Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə53/58
tarix13.01.2022
ölçüsü0,77 Mb.
#82860
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   58
Azf-269214

pedaqoji konsilium

deyilir.


Uşaqların  fərdi  xüsusiyyətlərini  təhlil  edərkən  hansı

məsələlərə  diqqət  yetirmək  lazımdır?  Müəllim şagirdlərin  yaş-

cins  xüsusiyyətlərini  nəzərə  almaqla,  onların  həm  də  fərdi

psixoloji  xüsusiyyətlərini – qabiliyyətlərini,  temperamentini,

xarakterini  və  s.  diqqətlə  öyrənməlidir.  Fərdi  xüsusiyyətlərin

formalaşmasını  şərtləndirən  amillər  xüsusilə  ətraflı  tədqiq

olunmalıdır.

Beləliklə, deyilənlərdən çıxan konkret nəticələr bunlardan

ibarətdir ki, tərbiyəolunma şəxsiyyətin sosiallaşmasını təmin edir,

onu  həyatda,  cəmiyyətdə,  ictimai  fayda  verəcəyi  fəaliyyətə

hazırlaşdırma  prosesidir.  Çünki  insanın  zənginliyi  onun həqiqi,

obyektiv  münasibətlərin  zənginliyindən  asılıdır.  Məhz  tərbiyə-

olunma  sayəsində  insanlara,  əməyə,  biliklərə,  fəaliyyətə  çoxcə-

hətli  münasibətlər  yaranır.  Şəxsi  təcrübənin  qazanılmasında

başlıca  cəhət  ictimai  münasibətlərin şüurlu  dərk  olunmasından

ibarətdir.  Bu  zaman  uşaq  özünəməxsus şəxsi  tələbatının  ödənil-

məsinə  çalışır,  ictimai  münasibətlərlə şəxsi  münasibətlərin  qar-

şılıqlı əlaqədə baş verməsinə nail olur. Tərbiyəetmə çox dinamik

və didaktik  prosesdir.  Tərbiyəetmə  prosesində  müxtəlif  əlaqə  və

asılılıqlar  sosial,  psixoloji,  pedaqoji  bir-birinə  qovuşmuş  və

qarşılıqlı  şəkildə şərtlənmişdir.  Tərbiyəetmə  prosesinin  didak-

tikası  onun  ziddiyyətliyində, inkişafında,  mütəhərrikliyində,

dəyişiklirində ifadə olunur. Belə bir fəaliyyətin təşkili şəxsiyyətin

formalaşması  prosesinin  elmi əsaslarını  təşkil  edir.  Şəxsiyyət

sosial əlaqələrə və qarşılıqlı sosial münasibətlərə malik insandır.

94

ƏDƏBİYYAT

1. Abbasov A. Pedaqogika. Bakı, 2010.

2. Ağayev Ə.  Azərbaycan  ictimai-pedaqoji  fikrində

şəxsiyyətinin formalaşması problemi. Bakı, 2005.

3. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.

4. Həşimov Ə.  Azərbaycan  xalq pedaqogikasının  bəzi

məsələləri. Bakı, 1970.

5. Mehrabov  A.,  Abbasov Ə.,  Zeynalov Z.,  Həsənov  R.

Pedaqoji texnologiyalar. Bakı, 2006.

6. Mərdanov  M.  Azərbaycan  təhsili  yeni  inkişaf

mərhələsində. Bakı, 2009.




95


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə