Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji


 Əməkdaşlıq (kollektiv) təlim texnologiyası



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə5/58
tarix13.01.2022
ölçüsü0,77 Mb.
#82860
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   58
Azf-269214

3. Əməkdaşlıq (kollektiv) təlim texnologiyası

4. Layihələr metodu ilə təlim texnologiyası

5. Modullu təlim texnologiyası

Pedaqogika  texnoloji  təlim  prosesinə yeni  baxışdır.  Bu

baxışa  görə təlim  prosesi ənənəvi  təlimdən  fərqli  olaraq  mak-

simum  idarə olunan  proses  olmalıdır.  Təlim  texnologiyasının

tarixi  XX əsrin  II  yarısında  bilikləri  yoxlamaq  üçün  texniki

qurğuların  meydana  gəlməsindən  başlamışdır.  Bir  müddət  təlim

texnoloji  təlimdə

texniki  vasitələrdən  istifadə

kimi  başa

düşülürdü. Alimlər belə hesab edirlər ki, texnikadan istifadə daha

çox  informasiya  vermək  üçün  köməkçi  xarakter  daşıyır.  Amma

tədris  prosesinin  ayrı-ayrı  mərhələlərində texnikanın  tədris  pro-

sesinə daxil  edilməsi  aktiv  inkişaf  edir.  Alimlər gələcəkdə müəl-

lim  və məktəbin  köməyi  olmadan  öyrədici  (təlimedici)  sistem-

lərdən müstəqil istifadə olacağını praqnozlaşdırırlar.

XX əsrin  50-ci  illərindən  başlayaraq  alimlərin  axtarışları

başqa istiqamət götürdü. Nəticədə təlim texnikası və texnizasiyası

deyil,  təlim  texnikasə və texnologizasiyası  anlayışları  elmi  döv-

riyyəyə daxil  olur.  Proqramlaşdırılmış  təlim,  daha  sonra  infor-

matika,  kibernetika  və sistemli  yanaşma  təlim  prosesini  texno-

logiya  kimi  başa  düşmək  üçün  bir əsas  oldu.  Təlim  prosesinə

geniş  sistem  kimi  baxmağa  başladılar.  Buraya  məqsədlərdən

tutmuş, nəticələrə nəzarətə qədər hər şey daxil oldu. Başlıca ideya

öyrədici (təlimedici) texnologiyanı ekranda canlandırmaq ideyası

idi.



11

Mütəxəssislər  və müəllimlərin  özləri,  təlimin  texnikası

ideyasına  birmənalı  münasibət  bəsləmirlər.  Müəllim əməyi  hələ

də mexanikləşdirilməmiş əl əməyi  olaraq  qalır. Bir  çox  peda-

qoqlar  belə hesab  edirlər  ki,  bu  belə də olmalıdır,  çünki  yalnız

canlı  insan  oxuda,  öyrədə bilər.  Lakin  təlim  texnologiyasının

inkişafı göstərir ki, hər bir fənni öyrətmək üçün texnoloji prosesi

yaratmaq  mümkündür.  Texnologiya  üzrə mütəxəssislər  “Texno-

loji proqramlar” təlim layihələri işləyib hazırlayırlar.

Müəllimlər  həmin  paketlər  və layihələrlə işləyən  zaman

məsləhətçi – təşkilatçı funksiyasını yerinə yetirirlər. Çoxlarına elə

gəlir  ki,  bu  hamının  müqəddəs  saydığı  müəllimlik  peşəsinə

hörmətsizlikdir. Amma yadda saxlamaq lazımdır ki, bir çox müəl-

limlər  metodistlərin  onlar  üçün  hazırladığı  metodiki  işləmələrdə,

dərs  planlarından  məmnuniyyətlə istifadə edirlər.  Köhnə əmək

əməliyyatlarından  azad  olan  müəllim  sözün  həqiqi  mənasında

pedaqoji işlə, şagirdlərin inkişafı ilə məşğul olur. Təlimdə şəxsiy-

yətin,  yaradıcılığın  və mexanikləşdirmənin  nisbəti  məsələsi

həqiqətən  adi  məsələ deyil,  həll  olunmalıdır.  Beləliklə,  pedaqoji

texnologiya  dedikdə,  qabaqcadan  verilmiş  xarakteristikalar  üzrə

kompüter təlimi  üçün  işlənib  hazırlanmış,  optimal,  didaktik

proseslər başa düşülür.

Bundan  başqa,  praktik  planda  pedaqoji  texnologiya

müəllimin  hər  hansı  bir  texnoloji  cəhətdən  işlənib  hazırlanmış

metodlar  və priyomlar  sistemini,  nəhayət  tərbiyə işinin  meto-

dikasını və metodlarını da ifadə edə bilər.

Texnologiyanın  köməyi  ilə həll  olunan  başlıca  problem

təlim  prosesinin  idarə olunmasıdır. Ənənəvi  “qeyri-təlim  texno-

logiyası”  metodlarının  nöqsanları  vardır.  Qeyri  müəyyənlik  öy-

rənmə əməliyyatlarının az idarə olunması mənimsənilmənin yox-

lanılmasının  obyektiv  və epizodik  xarakter  daşıması  buna  misal

ola bilər.

Ənənəvi yanaşmada müəllim teoremi öyrətmək, şeri təhlil

etmək,  kvadrat  tənlikləri  həll  etmək  və s.  məqsədləri  qoyur.  Bu

məqsədlər  şagirdlərin  fəaliyyətini  təsvir  etmir.  Texnologiyaya

görə təlimin  məqsədi  şagirdin  vəziyyətini,  onun  biliklərini,

12

fikirlərini,  hisslərini,  davranışını  dəyişməkdir.  Texnologiyanın



vəzifəsi  təlimedici  sistemin  bütün  elementlərini  öyrənmək  və

təlim prosesini layihələşdirməkdir.

Təhsil  məktəblərində geniş  yayılmış,  lakin  şəxsiyyətin

hərtərəfli inkişaf etməsində imkanları məhdud olan ənənəvi təlim

texnologiyaları  XX əsrin  sonunda  bir  çox  yaradıcı,  yenilikçi

pedaqoqlar  tərəfindən  təhsildə effektiv  olmayan,  hətta  zərərli

nəticələr  verən  texnologiyalar  kimi  qiymətləndirilməyə başlandı.

Bu  cür qiymətləndirmə inkişaf etmiş ölkələrdə cəmiyyətin məlu-

matlılıq  səciyyəsinin  kifayət  qədər  yüksək  olması  ilə qiymət-

ləndirilirdi.  Tədris  prosesində təhsil  alanın  hərtərəfli  şəxsiyyət

kimi  formalaşması  üçün yeni  pedaqoji  texnologiyalardan  məq-

sədəuyğun  və kompleks  şəkildə istifadə edilməsi  daha  yüksək

nailliyyətlər əldə etməyə imkan verir. Burada məqsədə və təlimin

məzmununa  uyğun  texnologiyalar  seçilməsi  və onların  ardıcıl,

qabaqcadan müəyyənləşdirilmiş vaxtda yerinə yetirmək məqsədə-

müvafiqdir. Hazırda müasir pedaqoji praktikada daha geniş tətbiq

olunan  şəxsiyyətyönümlü-inkişafetdirici  pedaqoji  texnologiyalar

aşağıdakılardır:

1) Əməkdaşlıqla təlim texnologiyası;

2) Layihələr metodu ilə təlim texnologiyası;

3) Modulla təlim texnologiyası.

Son  illər  tədris  prosesində istifadə olunmağa  başlayan

daha  artıq  maraq  göstərilən  təlim  texnologiyasının  mahiyyəti  və

məzmunu ilə bir qədər ətraflı tanış olaq:




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə