Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
36 
 
 
 
 
 
 
 
2.1. Təbii mühitin çirklənməsinin əsas növləri 
 
Bəşəriyyət özünün yaşamasını təmin etməkdən ötrü qida, su, 
ev, mənzil və s.  ilə təmin olunmalıdır. Bütün bunlar müxtəlif növ 
tullantıların  yaranması  və  ətraf  mühitə  yayılması  ilə  əlaqədardır. 
Lazım  olmayan,  bəzən  də  təbiətə  dəyən  lüzumsuz  ziyanın 
qarşısının  alınması  üçün  mühitə  olan  belə  təsir  ciddi  surətdə 
planlaşdırılmalıdır. Bu zaman insanın tələbatının təbiətin hesabına 
ödənilməsi,  insan  fəaliyyətindən  aktiv  surətdə  qorunması  ilə 
birlikdə  aparılmalıdır.  Bir  qayda  olaraq  bu  məqsədlər  bir-birini 
istisna  etmir,  lakin  bəzi  hallarda  kompromis  qərarlar  qəbul 
edilməlidir.  Məsələn,  əhalisi  1  milyon  insan  olan  tipik  amerikan 
şəhərinin  tullantılarının  miqdarı  olduqca  təsirlidir  (şək.  2.1).  Hər 
gün  şəhər  kanalizasiyasına  bir  nəfər  sakinə  düşən  suyun  80%  -i 
daxil  olur  (0,6  t);  150  ton  his,  kül  tozu  və  digər  hava 
çirkləndiriciləri və 2000 ton bərk tullantılar daxil olur. 
Nəzəri  olaraq  şəhər  şəraitində  ətraf  mühitin  çirklənməsinin 
qarşısını  almaq  olar:  təmiz  suyu  çirkab  sulardan  almaq  və  çirkab 
suların gilində kənd təsərrüfatı məhsullarını becərmək. Hətta nəfəs 
alma zamanı  yaranan CO
2
 və H
2
O-nu  bitki  və  yosunlar  vasitəsilə 
karbohidrogenə  və oksigenə çevirmək olar. Lakin termodinamika 
qanunlarına görə maddələrin belə təcrid edilmiş mövcudluğu uzun 
sürə  bilməz.  İnsanın  istənilən  fəaliyyəti  Yerin  bütün  təbii 
ehtiyatlarına  təsir  edir.  Sanki,  belə  fəaliyyət  nəticəsində  Yerin 
sərvətləri  tükənməli  idi.  Lakin,  yaddan  çıxarmaq  olmaz  ki,  Yer 
daimi olaraq enerji alır, bunun mənbəyi isə Günəşdir. 
Beləliklə,  xoş  niyyətli  istəklərindən  asılı  olmayaraq,  insan 
fəaliyyəti ətraf mühitə ziyan vurur və əsas məsələ ondan ibarətdir 
ki, bu fəaliyyətin nəticələrini daha az zərərli etməkdir. 
 FƏSİL 2. BİOSFERİN ÇİRKLƏNMƏDƏN 
MÜHAFİZƏSİ 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
37 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  2.1.  Şəhərin  əsas  giriş  (su,  qida,  yanacaq)  və  çıxış 
(çirkab  sular,  bərk  tullantılar,  hava  çirkləndiriciləri)  axınları.


             
     Ekoloji təhlükəsizlik 
 
38 
 
Ətraf  mühitin (ƏM) çirklənməsini (şək. 2.2) fiziki (səs-küy, 
vibrasiya,  şüalanmanın  müxtəlif  növləri)  və  kimyəvi  (müxtəlif 
maddələr:  havada  –  zəhərli  qaz  və  buxarlar;  su  və  torpaqda  ağır 
metalların ionlarıdır) təsnifatına ayırmaq olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.2. Ətraf mühitin antropogen çirkləndiriciləri. 
 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
39 
 
2.2. Atmosferin mühafizəsi 
 
Atmosferin  xarakteristikası  və  çirklənmə  növləri.  Bizim 
nəfəs  aldığımız  havada  çox  böyük  miqdarda  zərərli  maddələr 
mövcuddur. 
Bu  həm  bərk  hissəciklər,  məsələn,  hisin,  asbestin, 
qurğuşunun hissəcikləri karbohidrogenlərin və kükürd turşusunun 
maye  qatışıqları  və  karbon  qazının  oksidi,  azot  oksidi,  kükürd 
dioksidi  kimi  qazlardır.  Havada  olan  bütün  bu  çirkləndiricilər 
insan orqanizminə bioloji təsir göstərir: nəfəsalma çətinləşir; ürək-
damar  xəstəliklərinin  gedişi  qəlizləşir  və  mürəkkəb  xarakter  alır. 
Havada  olan  çirkləndiricilərin  təsirindən  (məsələn,  kükürd 
dioksidi  və  karbon  iki  oksidi)  müxtəlif  tikinti  materialları,  o 
cümlədən  əhəng  və  metallar  korroziyaya  uğrayır.  Bundan  əlavə, 
ərazinin  görünüşü  dəyişə  bilər,  çünki  bitkilər  də  havanın 
çirklənməsinə həssasdır. 
Smoq  (ingiliscə  smoke  –  tüstü  və  fog  –  duman),  bir  çox 
şəhərlərin  normal  havasını  pozur.  O,  havada  olan  karbohidrogen 
və  avtomobillərin  tullantı  qazlarında  olan  azot  oksidlərinin 
reaksiyası nəticəsində yaranır. 
2.1 cədvəli və 2.3 şəkli Yer atmosferinin normal tərkibini və 
quruluşunu yada salmağa imkan verir. 
Yerin  atmosferi  temperatura  uyğun  olaraq,  təbəqələrə 
bölünürlər.  Şək.  2.3-də  təbəqələrin  hündürlüyü  təqribi  olaraq 
göstərilmişdir,  çünki  o,  hesablama  nöqtəsindən  asılı  olaraq 
dəyişir. 
YUNEP

-in  məlumatlarına  görə  atmosferin  ildə  25  milyard 
tona qədər ayrılan əsas çirkləndiricilərinə aşağıdakılar aiddir: 
  Kükürd dioksidi və toz hissəcikləri –  200 mln ton/ildə; 
  Azot oksidləri (N
x
O
y
) – 600 mln ton/ildə; 
  Karbon oksidləri (CO və CO
2
) – 8000 mln ton/ildə; 
  Karbohidrogenlər (C
x
H
y
) – 80 mln ton/ildə. 
 
                                                

 YUNEP – BMT-nin ətraf mühit üzrə proqramı 


             
     Ekoloji təhlükəsizlik 
 
40 
Cədvəl 2.1.  
Təmiz quru havanın komponentləri 
 
Komponent 
Həcmə görə tərkibi, 
% 
Azot (N
2

78,08 
Oksigen (O
2

20,94 
Arqon (Ar) 
0,93 
Karbon dioksidi (CO
2

0,03 
Ozon (O
3

0,00005-dən az 
Həmçinin, heliumun (He), 
metanın (CH
4
),       kriptonun 
(Kr) və hidrogenin (H) kiçik 
miqdarları mövcuddur 
0,002 neondan az 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.3. Atmosferin quruluşu. 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə