşdirən ”elektron-telepatiya” qabiliyyətinə  malik 
insan-kiborq  (Kiborq  –  kibernetik orqanizm)  meydana 
çıxacaqdır  ki,  bu  da  faktiki  olaraq  qlobal  şüurun 
hüceyrələrindən biri kimi fəaliyyət göstərəcək və beləliklə, 
insan  anatomiyasının  texnogen dəyişilməsi  onun  şüur 
daşıyıcısı kimi nadir üstünlüyünü heçə endirəcəkdir. 
Göründüyü kimi, şüur təbii və obyektiv olaraq bioloji 
materialda  meydana  çıxdığından,  bu  materialın 
məhdudluqları  hüdudsuz  Kainat  gerçəkliklərinin dərkinə 
əməlli-başlı  əngəl  törətməkdədir.  Odur  ki,  İnsanın  ən 
vacib vəzifəsi  şüuru  hər cür məhdudluqlardan xilas 
etməkdir. Bunun üçün müxtəlif təbiətli, çeşidli və təyinatlı 
gücləndiricilərdən istifadə etməyə keçilməz ehtiyac vardır. 
Bunların bir qismi insanın mexaniki-fiziki imkanlarını, digər 
qismi isə  hissi-zehni  imkanlarını  genişləndirməyə 
yönəlmişdir.  Bu  sonuncuların  tərkibində  isə,  İnsan  üçün 
kompüter xüsusi yeri olan “informasiya gücləndiricisi”dir.  
Şüurun  əsas xüsusiyyəti materiyadan törəmə 
olmasıdır.  Çünki  o,  gerçəkliyin  əksetdiricisidir. K.Marks 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------22------------------------------------ 
 
göstərir  ki,  şüur  “insanın  başına  köçürülüb  orada  yeni 
şəklə salınmış maddi varlıqdan başqa bir şey deyildir” [75, 
s.21].  
Şüurun  əsas xassələrindən biri də  onun insan 
beyninin xassəsi olmasıdır. Bu o deməkdir ki, şüur heç də 
materiyanın bütün təzahürlərinə xas deyildir, ancaq insan 
beyninin məhsuludur [71, s.152]. Lakin bu o demək deyil 
ki, şüur yalnız insan beynində mövcud ola bilər. İnsan öz 
şüurunun  köməyi ilə  şüuru  alətə  keçirə  bilər və  o, buna 
hökmən nail olacaq. Çünki, ən geniş mənada, İnsanın baş 
missiyası  məhz misli-bərabəri olmayan və  “sökülüb-
yığılan”  ölümsüz  şüur  yaratmaqdan  ibarətdir. Məhz bu 
funksiyanı reallaşdırdıqdan sonra İnsan özünün əsl insani 
əbədi mövcudluğunu təmin edəcəkdir.  
Şüurun  əsas  xüsusiyyətlərindən  biri  onun  inikasın 
müxtəlif səviyyələri və növləri ilə səciyyələnməsidir. Bu isə 
şüur  “materialının”  mahiyyətcə  informasiyadan  başqa  bir 
şey  olmadığını  göstərir.  Məhz  bu  səbəbdəndir  ki,  süni 
şüur  yaratmaq  imkanı  tamamilə  realdır.  İnsan  şüurunu 
heyvani  şüurla  eyniləşdirmək  mümkün  və  düzgün 
olmadığı  kimi,  alət  şüurunu  da  insan  şüuru  ilə 
eyniləşdirmək  mümkün  və  düzgün  deyildir.  Alət  şüuru 
insan  şüurundan  daha  yüksək  şüur  olmalıdır.  Əks  halda 
buna cəhd etməyin mənası yoxdur. 
Şüurun  varlığa  nisbətən ikinci, törəmə  olsa da, 
varlığa fəal, dəyişdirici təsir etmək imkanına malik olması 
da onun əsas xüsusiyyətlərindəndir.  “İnsanın  şüuru 
obyektiv dünyanı nəinki əks etdirir, həm də onu yaradır” 
[71,  s.156].  Lakin  insan  şüuru  yalnız  Yer  və  onun  yaxın 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------23------------------------------------ 
 
ətrafını  fəal mənimsəyə  bilir. Halbuki, alət  şüuru 
bütövlükdə Kainatı mənimsəmək üçündür. 
Şüur 
Yerdə 
insanın 
meydana 
çıxmasının 
məhsuludur. Lakin bu heç də  o demək  deyil  ki,  şüurun 
formalaşmasında yalnız İnsan və yalnız Yer əsasdır. Şüur 
– bütövlükdə Kainatın yetirməsidir. 
Şüur nitqlə, dillə  və  təfəkkürlə  qarşılıqlı  əlaqədədir 
[71, s.162]. Dil, sözlər, nitq –  fikrin,  şüurun  maddi 
forması,  reallaşması  vasitəsidir, maddiləşməsidir. Dil 
“fikrin bilavasitə gerçəkliyidir” (K.Marks), insanlar arasında 
ünsiyyət vasitəsidir. Dil təfəkkürlə  sıx  bağlıdır.  Lakin  dil 
təfəkkürə  nisbətən  daha  geniş  fəlsəfi mahiyyət  daşıyır. 
Çünki, dünyada elə şey yoxdur ki, onun dili olmasın [89]. 
Şüurun  psixo-fizioloji və  maddi  əsaslarını  insan 
beyni, xüsusilə  mərkəzi  əsəb sistemi və  baş  beyin 
qabığında  gedən fizioloji proseslər və  qaunauyğunluqlar 
təşkil  edir.  Lakin  bizim  fikrimizcə,  şüur  bu  proseslərin 
birbaşa  məhsulu deyil, həmin proseslərin məntiqinin 
nəticəsi  kimi  meydana  çıxır.  Başqa  sözlə,  şüuru  törədən 
və  qoruyub  ikişaf  etdirən fizioloji proseslərin  üzərində 
meydana  çıxan  məntiq prosesidir. Məhz buna görə  də 
get-gedə  daha mürəkkəb məntiqi məsələləri  reallaşdıran 
proqramlar tərtib etmək yolu ilə müasir kompüterləri daha 
mürəkkəb  zehni  işlərin  icrasına  cəlb etmək  imkanı 
yaranmışdır. 
İ.P.Pavlova  (1849-1936)  görə  canlı  orqanizmlərin 
hamısı üçün ümumi inikas qabiliyyəti xasdır: onlar ümumi 
fizioloji  əsaslarla xarici təsirə  cavab  verir,  qıcıqlanma 
vasitəsilə  ona  əks münasibət bildirirlər. Xarici təsirə  belə 
ümumi cavabvermənin  əsasında  birinci  siqnal  sistemi 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə