Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə32/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
100 
Cədvəl 4.6.  
Bəzi qasırğaların təsirlərinin fəsadları 
 
Fırtına  xəbərdarlığı  alan  kimi  kifayət  qədər  möhkəm 
olmayan  konstruksiyaları  və  texniki  elementləri  bərkitməli, 
binanın  qapılarını  bağlamalı,  damın,  ventilyasiya  dəliklərini 
örtmək lazımdır. Vitrin və pəncərələri lövhələrlə, şüşələri kağız və 
ya  parça  zolaqları  ilə  yapışdırmalı.  Damlardan,  eyvan  və 
lodjiyalardan  yerə  düşdükdə  zədə  yarada  bilən  əşyaları 
yığışdırmalı. Qəza işıqlanma mənbələri (fənər, lampa), su və ərzaq 
ehtiyatı,  tibb  ləvazimatlarını  və  dərmanlarını  götürməli.  Dövlət 
operativ  fövqəladə  hallar  orqanlarından  informasiyanın  alınması 
üçün işlək xəbərdar edici qurğulara malik olunmalıdır. 
 
 
 
Fəlakətin yeri, 
il 
Həlak olanların 
sayı 
Yaralıların sayı 
Baş verən 
hadisələr 
Haiti, 1963 
5 000 
Qeyd 
olunmamışdır 

ABŞ, 1967 
18 
8 000 

ABŞ, 1970 
250 
Qeyd 
olunmamışdır 

Honduras, 1974 
6 000 
Qeyd 
olunmamışdır 

Avstraliya, 1974 
49 
1140 

ABŞ, 1976 
450 
200 

Oman, 1977 
105 
48 

Şri-Lanka, 1978 
905 
Qeyd 
olunmamışdır 

Dominikan 
Respublikası, 
1979 
2 000 
4 000 

ABŞ, 1980 
27 
Qeyd 
olunmamışdır 

İndokitay, 1981 
300 000 
Qeyd 
olunmamışdır 
Su basımı 
Banqladeş, 1985 
20 000 
Qeyd 
olunmamışdır 
Su basımı 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
101 
4.9. Güclü qar yağması, qar yığınları, buzlaşma, 
uçqunlar. 
Güclü  qar  yağması,  qar  yığınları,  buzlaşma,  uçqunlar  –  qış 
dövrü  ərzində  təbiət  qüvvələrinin  göstərdiyi  nümunələrdir 
(şək.4.8). Güclü qar yağması bir neçə gün davam edə bilər, yolları, 
yaşayış məntəqələrini qarla örtə bilər, qurbanlara gətirib çıxara və 
təchizatın kəsilməsinə səbəb ola bilər. Göstərilən təbiət hadisələri 
dəqiq  olaraq  proqnozlaşdırılır  və  adətən  fəlakət  gözlənilən 
rayonlar üçün vaxtında xəbərdarlıq edilir. 
 
Şək.4.8. Güclü qar 
 
Dağ  yerlərində  qarın  toplanması  uçqunların  yaranmasına 
səbəb  olur,  bunların  enməsi  külli  miqdarda  qar  və  daşların 
yerdəyişməsinə  səbəb  olur.  Hərəkət  edən  kütlə  öz  yolunda  hər 
şeyi  silib-süpürür  ki,  bu  da  qurbanlara,  EÖX-in  qırılmasına, 
kommunikasiyaların  sıradan  çıxmasına  səbəb  olur.  Yüz  illərlə 
mövcud olan kəndlərin uçqunlar altında qalması (İsveçrə, Qafqaz) 
halları  qeydə  alınmışdır.  Uçqunun  həcmi  2,5  mln  m
3
,  sürəti  isə 
100  m/san  sürətdə  zərbə  anında  60-100  t/m
2
  (quru  uçqun)  və  ya 
200 t/m
2
 zərbə anında 20 m/san-a (sıx, yaş qar halında) çata bilir. 
Uçqunun  düşməsində  hava  zərbə  dalğası  da  ciddi  təhlükə 


             
     Ekoloji təhlükəsizlik 
 
102 
mənbəyidir (dəmir yol vaqonunun 80 m-ə atılması halı olmuşdur, 
1938-ci ildə Yaponiyada çox böyük quru uçqunun enməsi zamanı 
yaşayış  binasının  ikinci  mərtəbəsini  qoparmış,  onu  800  m 
məsafəyə köçürmüş və qayalara çırparaq dağıtmışdır). 
Qar  yağmalarındakı  temperaturun  kəskin  dəyişmələrində 
sudan  buz  yaranır  və  sulu  qarın  yapışması  əmələ  gəlir,  bu  isə 
xüsusilə  EÖX  və  şəhər  elektrik  nəqliyyatı  üçün  xüsusi  olaraq 
təhlükə  yaradır.  Fəsadların  aradan  qaldırılması  üçün  maksimal 
miqdarda  yük  nəqliyyatı  və  qarın  yüklənmə  vasitələri  cəlb  edilir. 
Əsas  magistralların  təmizlənməsi  və  həyat  təminatının  əsas 
müəssisələrinin  işinin  fasiləsiz  təmin  edilməsi  üçün  tədbirlər 
görülür (çörəkbişirmə, su kanalı, kanalizasiya). 
 
4.10. Subasma 
Subasma  –  təbiət  qüvvələrinin  təsiri  nəticəsində  qurunun 
xeyli  hissəsinin  müvəqqəti  su  ilə  dolmasıdır  (şək.4.9).  Onları, 
yaranma səbəblərindən asılı olaraq qruplara ayırmaq olar: 
 
 
Şək. 4.9Subasmanın nəticələri 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
103 
  Güclü yağıntıların və ya qarın, buzlaqların külli miqdarda 
əriməsi  ilə  əlaqədar  olan  su    basmalar.  Bu  çayların,  göllərin 
səviyyəsinin kəskin artmasına, maneələrin yaranmasına səbəb olur. 
Maneə və  bəndlərin  yuyulub aparılması  yuyub aparma dalğasının 
yaranmasına  səbəb  ola  bilər  ki,  bu  da  xeyli  hündürlüyə  malik  su 
kütləsinin  yerdəyişməsi  ilə  xarakterizə  olunur.  1989-cu  ilin 
avqustunda Primoryedə su basması  xeyli  sayda körpü və tikililəri 
uçurtmuşdur,  bu  zaman  çoxlu  sayda  mal-qara  məhv  olmuş, 
elektrik  xətləri,  rabitə  zədələnmiş,  yollar  dağıdılmış,  minlərlə 
insan evsiz-eşiksiz qalmışdır. 
  Qovan  küləyin  təsiri  altında  yaranan  su  basmaları.  O, 
sahilyanı rayonlar üçün xarakterikdir, çünki burada dənizlərə axan 
iri  çayların  mənsəbləri  vardır.  Qovan  külək  suyun  dənizə  olan 
hərəkətinin qarşısını alır, çayda suyun həcmini kəskin artırır. Belə 
su  basmanın  təhlükəsi  daimi  olaraq  Baltik,  Xəzər  və  Azov 
dənizləri  üçün  xarakterikdir.  Belə  ki,  Sankt-Peterburq  özünün 
mövcud  olduğu  zaman  ərzində  240  belə  su  basmaya  məruz 
qalmışdı. Bu halda küçələrdə iri gəmilərin peyda olması müşahidə 
olunurdu,  bu  isə  şəhər  tikililərinin  dağılmasına  səbəb  olurdu. 
1824-cü  il  noyabrında  Nevada  suyun  səviyyəsi  4  m  normadan 
artıq  qalxmışdı,  1924-cü  ildə  3,69  m  qalxaraq  şəhərin  yarısını  su 
basmışdı, 1973-cü ilin dekabrında 2,29 m, 1984-cü ilin yanvarında 
2,25 m-ə çatmışdı. Subasmanın nəticəsi – çox böyük maddi itkilər 
və qurbanlardır. 
  Yeratı  zəlzələlər  ilə  əlaqədar  olan  su  basmalar.  Bunlar 
böyük  uzunluqlu  nəhəng  dalğaların  –  sunamilərin  yaranması  ilə 
xarakterizə  olunur  (yapon  dilində  limanda  böyük  dalğa). 
Sunaminin  yayılma  sürəti  1000  km/saat-a  qədərdir.  Dalğanın 
hündürlüyü  onun  yaranma  yerində  5  m-i  ötmür.  Lakin,  sahilə 
yaxınlaşdıqca sunaminin dikliyi kəskin artır və böyük gücə malik 
dalğalar  sahillərə  çırpılır.  Yastı  sahillərdə  dalğanın  hündürlüyü  6 
m-dən  çox  olmur,  dar  buxtalarda  isə  50  m-ə  çatır  (tunel  effekti). 
Sunaminin  müddəti  3  saatadəkdir,  onun  təsirinə  məruz  qalmış 
sahil  xəttinin  uzunluğu  isə  1000  km-ə  çatır.  1952-ci  ildə  demək 
olar ki, Yujni-Kurilskini tamamilə yuyub aparmışdır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə