Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji


XVI MÖVZU TƏRBİYƏ TEXNOLOGİYALARI. ŞƏXSİYYƏTİN



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə52/58
tarix13.01.2022
ölçüsü0,77 Mb.
#82860
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   58
Azf-269214

XVI MÖVZU

TƏRBİYƏ TEXNOLOGİYALARI. ŞƏXSİYYƏTİN

TƏRBİYƏSİ İŞİNDƏ FƏRDİ XÜSUSİYYƏTLƏRİN

NƏZƏRƏ ALINMASI

PLAN:

1.Tərbiyə texnologiyaları anlayışının şərhi

2.Tərbiyə olunanla  tərbiyə edən  arasında  qarşılıqlı

münasibətlər

3.Fərdi yanaşma ilə fərdi tərbiyə arasındakı fərqlər

4.Uşaqların  fərdi  xüsusiyyətlərini  öyrənmək  üçün

müxtəlit tədqiqat üsullarından istifadə olunması

Tərbiyə  texnologiyalarının  yaradılmasında  aşağıdakı

pedaqoji prinsiplər nəzərə alınmalıdır:

1. Məqsədyönlülük

2. Perspektivlik

3. Komplekslik

4. Fəallıq

5. Mütəşəkkillik

6. Yaşauyğunluq və s.

Məktəbdə müxtəlif işlərin hazırlanması texnologiyalarının

həyata  keçirilməsində  yuxarıdakı  pedaqoji  prinsiplər  diqqət

mərkəzində saxlanmalıdır. Tərbiyəvi tədbirlərin təşkilində kollek-

tivçiliyin  böyük  rolu  vardır.  Dahi  rus  pedaqoqu  A.S.Makarenko

(1888-1939)  öz  pedaqoji  fəaliyyətində  kollektiv  tərbiyəyə  böyük

önəm vermiş və bu barədə demişdir: “Kollektivdə kollektiv üçün

kollektiv  vasitəsilə  tərbiyə – budur  tərbiyənin ən  ali  prinsipi”.

Həm də şagirdlərlə iş apararkən hər bir müəllim, yaxud tərbiyəçi

fərdi  işlə  kollektiv  işi  uzlaşdırmalıdır.  Çünki  burada  tərbiyə

texnologiyaları və tərbiyə metodlarının tələblərinə müvafiq olaraq

məktəblilərin ümumi və fərdi cəhətləri nəzərə alınmalıdır.

Məlumdur  ki,  tərbiyə  prosesi  dedikdə, ilk növbədə  bir

neçə  sualla  qarşılaşırıq.  Tərbiyə  olunan  kimdir?  Tərbiyə  edən

kimdir?  Tərbiyənin  məqsədi  nədir?  Tərbiyə  prosesində  hansı



91

üsullardan istifadə olunur? Tərbiyə olunanla tərbiyəedən arasında

qarşılıqlı  münasibətlər  necədir?  və  s.  Təbii  ki,  pedaqoji  və

psixoloji biliklərə istinad etmədən  həmin  suallara  düzgün  cavab

vermək  mümkün  deyildir.  Çünki  tərbiyə  işinin  bir  sıra  dərin

pedaqoji-psixoloji problemləri  mövcuddur.  Tərbiyə  prosesində

uşaq şəxsiyyətinin  təlabatları,  arzıı  və  istəkləri, temperament

xüsusiyyətləri,  sərvət  meylləri,  maraqları,  idealları,  dünyagörüşü

və  əqidəsi  təşəkkül  edir.  Tərbiyə  prosesində  hansı  pedaqoji-

psixoloji  biliklərə  istinad  etmək,  hansı psixoloji qanunauy-

ğunluqlardan  çıxış  etmək  lazımdır  ki,  tərbiyə  işi  uğurlu  getsin,

qarşıya  qoyulmuş  nıəqsədə  müvəffəqiyyətlə nail olmaq  mümkün

olsun?

Bunun  üçün ilk növbədə  tərbiyə  obyektinə  (tərbiyə



olunana)  yaxından  bələd  olmaq,  onun  bütün  fərdi psixoloji

xüsusiyyətlərini  dərindən öyrənmək  lazımdır.  Çünki  dünyada ən

incə,  lakin  ən  mürəkkəb  olan  insan  qəlbini, onun  psixoloji

xüsusiyyətlərini  mükəmməl  öyrənmədən  tərbiyə  işində  uğur

qazanmaq mümkün deyildir.

Təbii  ki, tərbiyə  obyekti  olan insan, fərdi psixoloji

xüsusiyyətlərinə  görə  biri  digərindən  kəskin  surətdə  forqlənir.

İctimai praktikanın müxtəlif sahələrində (sənaye, kənd təsərrüfatı,

təhsil,  səhiyyə  və  s.)  fərdi  xüsusiyyətlərin  təhlili  və nəzərə

alınması  pedaqogikanın  və  psixologiyanın  tətbiqi  problemləri

içərisində  xüsusi  yer  tutur.  Gənc  nəslin  təlim-tərbiyəsi  işində  isə

onun əhəmiyyəti  xüsusilə  böyükdür.  Pedaqogika  və  psixologiya

tarixi ilə  tanış  olsaq,  bir  cəhəti  aydın  görə  bilərik.  Zamanın

görkəmli  alimləri  uşaq  tərbiyəsindən  danışarkən  diqqəti  həmişə

fərdi yanaşma məsələlərinə cəlb etmişlər.

Fərdi yanaşma  mühüm pedaqoji-psixoloji prinsipdir.

Həmin  prinsipə  görə, təlim-tərbiyə  işində  hər  bir  uşağın  fərdi

xüsusiyyətləri  zəruri  surətdə  nəzərə  alınmalıdır.  Təlim-tərbiyə

işində fərdi yanaşma iki cəhətdən xüsusilə vacibdir. Birincisi, biz

uşağa  fərdi  yanaşmaqla  onun  özünəməxsus  xüsusiyyətlərə  malik

olan  şəxsiyyət  kimi  inkişaf  etməsi  üçün psixoloji cəhətdən

əlverişli  şərait  varatmaq. İkincisi, ıışağın  fərdi  xüsusiyyətlərini

92

nəzərə  almadan, ona  göstərilən pedaqoji  təsir  adətən  istənilən



nəticəni  vermir.  Müəyyən  edilmişdir ki, pedaqoji təsir  həmişə

uşağın fərdi-psixoloji xüsusiyyətləri  ilə şərtlənir. Bu, о deməkdir

ki, pedaqoji təsirin  xarakteri  və  səmərəsi  təkcə  onun  obyektiv

xüsusiyyətləri  ilə  deyil, həm  də  uşağın həmin  təsiri  necə  qəbul

etməsi  ilə  müəyyən olunur. Xahiş,  tərif,  cəzalandırma  və  s.-nin

bütün  uşaqlara  eyni  səviyyədə  təsir  etməməsini də  birinci

növbədə, məhz bununla izah etmək lazımdır.

Tərbiyə işində fərdi yanaşmanın mahiyyəti ondan ibarətdir

ki,  tərbiyənin  ümumi  məqsədləri  nəinki  uşaqların  yaş  və  cinsi

xüsusiyyətlərinə,  həm  də  fərdi  xüsusiyyətlərinə  müvafiq  olaraq

konkretləşdirilir. Təcrübə göstərir ki, tərbiyə işində uşaqların fərdi

xüsusiyyətləri nəzərə alınmadıqda hətta ən səmərəli təsir vasitələri

öz əhəmiyyətini itirir.

Fərdi  yanaşmanın bir-birilə  qarşılıqlı əlaqədə  olan  iki

tərəfi  vardır.  Onlar:  a)  şəxsiyyətin  fərdi  xüsusiyyətlərinin  təhlili;

b) təlim-tərbiyə işində psixoloji cəhətdən düzgün nəzərə alınması

məsələləri ilə bağlıdır.

Tərbiyə  vasitələri  seçərkən uşağın  fərdi  xüsusiyyətlərini

də  nəzərə  almaq  lazım  gəlir.  Bəzi şəxslər  fərdi  yanaşma  və fərdi

tərbiyəni  bir-biri  ilə  eyniləşdirirlər,  halbuki  onlar  arasında  fərq

vardır.  Həmin  fərqləri valideynin, tərbiyəçinin  bilməsi vacibdir.

Professor

M.Ə.Muradxanov  onların  aşağıdakılardan  ibarət

olduğunu  göstərirdi: 1) fərdi  tərbiyə  uşağı  təklikdə,  kollektivdən

tamamilə ayrılıqda tərbiyə etməyi nəzərdə tutur; fərdi yanaşma isə

uşağı kollektiv içərisində saxlamaqla ona düzgün təsir etmək üçün

fərdi  xiisusiyyətləri  nəzərə  almağı tələb  edir; 2) fərdi  tərbiyə,

tərbiyənin  məqsədini  uşağın  şəxsi  xüsusiyyətlərinə  tabe  edərək,

hər  uşağın  tərbiyə  məqsədini  bu  xüsusiyyətlərdən  asılı  etməyi

nəzərdə  tutur;  Fərdi  yanaşma  isə, uşağın  fərdi  xüsusiyyətlərinə

uyğun olaraq, onu ümumi  məqsədə  gətirib  çıxarmağı  tələb  edir.

Burada  məqsəd  uşağa  tabe  edilmir, üsul  və  vasitələr  uşağın

xüsusiyyətlərinə uyğun olaraq seçilir.

Uşaqların  fərdi  xüsusiyyətlərinin  öyrənilməsi üçün müx-

təlif  tədqiqat  üsullarından – müşahidə,  eksperiment  və  s.  istifadə



93

olunur. Müəllim  və  tərbiyəçilər  üçün  uşaqları  təbii şəraitdə –

dərsdə, sinif  yoldaşları  ilə ünsiyyət  prosesində, ictimai-faydalı

əməkdə  öyrənmək  xüsusilə zəruridir.  Uşaq  şəxsiyyətinin  bütün

mühüm  cəhətlərini əhatə  edən pedaqoji-psixoloji xarakteris-

tikaların  onlar üçün  böyük əhəmiyyəti  vardır. Pedaqoji-psixoloji

xarakteristikanı  adətən  sinif  rəhbəri  tərtib  edir  və həmin sinifdə

dərs  deyən  müəllimlərin  hamısı  ilə  birlikdə  onun  müzakirəsini

təşkil edir. Pedaqogikada buna


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə