Dərs vəsaiti m £



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə1/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
  1   2   3   4   5   6   7   8   9   ...   83
63883

N. Cəfərov, M. Çobanov, Q. Paşayeva
AZƏRBAYCANŞÜNASLIĞIN
ƏSASLARI
Ali məktəblər üçün dərs vəsaiti
__________ -  
m
£
  -
Azərbaycan  Respublikası  Prezidentinin 
işlər İdarəsi
PREZİDENT KİTABXANASI 
________ AzAtaM________
Bakı-2 0 1 3


&ь.ъ(<Ы]
C,ze>
Redaktor: 
Nadir Məmmədli,
Filologiya elmləri doktora, professor
Rəyçilər: 
A. M. Piriyev,
fəlsəfə üzrə fəlsəfə doktora, dosent
M.  Ə. Əfəndiyev,
fəlsəfə üzrə fəlsəfə doktora, dosent
N.Cəfərov, M.Çobanov, Q.Paşaycva.
Azərbaycanşünaslığın əsasları.  Bakı,AzAtaM, 2013, 352 səh.
Ali  məktəblər  üçün  nəzərdə  tutulmuş  «Azərbaycanşünaslığın  əsasları» 
dərs  vəsaitində  Müstəqil  Azərbaycan  Respublikası  haqqında  qısa  məlumat, 
Azərbaycançılıq  anlayışları  və  Azərbaycanşünaslıq  problemləri,  fənnin 
yaranması  zəruriliyi,  onun  məqsəd  və  vəzifələri;  Ümummilli  lider  Heydər 
Əliyevin  strateji  və  azərbaycançılıq  görüşləri;  Hərbi  strategiyası,  dil  siyasəti, 
Türk  dünyası  birliyinin  strategiyası;  Azərbaycanşünaslığın  atributları; 
Azərbaycan-türk dilinin təşəkkül tarixi və inkişafı  məsələləri; Azərbaycan-türk 
xalqının  tarixi  və  onun  mərhələləri;  intibahı  və  tarixi  dövlətçiliyi;  Şumer  və 
türklərin  eyni  köklü  olması  məsələləri;  Şumer-Altay-Türk  dilləri  ailəsi; 
Ümumi  türkoloji məsələlər və Türklüyümüzün yenidən oyanışı  və s.  məsələlər 
ətraflı şərh olunmuşdur.
Bu  dərs  vəsaitindən  ali  və  orta  ixtisas  məktəblərin  müəllimləri  və 
tələbələri,  magistrlər,  elmi  tədqiqatçılar  və  Azərbaycanşünaslıq  məsələləri  ilə 
maraqlananlar faydalana bilər...
4602000000
---------------   qrıjlı nəşr
N 0 9 8 - 2 0 1 3
© «Elm və təhsil», 2013
A zərb a yca n şiin a slığ ın   ə sa sla n
BİR NEÇƏ SÖZ
Ali  məktəblər  üçün  nəzərdə  tutulmuş  “Azərbaycanşünaslığın 
əsasları”  adlanan  bu  dərs  vəsaitinin  ümumi  məqsəd  və  vəzifələri, 
hər şeydən  əvvəl,  Azərbaycançılıq  ideyasının  həyatda reallaşdırıl- 
masını  təmin  etmək  və  yeni  təşəkkül  tapmış  Azərbaycanşünaslıq 
elm  sahəsində  müasirlik  və 
tarixilik  baxımdan  dərindən  və 
hərtərəfli  öyrənməkdən,  onun ümumi  məzmununu və mahiyyətini 
tələbələrə və ya dinləyicilərə geniş mənada anlatmaqdan ibarətdir.
Bizim  mülahizəmizə  görə,  milli-etnik  tariximizin,  tarixi  coğ­
rafiyamızın, maddi  və mənəvi  abidələrimizin, etnoqrafiya və folk­
lorumuzun,  ümumilikdə  isə,  ulu  babalarımızın  bizə  irs  qoymuş 
olduğu  milli  mədəniyyətimizin  və  incəsənətimizin  dərindən  öyrə­
nilməsi  və  hərtərəfli  təbliğ  olunmasına  lazımi  qayğı  göstərilməli­
dir.  Çünki  ziyalılığın-xalqımızın  avanqard  dəstəsinin,  vətəndaş 
hazırlığının əsil yolu öz milli  kökünə və bəşəri  dəyərlərə söykənə­
rək,  «Azərbaycanşünaslığın  əsaslan»nı  dərindən  və  hərtərəfli  öy­
rənməsi  problemləri  ilə qırılmaz tellərlə  bağlıdır.  Bu tellər ulu ba­
balarımızdan  bizə,  bizdən  isə  gələcək  nəsillərə  müqəddəs  bir ruh 
kimi  qalan  milli  mənəvi  dəyərlərimizlə,  milli  sərvətlərimizlə  və 
ədəbi  irsimizlə bilavasitə bağlıdır.
Bu  da,  hər  şeydən  əvvəl,  ölkəmizin  təhsil  sistemində  tədrisi 
tarixən unudulmuş olan, «Azərbaycanşünaslığın əsaslan» fənninin
3


N.  Cəfərov,  M.  Ç o b a ıto v,  Q.  P a şa yeva
dərindən  öyrənilməsini  tələb  edir.  Bizim  mülahizəmizə  görə,  bu 
kursun  öyrənilməsi  ümumtəhsil  məktəblərindən  başlanmalı,  orta 
ixtisas və ali  məktəblərdə davam etdirilməli  və doktoranturada so­
na çatmalı,  həmçinin,  İxtisasartırma kurslarında  da  həyata  keçiril­
məlidir.
Deməli,  tarixən  təşəkkül  tapmış  mənəvi-mədəni  dəyərlərimi­
zin  -   yaxşısının  yaşadılması  və  yenisinin  yaradılması  və  təbliği, 
mənəvi  dəyərlərimizin  qorunub  saxlanması  və  inkişaf etdirilməsi 
müasir həyatımızın  ən  vacib  və  ən  aktual  məsələlərindən  biri  ol­
malıdır.
Bu  mənada,  ali  məktəblərimizin  qarşısında  duran  başlıca 
məqsəd  şəxsiyyətin  hərtərəfli  və  ahəngdar  inkişafına  nail  olmaq, 
bir növ, onların mənəvi  kamilliyə, yüksək intellektə və milli təfək­
kürə  malik  əsl  vətəndaş  kimi  tərbiyə  etməkdən  ibarət  olmalıdır. 
Hər  bir  dərsdə  Azərbaycançılıq  ideyasının  işıqlandırılmasına  və 
gənclərimizin bu ruhda tərbiyə almalarına xüsusi  diqqət yetirilmə­
lidir.  Bu  mənada,  orta  ixtisas  və  ali  məktəblərimiz  yalnız  mü­
təxəssis  yox,  eyni  zamanda  müasir  həyatın  tələblərinə  uyğun, 
müasir həyatın  nəbzini  tutmağı  bacaran  ziyalı  kadrlar-vətəndaşlar 
yetişdirməlidir.
Deməli,  ixtisasından  asılı  olmayaraq,  ölkəmizin  bütün  orta 
ixtisas  və  ali  məktəblərinin,  həmçinin,  ali  hərbi  məktəblərin  və 
hərbi  akademiyanın,  eləcə  də,  ölkəmizin  digər  xüsusi  ali 
məktəblərinin  tədris  planlarında  ixtisas  fənləri  ilə  yanaşı,  «Azər­
baycanşünaslığın  əsaslan»  fənninə  də  mühüm  yer  verilməlidir. 
Artıq, «Azərbaycanşünaslığın əsasları»  fənninin proqramı  da, dərs 
vəsaiti  də,  ilk  növbədə,  etnik  tariximiz,  milli  və  bəşəri  dəyərlərə 
söykənməklə mükəmməl halda hazırlanmışdır.
4
A zərb a yca n şü n a slığ ııı  ə sa sla n
Yuxarıdakı  qeydlərdən  göründüyü  kimi,  ölkəmizin  orta 
ixtisas  və  ali  məktəblərinin  tədris  planlarında  müəyyən  bir 
boşluğun  olması  özünü  büruzə  vermişdir.  Bu  boşluğu  doldunnaq 
məqsədilə  ali  məktəblərimizin  Tədris  planlarına  «Azərbaycanşü­
naslığın  əsasları»  fənninin  artırılması  məqsədyönlü  olardı  (fənnin 
tədrisinə  70  saat  dərs  yükü  verilməli  və  fənnin  tədrisi  imtahanla 
başa çatmalıdır).
Biz  Azərbaycanşünaslığın  mahiyyətini,  məzmununu  və 
mündəricəsini,  müasirliyini  və  aktuallığını,  həmçinin,  elmi 
əhəmiyyətini,  gənc  nəslin  -  vətəndaşların  müasir  həyatın  tələbləri 
ruhunda  tərbiyə  olunmasındakı  rolunu  nəzərə  alaraq,  Ali 
Məktəblər  üçün  «Azərbaycanşünaslığın  əsaslan»  adlı  yeni 
proqram  və  dərs  vəsaiti  hazırladıq  (M.C.).  Bu  proqram  2003-cü 
ildə  «Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  Elmi  -   Metodik 
Şurasının  Azərbaycan  dili  və  Ədəbiyyatı  bölməsinin  1  fevral 
2003-cü  il  tarixli  (Protokol  № 2  ) və  Bakı  Slavyan  Universitetinin 
«Regionşünaslıq  və  Tərcümə»  Fakültəsinin  Elmi  Şurasının  26 
fevral  2003-cü  il  tarixli  (Protokol  №  26)  qərarı  ilə  nəşr  olunub». 
Bu  proqramın  ikinci  nəşri  də  yuxarıda  adı  qeyd  olunan 
«Azərbaycanşünaslığın  əsasları»  proqramı 
(M.C.) 
üzərində 
yenidən  işlənilmiş  bəzi  ixtisarlar  və  əlavələr  edilməklə  (2012-  ci 
il) müasirlik baxımdan tamamilə təkmilləşdirilmişdir.
Bu  proqram  əsasında  ali  məktəblər  üçün  hazırlanmış 
«Azərbaycanşünaslığın  əsasları» adlı  dərs vəsaitinin  çap olunması 
üçün  BDU-nun  Politologiya  və  sosiologiya  kafedrasının  21 
yanvar 2013-cü  il  tarixli  (Protokol № 07),  BDU-nun  Sosial  elmlər 
və  psixologiya  fakültəsinin  Elmi-  metodik  Şurasının  28  yanvar 
2013-cü  il  tarixli  (Protokol  №6),  BDU-nun  Sosial  elmlər  və 
psixologiya  fakültəsinin  Elmi  Şurasının  12  fevral 2013-cü il  tarixli
5


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə