Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə23/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
71 
çıxarılmasının 
yaxşı 
üsulu 
– 
aktivləşdirilmiş 
kömürlə 
adsorbsiyadır, sonra qızdırılma ilə regenerasiya edilir. 
Adətən  axar  suları  aktiv  kömürlü  sütunlardan  keçirirlər, 
burada  onlar  20-40  dəqiqə  təmasda  olurlar.  Bu  olduqca  effektli 
metoddur və axar suları OBT < 1 mq O
2
/l- yə kimi təmizlənməyə 
imkan  verir.  Bu  metodun  tətbiqi  üçün  işlədilən  cihaz  olduqca 
sadədir. 
Cədvəl 2.3.  
1992-1996-cı illər ərzində Moskva su hövzələrinə axıdılmış 
çirkləndirici maddələrin miqdarı 
Axıdılmış çirklənmənin kütləsi 
№ 
Çirklənmə 
göstəricisi,   
mln ton 
1992 
1993 
1994 
1995 
1996 

Neft məhsulları 
2,335 
2,119 
1,675 
1,56 
0,66 

SSAM (sintetik 
yuyucu 
maddələr) 
0,200 
0,421 
0,338 
0,39 
0,428 

Dəmir 
0,658 
0,554 
0,557 
0,57 
0,758 

Mis 
0,095 
0,059 
0,054 
0,059 
0,046 

Sink 
0,608 
0,154 
0,217 
0,160 
0,206 

Nikel 
0,084 
0,062 
0,037 
0,036 
0,043 

Xrom 
0,230 
0,224 
0,124 
0,072 
0,020 

Nitratlar 
10,745 
24,206 
20,850 
51,503 
63,609 

Alüminium 
0,0004 
0,083 
0,220 
0,16 
0,094 
10 
Nitritlər 
0,735 
2,04 
2,12 
2,56 
5,212 
11 
OBT 
17,58 
23,66 
23,40 
22,66 
22,14 
12 
Həll olmuş 
maddələr 
27,670 
24,010 
24,612 
24,03 
23,13 
13 
Sulfatlar 
128,2 
116,1 
110,5 
108,28 
111,42 
14 
Ammonyak 
azotu 
28,88 
17,99 
17,72 
14,172 
13,552 
15 
Xloridlər 
232,0 
185,70 
164,49 
146,89 
144,58 
16 
Quru çöküntü 
1101,0 
991,0 
958,17 
942,31 
915,37 
17 
Fenol 




0,004 
18 
Ümumi fosfor 




2,626 
19 
Hidrogen sulfid 




0,460 
20 
Ftor 




0,00029 
21 
Qurğuşun 




0,099 
22 
Marqans 




0,212 
Cəmi: 
3102,04  2776,56  2649,17  2541,71  1304,881 


             
     Ekoloji təhlükəsizlik 
 
72 
 
Aktivləşdirilmiş 
kömürlə 
adsorbsiya 
bir 
çox 
üzvi 
birləşmələr  üçün  effektlidir  və  məişət  axarlarının,  neft  emalının 
maye  tullantılarının,  fenolun  və  digər  aromatik  birləşmələrin 
təmizlənməsi üçün istifadə edilir. 
Suyun  daha  səmərəli  sərfinə  keçmək  və  su  obyektlərinə 
çirkabların  axıdılmasını  azaltmaq  üçün  texnoloji  proseslərin 
təkmilləşdirilməsi  nəzərə  alınmaqla  xalq  təsərrüfatının  müxtəlif 
sahələri  üçün  sudan  istifadənin  və  suyun  çıxarılmasının  optimal 
normaları və xüsusi göstəriciləri işlənmişdir. 
Krasnodar  vitamin  zavodunda,  Lipetsk  metallurgiya 
kombinatında  su  təsərrüfatının  qapalı  sistemləri  istismara 
verilmişdir. 
Yerin  relyefinə  və  su  hövzələrinə  görə  birdəfəlik 
çirkləndirici  suların  axıdılması  halları  çoxalmışdır.  1996-cı  ildə 
Moskva  şəhərinin  su  hövzələrinə  1305  min  ton  çirkləndirici 
maddə  (neft  məhsulları,  ağır  metallar,  nitratlar,  xloridlər,  həll 
olmuş hissəciklər və s.) axıdılmışdır, lakin bu 1995-ci ilə nisbətən 
təqribən  2  dəfə  azdır.  1996-cı  ildə  axıdılmış  çirkləndirici 
maddələrin  miqdarı 22 adda olmuşdur (cədv. 2.3). geri qayıdan  – 
təkrar  su təchizatında  istifadə  edilən  suyun  miqdarı  kifayət  qədər 
artmır:  yalnız  16  müəssisədə  təmizləyici  qurğular  və  təkrar  su 
təchizatı sistemləri tikilir. 
 
2.6. Litosferin mühafizəsi 
 
Bərk  məişət  tullantıları  və  onların  təmizlənməsi.  Yerin 
ümumi  quru  sahəsi  149,1  mln  km
2
-dir,  onlatdan  133  mln  km
2
-i 
insanların yaşaması üçün yararlıdır. 
Litosferin  əsas  çirklənmə  növləri  –  bərk  məişət  və  sənaye 
tullantılarıdır.  Şəhərdə  hər  bir  sakinə  ildə  orta  hesabla  1 ton  bərk 
tullantılar düşür, özü də bu qiymət hər il artır. 
Şəhərlərdə  məişət  tullantılarının  toplanması  üçün  böyük 
ərazilər  ayrılır.  Tullantıları  az  müddətdə  çıxarmaq  lazımdır  ki, 
həşəratların,  yırtıcıların  çoxalmasına  imkan  verilməməli,  havanın 
çirklənməsinin  qarşısı  alınmalıdır.  Bir  çox  şəhərlərdə  məişət 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
73 
tullantılarının  emal  zavodları  mövcuddur,  özü  də  əhalisi  1  mln 
olan şəhərdə zibilin tam emalı 1500 ton metal və təxminən 45 min 
ton  kompostun  alınmasına  imkan  verir.  Axırıncı  qarışıq  gübrə 
kimi istifadə edilə bilər. Tullantıların istifadə edilməsi nəticəsində 
şəhər  təmizlənir,  bundan  əlavə  zibilliklərin  təmizlənməsi 
nəticəsində əldə edilən sahələr hesabına şəhər əlavə ərazi qazanır. 
Məsələn, Moskvada     1990-cı ildə 150 zibillik qeydə alınmışdır, 
onlardan yalnız      3-ü fəaliyyətdədir. Moskvanın yeni məhəllələri 
keçmiş  zibilliklərdə  yerləşmişdir,  belə  ki,  tikinti  zamanı 
zibilliklərin  yerləşdirilməsinin  düzgün  texnologiya  qaydaları 
olmadığından,  şəhərin  bu  ərazilərində  toksiki  maddələrin 
mövcudluğunun  yoxlanılması  üçün  havanın  xüsusi  nəzarəti 
lazımdır.       Düzgün təşkil olunmuş zibillik-bərk tullantıların elə 
anbarlaşdırılmasıdır  ki,  burada  daimi,  mümkünsə  uzunmüddətli, 
havanın  oksigeni  və  mikroorqanizmlərin  vasitəsilə  tullantıların 
emalını  nəzərdə  tutsun.  Şəkil  2.7-də  tullantıların  təhlükəsiz 
basdırılması  sxemi  göstərilmişdir  ki,  bu    yuxarıda  deyilənlərə 
misal ola bilər. Baxmayaraq o sənaye sənaye tullantılarına aiddir, 
bu  sxemdə  göstərilən  tullantıların  anbarlaşdırma  prinsipləri  ətraf 
mühitin ərazisinin etibarlı qorunmasını təmin edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.7. Tullantıların təhlükəsiz basdırılma sxem. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə