Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin


T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov



Yüklə 4,39 Mb.
Pdf görüntüsü
səhifə21/188
tarix06.02.2022
ölçüsü4,39 Mb.
#83510
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   188
ekoloji tehlukesizlik

T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
17 
fövqəladə  şəraitlərin  ağır  nəticələrinin  minimuma  endirilməsi 
məsələsinin  aktuallığı  mövcuddur.  Şərtsiz  (mütləq,  qəti,  tam) 
təhlükəsizliyin  konsepsiyası  bu  yaxınlara  qədər  dünyada  qurulan 
təhlükəsizlik  normativlərinin  bazisi  sayılırdı.  Qəzaların  qarşısını 
almaq  üçün  əlavə  texniki  qurğular  tətbiq  olunurdu:  belə  ki, 
təhlükəsizliyin  mühəndis  sistemləri,  nizam  –  intizamın  yüksək 
səviyyəsini  təmin  etmək  məqsədilə  təşkilati  ölçülərdən  istifadə 
edilirdi.  Hesab  olunurdu  ki,  belə  mühəndis  determinist  yanaşma 
ətraf mühitə insan üçün gözlənilən hər təhlükəni istisna edir. 
Son  onilliklərə  qədər  belə  yanaşma  özünü  doğruldurdu. 
Lakin  bu  gün  istehsalın  misilsiz  mürəkkəbləşməsi  və  prinsip 
etibarilə  yeni  texnologiyaların  yaranması,  energetik  və  nəqliyyat 
komunikasiyaları  şəbəkəsinin  artması  ilə  əlaqədar  məqbul 
təhlükəsizlik  konsepsiyası  biosferin  və  texnosferin  daxili 
qanunlarına  qeyri  –  adekvat  olub.  Maddi  rifahın  yaradılması 
naminə  insanın  hər bir  fəaliyyəti enerjinin  istifadəsi  ilə  müşahidə 
olunur, mürəkkəb texniki sistemlərlə əlaqələndirilir,  ətraf  mühitin 
və  onun  müdafiəsi  isə  ətraf  mühitin  və  səhhətin  vəziyyətinin 
göstəriciləri  ilə  xarakterizə  edilmir,  lakin  təhlükəsizliyin  texniki 
sisteminin  effektivliyi  ilə  ölçülür,  yəni  sırf  mühəndis  sahəli 
xarakter  daşıyır.  Əgər  qəzaların  qarşısının  alınmasının  texniki 
sistemlərinə  hər  dəfə  maliyyə  qoyuluşunu  artırsaq,  onda  məcbur 
olarıq ki, sosial proqramların maliyyələşdirilməsini azaldaq, bu isə 
insan  ömrünün  qısaldılması  və  keyfiyyətinin  aşağı  düşməsinə 
gətirib  çıxarır.  Buna  görə  də  cəmiyyət  real  həqiqətin  məqbul 
təhlükəsizliyinin yaradılmasının mümkünsüzlüyünü anlayıb. Hal – 
hazırda təhlükə amillərinin risk  səviyyəsi  elə  həddə gətirilməlidir 
ki,  ona  “məqbul”  kimi  baxılsın.  Onun  məqbulluğu  iqtisadi  və 
sosial  mülahizələrlə  şərtlənməlidir  (uzlaşmalıdır).  Bu  o  deməkdir 
ki,  təsərrüfat  fəaliyyəti  ilə  şərtlənən  təhlükə  amillərinin  risk 
səviyyəsi  “məqbul”  qəbul  edilə  bilsin.  Yəni,  “məqbulluğun” 
kəmiyyəti  (realizasiya  ehtimalı  və  ya  mümkün  ziyan)  o  qədər 
kiçikdir  ki,  bu  halda  maddi  və  sosial  nemətin  alınması  xatirinə, 
insan və ya cəmiyyət bütövlükdə riskə getməyə hazırdır. 
İqtisadi  baxımdan  inkişaf  etmiş  dövlətlərdə  məqbul  riskin 
konsepsiyasının  istifadəsi  mövcuddur.  Misal  üçündemək  olar  ki, 


             

Yüklə 4,39 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə