Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə28/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
87 
Nümunə  kimi  Nikaraqua  (Manaqua,  1972-ci  il,  420  min 
əhali) və ABŞ-da (San-Fernandio, 1971-ci il, 7 milyon sakin) baş 
vermiş  zəlzələlərin  nəticələrini  müqayisə  edək.  Təkanların  gücü 
uyğun olaraq Rixter şkalası üzrə 5,6 və 6,6 ball, hər iki zəlzələnin 
müddəti  isə  təqribən  10  san  təşkil  edirdi.  Əgər  Manaquada  6000 
həlak olmuş və 20 min insan yaralanmışdırsa, San-Fernandioda 60 
nəfər  ölmüş  və  2450  nəfər  xəsarət  almışdır.  San-Fernandioda 
zəlzələ  səhər  tezdən  (yollarda  avtomobillərin  az  sayda  olduğu 
vaxtda)  baş  vermişdir,  şəhərin  binaları  isə  seysmikdözümlülük 
tələblərinə  cavab  verirdi.  Manaquada  zəlzələ  sübçağı  baş  vermiş, 
tikililər  seysmik  davamlılıq  tələblərinə  cavab  vermirdi.  Şəhərin 
ərazisini  5  yarıq  kəsmişdir  ki,  bu  da  50  min  yaşayış  evinin 
dağılmasına  səbəb  olmuşdu  (San-Fernandioda  915  yaşayış  binası 
zərər çəkmişdi). 
Zəlzələlərdə  həlak  olanlarla  yaralıların  nisbəti  orta  hesabla 
1:3  kimi,  ağır  yaralıların  yüngül  yaralanlara  olan  nisbəti  təqribən 
1:10 kimidir, özü də yaralıların 70%-i yumşaq əzələlərin zədələri, 
21%-ə qədəri – sınmalar, 37%-ə qədəri kəllə-beyin tramvaları,  
 
Cədvəl 4.2.  
Zəlzələlər zamanı zədələnmələrin xarakteristikası 
Zəlzələlərin 
xarakteristikası 
Tikililərin zədələnmə xarakteri 
Zəif (3 bala qədər) 
Mülayim               
(4 bala qədər) 
Divarlarda böyük çatlar. Malanın, tüstü 
bacalarının uçulması, süşələrin sınması 
Güclü (5-6 ball)  
Çox güclü (7 ball) 
Qeyri-seysmik binaların xarici 
divarlarındakı çatlar, konstruksiyaların 
uçması, qapıların pərçimlənməsi 
Dağıdıcı (8-10 
ball) 
Seysmik dözümlü binaların zəif 
dağılmaya məruz qalması, digərlərinin 
uçması 
Qəza (11-12 ball) 
Xarici konstruksiyaların uçması və 
binaların tam dağılması 


             
     Ekoloji təhlükəsizlik 
 
88 
həmçinin onurğa tramvası (12%-ə qədər), çanaq sümüyünün (8%-
ə qədəri) təşkil edir. Xəsarət alanların çoxunda çoxsaylı tramvalar, 
uzunmüddətli  sıxılma  sindromu,  yanğınlar,  reaktiv  psixozlar  və 
psixnevrozlar  müşahidə  olunur.  Zəlzələlərin  qurbanları  çox  vaxt 
qadınlar və uşaqlardır. 
Zəlzələnin  gücünü  və  xarakterini  qiymətləndirmək  üçün 
müəyyən  parametrlərdən  istifadə  edilir.  İntensivlik  süxurun 
silkələnmə  ölçüsüdür.  Dağılma  dərəcəsi,  yer  səthinin  dəyişmə 
dərəcəsi və insanların hiss etməsi ilə müəyyənləşir. MKZ-64 (cəd. 
4.2) 12 ballı beynəlxalq şkala ilə ölçülür. 
Maqnituda və ya zəlzələnin gücü – seysmoqrafın qeydlərinə 
görə  zəlzələnin  cəm  effektinin  ölçüsü.  Bu  şərti  kəmiyyətdir, 
zəlzələ  və  partlayışla  əmələ  gələn  elastik  rəqslərin  ümumi 
enerjisini  xarakterizə  edir.  O,  episentrdən  100  km  məsafədəki 
seysmoqrafın 
(şək.4.3) 
qeyd 
etdiyi 
ən 
güclü 
dalğanın 
amplitudunun  onluq  loqorifminə  mütənasibdir.  Ölçmə  şkalası  0-
dan 8,8 vahidə qədərdir (6 vahid maqnitudalı zəlzələ – güclüdür). 
Müxtəlif  rayonlarda  zəlzələ  ocaqları  fərqli  dərinlikdə  yerləşir  (0-
dan 750 km-ə qədər).  
 
                        
 
 
Şək. 4.3. Seysmoqraf 
 
Yüksək  seysmik  aktivlikli  yerlərdə  əhali  zəlzələ  şəraitində 
fəaliyyətə hazır olmalıdır. İlk növbədə evdə, işdə, küçədə, ictimai 
yerlərdə öz hərəkətlərinin qaydasını təyin etməli və adı çəkilən hər 
bir  yerdə   ən   təhlükəsiz  sahələri  müəyyənləşdirməlidir.  Bunlar  


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
89 
Cədvəl 4.3.  
Bəzi güclü zəlzələlər 
 
İl, yeri 
Həlak olanların sayı, fəsadları 
1556, Qansu, Çin 
800 000 insan 
1737, Kəlküttə, Hindistan 
300 000 insan 
1783, Kalibriya, İtaliya 
60 000 insan 
1896, Sanriku, Yaponiya 
Sunami 27 000 insanı və 1060 
binanı dənizə yuyub aparmışdır 
1901, Assam, Hindistan 
23 000 km
2
 sahədə tam dağıntılar 
1908, Siciliya, İtaliya 
83 000 insan, Messina şəhəri 
dağılmışdır 
1948, Aşqabad, SSRİ 
27 000 insan həlak olmuş,    
55 457 nəfər yaralanmış, 7000-
dən çox xəstə 
1963, Skopye, Yuqoslaviya 
2000 insan həlak olmuş, 3383 
nəfər yaralanmış, şəhərin böyük 
hissəsi dağılmışdır 
1965, Mexiko, Meksika 
15 000 insan həlak olmuş, 
32 500 nəfər yaralanmışdır 
1966, Daşkənd, SSRİ 
Şəhərin mərkəzində güclü 
dağıntılar 
1974, Pakistan 
4700 insan həlak olmuş, 15 000 
nəfər yaralanmışdır 
1976, Tanşan, Çin 
640 000 insan həlak olmuş,    1 
mln nəfər yaralanmışdır 
1978, İran 
20 000 insan həlak olmuş, 8800 
nəfər yaralanmışdır 
1980, İtaliya 
2614 insan həlak olmuş, 31 000 
nəfər yaralanmışdır 
1988, Spitak, Ermənistan 
Tam dağıntılar, 6800 insan həlak 
olmuş, 31 000 nəfər 
yaralanmışdır 
əsaslı  divarların  oyuqları,  künclər,  sütunların  yanında  və  binanın 
karkasının  tirləri  altındadır.  Şkaflar,  rəflər,  stellajlar  və  mebel 
bərkidilməlidir ki, yıxlılarkən çıxış yolu bağlanmasın. Ağır şeyləri 
və şüşəni elə yerləşdirmək lazımdır ki, onlar düşdükdə tramvalara 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə