Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə27/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------107------------------------------------ 
 
elmlərin  universal  təsnifat  dilinin  yaradılması  fikrini  irəli 
sürmüşlər. Bu fikirlər süni intellektin yaradılmasının nəzəri 
əsaslarını təşkil etmişdir. 
Süni  intellektin  bir  elm  kimi  inkişafı  EHM-in 
yaradılmasından  sonra  mümkün  olmuşdur.  Elə  həmin 
vaxtlarda  Norbert Viner (1894-1964) yeni bir elmin, 
kibernetika elminin əsasını qoydu. Süni intellektin bir elm 
kimi  qəbulundan  sonra  o  iki  istiqamətdə  – 
neyrokibernetika 
və 
“qara 
qutu” 
kibernetikası 
istiqamətlərində inkişaf etməyə başladı. Hal-hazırda isə bu 
iki  istiqamətin  yenidən  birləşdirilməsi  meyli  müşahidə 
olunur.  
Neyrokibernetikanın əsas ideyasını belə təsvir etmək 
olar: “Yeganə düşünə bilən obyekt insan beynidir”. Buna 
görə  də  “düşünən”  qurğu  hər  hansı  yolla  olursa-olsun 
insan beyninin quruluşuna bənzər olmalıdır. 
Beləliklə, neyrokibernetika beyinin quruluşuna oxşar 
aparatın  yaradılmasına  yönəldildi.  Fizioloqlar  tərəfindən 
çoxdan təsbit olunmuşdur ki, insan beyninin əsasını çoxlu 
miqdarda  öz  aralarında  və  əsəb  hüceyrələri  ilə  qarşılıqlı 
bağlı  olan 
neyronlar  təşkil  edir.  Buna  görə  də 
neyrokibernetikanın  səyləri  neyronlara  analoji  olan 
sistemin  yaradılmasına  yönəldi.  Belə  sistemlərə 
neyron 
şəbəkə  və  ya  neyroşəbəkə  adı  verildi.  Birinci  neyron 
şəbəkələr  keçən  əsrin  50-ci  illərinin  sonunda amerika 
alimləri 
F.Rozenblatt 
və 
Makkiqyuk 
tərəfindən 
hazırlanmışdır.  Bu,  insan  gözünü  modelləşdirən  və  onu 
beyinlə əlaqələndirən sistemin yaradılmasına bir cəhd idi. 
Onlar  tərəfindən  yaradılan  qurğuya 
perseptron  adı 
verildi. Bu qurğu əlifbanın hərflərini fərqləndirə bilir, lakin 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------108------------------------------------ 
 
hərflərin  yazılmasına  çox  həssas  idi.  Məsələn,  bu  qurğu 
üçün 
А, А və А hərfləri ayrı-ayrı məna kəsb edirdi. 70-80-
ci  illərdə  süni  intellektin  bu  istiqamətdə  işləri  getdikcə 
azalmağa başladı. Çünki ilkin nəticələr təsəlliverici deyildi. 
Müəlliflər  bu  uğursuzluğu  kiçik  yaddaş  və  o  vaxtkı 
kompüterlərin sürətinin aşağı olması ilə izah edirdilər.  
Lakin 80-ci  illərin  ortalarında  Yaponiyada  V  nəsil 
kompüterlərin  yaradılması  üzərində  aparılan  işlər  zamanı 
yeni  bir  nəsil,  VI  nəsil  kompüterlər  –  neyrokompüterlər 
meydana  gəldi.  Bu  zamanadək  yaddaş  məhdudluğu  və 
kompüterlərin  sürət  problemləri  praktiki  olaraq  aradan 
qalxmışdı. 
Transpüterlər  –  çoxlu miqdarda prosessoru 
olan  paralel  kompüterlər  yarandı.  Transpüterdən  insan 
beyninin  quruluşunda  olan  neyrokompüterə  bir  addım 
qalmışdı.  Neyrokompüterlərin  əsas  tətbiq  sahəsi  surətin, 
simanın təyin edilməsidir. 
1963-1970-ci  illərdə  məsələlərin  həlli  üçün 
riyazi 
məntiq metodlarından istifadə etməyə başladılar və 1971-
1972-ci  illərdə  Fransanın  Lumini  (Marsel  şəhəri) 
Universitetində  Alen  Kolmeroe
 
(Alain  Colmerauer)  və 
Filipp  Rassel  (Philippe  Roussel)  tərəfindən 
Prolog  dili 
yaradıldı. Bundan sonra bu dili bir çox kollektivlər inkişaf 
etdirdi  ki,  burada  da  Edinburq  Universitetindən  olan 
qrupu  xüsusi  qeyd  etmək  lazımdır.  Bu  dilin  adı  “məntiqi 
terminlərdə  proqramlaşdırma”  (Programmation  en 
Logique) söz birləşməsindən yaranıb. 
Süni  intellektin  təcrübi  tətbiqində  ən  böyük  addım 
70-ci  illərin  ortalarında  təfəkkürün  universal  axtarış 
alqoritminin  əvəzinə  konkret  mütəxəssis-ekspert biliyinin 
modelləşdirilməsi  ideyası  gəldi.  ABŞ-da  ilk  dəfə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------109------------------------------------ 
 
kommersiya  sistemləri  –  biliklərə  əsaslanan 
ekspert 
sistemlər  yarandı.  Beləliklə,  süni  intellekt  məsələlərinin 
həllinə yeni, 
biliklərin təqdim olunması yanaşması yarandı. 
Tibb və kimya üçün yaradılmış MYCIN və DENDRAL artıq 
klassik ekspert sistemlər sayılır. 
İntellektual  texnologiyaların  inkişafı  üçün  bir  neçə 
qlobal proqram – ESPRIT (European strategic programme 
of research and development in information technology – 
Avropada 
informasiya 
texnologiyalarının 
strateji 
tədqiqatları  və  inkişafı  üzrə  proqram),  DARPA  (The 
Defense Advanced Research Projects Agency of USA – 
ABŞ-ın  müdafiə  sahəsində  perspektiv  tədqiqatlar 
proqramının  idarə  edilməsi)  və  yaponların  V  nəsil  maşın 
layihəsi yaradıldı. 
 
 
 
Alan Kolmeroe 
 
Filipp Rassel 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------110------------------------------------ 
 
Artıq  keçən  əsrin  80-ci  illərinin  ortalarından 
başlayaraq süni intellektin kommersiyalaşdırılması prosesi 
gedir.  Bu  sahəyə  illik  kapital  yatırımları  ildən-ilə  artır, 
sənaye  ekspert  sistemləri  yaranır  və  özü öyrənən 
sistemlərə maraq artır. 
Süni  intellekt  indiyə  qədər  iki  istiqamətdə  öyrənilib: 
Soft Computing və Hard Computing 
Bizim  danışdığımız  intellektual  sistemlər  müasir 
dünyada bu iki istiqamətin sintezi kimi inkişaf etməkdədir. 
Lakin bu yeni istiqamətdə çalışılır ki, ağırlıq birinciyə (Soft 
Computing) verilsin. 
Bütün  bunlara  baxmayaraq  ikinci  istiqamət  bizim 
üçün daha çox maraq kəsb edir. Bura istehsal, proseslərin 
idarə  edilməsi,  marketinqin  idarə  edilməsi,  maliyyə 
menecmenti,  bank  sferası,  fond  birjası  kimi  sahələrdə 
istifadə  olunan  tətbiqi  intellektual  sistemlər  və  ekspert 
sistemləri daxildir. 
Bütün  bunlardan  belə  nəticə  çıxarmaq  olar  ki, 
intellektual  sistemlər  süni  intellektin  bir  hissəsi  olaraq 
onunla paralel inkişaf edib və etməkdədir.  
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə