Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
105
əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermə-
nistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerlə şən his-
sələri də onlara qoşuldular. Bununla, 1917-ci ilin fev ralında
çar hökumətinin yıxılması nəticəsində meydana gələn tarixi
şəraitə bənzər vəziyyət SSRİ-nin dağılmasından sonra, ye-
nidən təkrar olundu. Sovet ordusu sıralarında qulluq edən
erməni zabitləri və keçmiş sovet hərbi hissələri azərbaycan-
lılara qarşı birləşdilər və vahid cəbhədə hərbi əməliyyata
başladılar. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış
məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də
Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri iş-
ğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və
Şuşanın mühasirə çevrəsi daraldı. Tələm-tələsik formalaşdı-
rılmış Azərbaycan könüllülərinin Daşaltı əməliyyatı uğur-
suz oldu
1
. Erməni və sovet hərbi birləşmələri fevralın orta-
larında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın
25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi
baş verdi. Ermənistan silahlı qüvvələri tərəfindən Rusiya-
nın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal
olundu, azərbaycanlılar isə qırğına məruz qaldı və ya de-
portasiya olundu. Ermənistan silahlı qüvvələri və Rusiya-
nın 366-cı motoatıcı alayı Xocalıda azərbaycanlılara qarşı
dəhşətli genosid cinayəti törətdi. Bu II Dünya müharibə-
sində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir
dövrdə Ermənistan silahlı qüvvələrinin törətdiyi kütləvi və
ən dəhşətli genosiddir. Bu dövrlərdə Azərbaycanın və onun
vətəndaşlarının başına hansı müsibətlər gətirilmədi? Ermə-
nistan siyasi və hərbi rəhbərliyinin bu əməllərində insanlıq
əleyhinə cinayətlərin, təcavüzün, müharibə cinayətlərinin,
genosid cinayətinin tərkib elementləri mövcuddur. Bunların
1
http://www. anl. az/down/meqale/olaylar/2010/noyabr/139939. htm