.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------14------------------------------------
Albert Eynşteyn (almanca
Albert Einstein)
nəzəriyyəçi fizik, müasir fizika nəzəriyyəsinin
yaradıcılarından biri, Nobel mükafatı laureatı, siyasi
xadim, humanist insan, 20-dən çox aparıcı
universitetlərin fəxri doktoru, çoxlu sayda Elmlər
Akademiyasının üzvü.
Bizim anlamımızda, zaman bir fəlsəfi kateqoriya
olaraq mənsəbindən mənbəyinə doğru can atan çay
yatağına bənzəyir. Yəni, zaman bir tərəfdən formadır -
tərsinə də olsa, axar su dolu çay yatağıdır, digər tərəfdən
isə prosesi - axını ifadə edir. Zamanın birinci aspekti
fəlsəfi, ikinci aspekti isə fiziki mahiyyət daşıyır. Bununla
yanaşı, informasiyanın antipodu olan qeyri-müəyyənlik
problem mühiti olaraq, həm də gerçəklik məkanı kimi çıxış
etdiyindən, qeyri-müəyyənliyin məkan xassəsinin olduğu
da aydınlaşır. Bu da bir daha göstərir ki, informasiyanın
zaman xassəsi mövcuddur. Digər tərəfdən isə,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------15------------------------------------
informasiya mahiyyətcə, inkar edilən qeyri-müəyyənlikdir.
Deməli, zaman - inkar edilən məkandır. Bu məntiqlə
məkan da – inkar edilən zamandır. Yəni, zaman məkanın,
məkan isə zamanın törəməsidir.
Zaman – kanaldır (Canalis - latınca, boru, nov
deməkdir [7, s.244]). Çünki kanal onda baş verən
dəyişikliyin məzmununa laqeyddir. Bütün dəyişikliklər,
yəni hər cür hərəkət bu kanalda baş verir. Lakin kanal
olaraq zamanın əsas xüsusiyyəti odur ki, bu kanaldakıların
hərəkəti yalnız geriyə sürüşmədən ibarətdir. Bu baxımdan
bütövlükdə Kainat mahiyyətcə həm də zamandır. Kainat
məhz zaman olduğu üçün məkandır.
Zaman kanal olmaq etibarı ilə çoxnaqillidir. Burada
naqillərarası assosiativ keçidlər, dizyunktiv düyünlər və
radial şaxələnmələr mövcuddur. Odur ki, zaman ən
müxtəlif hərəkətlərin baş verməsini mümkün edə bilir.
Kanal həm də mahiyyətcə təsir ötürücüsüdür. Deməli,
zaman həm də təsir ötürücüsüdür. Ötürücüdürsə, zaman
dildir. Dildirsə, zaman informasiya ötürücüsüdür.
İnformasiya ötürücüsüdürsə, zaman qeyri-müəyyənlik
daşıyıcısıdır. Daşıyıcıdırsa, zamanın məkan olmaq xassəsi
vardır. Odur ki, gerçəklik tədricən, ardıcıl, ziddiyyətli dərk
edilir.
Beləliklə, fəlsəfi mənada, zamanın sürəti ilə
zamandakıların sürətini eyniləşdirmək və ya qarışıq
salmaq yolverilməzdir.
Mövcud təsəvvürlərə görə, İnsan nə yaratmışdırsa,
hamısı onun şüurlu fəaliyyətinin məhsuludur və bu
səbəbdən də ta qədimlərdən şüur ilahiləşdirilib,
mütləqləşdirilib. Şüura “ruh”, “mənəvi varlıq”, bədəndən
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------16------------------------------------
kənarda mövcud olan “gözəgörünməz qüvvə” kimi baxan
ibtidai insan ona sitayiş etmişdir [71, s.150]. Fəlsəfi
ədəbiyyatda şüura materiyanın - insan beyninin xassəsi,
gerçəkliyin ancaq insana məxsus məqsədli inikası kimi
baxılır. Lakin artıq heç kimə sirr deyil ki, süni intellekt
yaratmaq mümkündür. Bu, şüurun tədricən insandan
alətə keçidi demək deyilmi? Axı şüur həm də davranışın
keyfiyyət göstəricisidir! Bu halda yüksək davranış
nümunəsi nümayiş etdirə biləcək texnikaya şüursuz
demək nə dərəcədə məqbul sayıla bilər?
Bizim fikrimizcə, şüur fenomeni insan beyninin bir
informasiya sistemi olmaqla kəmiyyət dəyişmələrinin
keyfiyyət dəyişməsinə keçməsi hadisəsinin birbaşa
məhsuludur. Çünki informasiya sistemində toplanan
informasiyanın miqdarı müəyyən həddi keçdikdə
informasiya sistemi tamamilə yeni keyfiyyətlər nümayiş
etdirmək qabiliyyəti qazana bilir. Belə ki, yaddaş yalnız
müəyyən tezaurus səviyyəsinə çatdıqda yaradıcılıq imkanı
yaranır [89, s.120].
İNSANIN BAŞ MİSSİYASI
Təbiət insanı çoxalabilən, lakin “sökülüb-yığıla”
bilməyən şəkildə yaratmışdır. Bu sonuncu onun ən zəif
yeridir. Odur ki, təbiət öz səhvini düzəltməyi İnsanın
özünə həvalə etmiş, ona şüur verib, alət düzəltmək
qabiliyyəti vermişdir. Alətin əsas fərqləndirici cəhəti və
üstünlüyü onun modul prinsipində qurulanlığı, başqa
sözlə, sökülüb-yığılanlığı, təyinatı isə gücləndirici
olmasıdır. Ən sadə alət üç elementin – funksional
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------17------------------------------------
elementin, ötürücünün və birləşdiricinin inteqrasiyası olan
ağac saplı daş baltadırsa, ən mürəkkəb alət də çoxformalı
dünyagörüşüdür. Elm – dünyagörüşü formalarından biri
olmaqla, həmin “alət”in ən vacib və ən aktiv elementidir.
İnsan sivilizasiyasının inkişaf tarixi primitiv alətlərin
(həmçinin, silahların) meydana çıxmasından ta nəhəng
yaşayış məkanlarına – binalara, şəhərlərə, dövlətlərə və
sairəyədək olan süni yaşayış mühitinin yaradılması və
təkmilləşdirilməsi ilə sıx bağlıdır.
Təbiətin dəyişdirilməsi yolu ilə süni ətraf mühitin
formalaşdırılması prosesi bu və ya digər problemin,
məsələn, böyük fiziki qüvvə və ya yüksək sürətlə hərəkət
etmək tələb edilən hallarda meydana çıxan insan
orqanizminin bioloji məhdudluqları ilə bağlı olan
problemlərin tam və ya qismən həlli üçün nəzərdə tutulan
obyektlərin - alətlərin, binaların, nəqliyyat vasitələrinin və
s. yaradılmasından başlamışdır.
Mexaniki ləvazimatları və mühəndis qurğularını insan
öz orqanizminin mexaniki imkanlarını genişləndirmək üçün
yaratmışdır. Əmək alətləri və silahlar insan əllərinin
funksiyalarını genişləndirirsə, binalar, tikililər, paltar və s.
də orqanizmin, o cümlədən, dərinin müdafiə qabiliyyətini
artırır, skelet və əzələlərin möhkəmliyini tamamlayır,
həmçinin süni və təbii nəqliyyat vasitələri isə orqanizmin
yerdəyişmə funksiyasını gücləndirir, ayaqların imkanlarını
genişləndirir.
Yaradılmışların istifadəyə münasibliyinin artırılıb
maksimuma çatdırılması üçün onları mümkün qədər
hərəkətli (mobil), yüngül və erqonomik düzəltmişlər.
Sonra həmin qurğular tədricən orqanizmə calaq edilir:
Dostları ilə paylaş: |