|
Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetininekoloji tehlukesizlik Ekoloji təhlükəsizlik
10
Texnogen çirklənmələrin insan sağlamlığına etdiyi
öldürücü təsiri barədə alimlər dəfələrlə xəbərdarlıq etmişlər.
Mutagen amillərin təsiri haqqında olan mülahizələr öz təsdiqini
son 30 ildə inkişaf etmiş ölkələrdə anadangəlmə pataloji qüsuru
olan uşaqların sayının kəskin surətdə artması ilə göstərir.
Ekoloji cəhətdən əlverişsiz şəraitə malik ərazilərdə əsəb
sisteminin pozulması riski 60 % - dən artıqdır. Uşaq əlilliyinin
səbəbləri sırasında ümumi əlil uşaqların arasında mərkəzi sinir
sisteminin pozulması, beyin xəstəlikləri (əqli inkişafdan geri
qalma) – 30 %, əsəb – əzələ sistemi xəstəlikləri – 20 % uşaqlarda
müşahidə olunur. Qurğuşun tullantıları daha təhlükəlidir. Hətta
onların kiçik dozası uşaqların beyinlərinin inkişafına öz mənfi
təsirini göstərir. Eyni təsiri civə də göstərir.
Yaşlı əhali qaraciyər, böyrək, ağciyər xəstəliklərindən
əziyyət çəkir. Ağır metallar və pestisidlərlə çirklənmiş qida
məhsulları astmaya, vərəmə, həzm orqanlarının xəstəliklərinə,
beyinin dizfunksiyasına gətirib çıxarır. Tədqiqatlar göstərir ki,
istehsalat şəraitndə insanın rastlaşdığı 100-ə qədər maddə
kansoregendir. Bütün bunlar ölkənin genofondu üçün təhlükə
yaradır.
Hərbi qarşıdurma və elmi – texniki tərəqqi nəticəsində
hərb və sənayenin baza sahələrində texnologiyaların inkişafı yeni
hərb və sənaye obyektlərinin yaranmasına – ekoloji təhlükələrə
səbəb olmuşdur. Onların iri sənaye mərkəzlərinin yaxınlığında
yerləşməsi əhalinin potensial təhlükəsini artırır, yanğınlara,
Dostları ilə paylaş: |
|
|