Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə32/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------128------------------------------------ 
 

 
Öz  iş  yerindən verilənlər (biliklər)  bazalarına 
müraciət edib  lazımi  sənəd və  ya faktoqrafik 
informasiyanı  əldə  etmək,  lazım  gəldikdə, 
kitabxana  şəbəkəsinə  və  ya  paylanmış  verilənlər 
bazaları şəbəkəsinə çıxmaq imkanı qazanır; 

 
Riyazi modellərinin mürəkkəbliyindən 
asılı 
olmayaraq layihələşdirmə, 
planlaşdırma 
və 
idarəetmə  məsələlərinin həlli və  hesablama 
prosesinin bütün mərhələlərini dialoq rejimində 
nəzarətdə saxlamaq imkanına malik olur; 

 
Predmet  oblastı  barədə  EHM-də  toplanmış 
biliklərdən istifadə  edərək mürəkkəb sistemlərdəki 
prosesləri  tanımaq  və  diaqnostikasını  aparmaq, 
qərar qəbul etmək, fəaliyyət  planları  tərtib etmək, 
fərziyyələr irəli sürüb yoxlamaq, müşahidə nəticələ-
rindəki  qanunauyğunluqları  aşkara  çıxarmaq, 
məntiqi nəticə çıxarmaq imkanı əldə edir. 
 
Birinci imkan  intellektual informasiya-axtarış 
sistemləri ilə gerçəkləşdirilir.  
İkinci imkan intellektual tətbiqi proqram paketləri və 
bunların  sonrakı  inkişafının  nəticəsi  kimi  meydana  çıxan 
və  planlaşdırma,  layihələşdirmə, diaqnoz və  sair  məsələ-
lərinin  paylanmış  kollektiv  həlli üçün nəzərdə  tutulan 
hesablama-məntiq sistemləri ilə reallaşdırılır. 
Üçüncü imkan  çətin  formallaşdırılan  biliklər 
sahəsində  intensiv  şəkildə  yayılan  ekspert  sistemləri ilə 
reallaşdırılır.  Ənənəvi ekspert sistemlərlə  hesablama-
məntiq sistemlərinin  inteqrasiyası  olan  hibrid  ekspert 
sistemlər daha vacib əhəmiyyət daşıyır. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------129------------------------------------ 
 
Üçüncü istiqamət  yeni nəsil EHM yaratmaq 
probleminin həllinə  yönəldilmişdir.  Çünki  süni  intellekt 
məsələləri üçün yeni arxitekturalı EHM və informasiyanın 
simvol  emalı  üzrə  yeni metodlar yaratmaq tələb olunur. 
Hətta  ədədi  informasiya  emalına  yönəldilmiş  ənənəvi 
arxitekturalı EHM-in də hesablayıcı resurslarının cəmi 10-
12%-i  ədədi  informasiya  emalına,  90%-ə  qədəri isə 
əməliyyat sistemlərində, translyatorlarda,  yaddaşa 
müraciət  hallarında,  virtual  maşınlarda  multiproqram 
rejiminin təşkilində  simvol  emalına  sərf olunur. Bununla 
əlaqədar olaraq süni intellekt məsələləri üçün ənənəvi 
arxitekturalı  EHM-lər, hətta  ədədi verilənlərin paralel 
işlənməsinə  imkan verən EHM-lər də  kifayət qədər 
səmərəli deyildir. Bundan əlavə, daxili intellektuallaşdırma 
vasitələrindən biri də  bir  sıra  proqramların  aparat 
cəhətdən dəstəklənməsidir. Bu isə  verilənlər  bazası 
maşınları  və  biliklər  bazası  maşınları,  linqvistik 
prosessorlar və s. yaranmasına gətirib çıxarmışdır. 
Dördüncü istiqamət  intellektual  robotların 
yaradılmasına yönəldilmişdir. Bu isə həm ixtisaslaşdırılmış 
EHM-lərin, həm də  mexaniki və  energetik sistemlərin: 
sensorların,  mühərriklərin və  s.  tam bir kompleksinin 
yaradılmasını  tələb edən elmi-texniki problemdir. Bütün 
süni intellekt sistemləri kimi, intellektual robotlar da 
biliklərə  istinad edir. Xarici mühit barədəki biliklər 
robotların  bort  EHM-inə  çoxsaylı  görmə,  eşitmə, 
radiolokasiya, taktil və  s.  sensorlarından  daxil  olur. 
Robotların  bort  EHM-ini nəhəng  informasiya  axınlarından 
azad etmək üçün həmin  informasiyanı  əvvəlcədən 
intellektual sensorlarda emal etmək olar. Bu cür 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------130------------------------------------ 
 
intellektual sensorlara nümunə  kimi müxtəlif  şəkil  emalı 
sistemləri göstərilə bilər. Robotun bort EHM-inə daxil olan 
biliklər  situativ  olduğundan,  onların  emalı  real  vaxt 
rejimində  həyata keçirilməsini tələb edir. Buna görə  də 
avtonom (sərbəst) nəqliyyat vasitələri üçün nəzərdə 
tutulan bort EHM-in  əsasən  informasiyanın  simvol  emalı 
üçün məsuldarlığı  saniyədə  10 milyard əməliyyat 
olmalıdır. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------131------------------------------------ 
 
 
BİLİKLƏRİN TƏQDİM EDİLMƏSİ 
 
 
Hesablayıcı  texnikanın  yaradılması  və  istifadə 
edilməsi  ənənəvvi olaraq 
proqram  və  verilən  kimi iki 
anlayışla  bağlı  olmuşdur.  Həm də  proqram veriləni emal 
etmək üçün nəzərdə tutulmuşdur. 
İlk vaxtlarda proqramçı proqram tərtib edir və lazımi 
verilənləri maşına özü daxil edirdi. Sonra böyük dəyişiklik 
baş  verdi.  Belə  ki, verilənləri  proqramlardan  ayırdılar. 
Müxtəlif strukturlu  (relyasiyalı,  yəni cədvəlli, iyerarxik, 
şəbəkə)  verilənlər bazaları  (VB)  və  verilənlər  bazalarını 
idarəetmə  sistemləri  (VBİS)  meydana  çıxdı.  Verilənləri 
proqramlardan  ayırmaq  üçün  proqramlaşdırma  dillərində 
olan verilənlərin təsviri vasitələrindən istifadə edildi. 
FORTRAN və ALQOL kimi dillər nisbətən sadə verilən 
strukturlarını  EHM  yaddaşında  təsvir etməkdən ötrü olan 
təsvir vasitələrinə malikdir.  
KOBOL, PL/1 və  PASKAL dillərində  daha mürəkkəb 
strukturların  -  verilənlərin  iyerarxik  strukturlarının  təsviri 
üçün vasitələr vardır.  
PASKAL dilində, həmçinin istifadəçinin özü 
tərəfindən verilənlər strukturu yaratmaq üçün də vasitələr 
vardır.  
Paralel olaraq, bəlkə  bir qədər gecikməklə, EHM-in 
xarici  yaddaşında  verilənlərin təsvir edilməsi sahəsində 
aparılan  tədqiqat  işləri  inkişaf  etdirilirdi.  Burada 
informasiya  massivi  (fayl)  fundamental  anlayış  kimi 
işlədilirdi.  Bu  anlayış,  yəni,  fayl  sistemin  işlədiyi müxtəlif 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə