Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə50/58
tarix13.01.2022
ölçüsü0,77 Mb.
#82860
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   58
Azf-269214

artıq 

yorğunluğa 

yol 

vermənin

qarşısının alınması

4. Fiziki tərbiyənin mahiyyəti və əhəmiyyəti

5. Fiziki tərbiyənin vasitələri və formaları

Təlimin  məhsuldarlığına  güclü  təsir  göstərən  tibbi-bioloji

şərtlər  vardır  ki,  bunları  həm  müəllimlər,  həm  də şagirdlər  və

valideynlər bilməli, nəzərə almalıdırlar. Həmin şərtlər bunlardır:

1.  Şagird  sağlamlığının  qorunması.  Şagirdə sağlamlığını

saxlaya bilmək,  qorumaq  qaydaları  öyrədilməlidir.  Bəzi  tədqiqi

məlumatlara görə şəhər məktəblərindəki yuxarı sinif şagirdlərinin

orqanizmi  son  həddə qədər  yüklənir.  Onların  gənc  bədənlərinin

dözümü buna çatmır. Əksəriyyəti sutkada 30 dəqiqədən 2,5 saata

qədər  az  yatır.  Yalnız  azyatma  onların  iş  qabiliyyətini  30%

azaldır.

2.  Uşaqların  təmiz  havada  olmasına  diqqət  yetirilməsi.

Şəhər uşaqlarının demək olar ki, 2/3-si təmiz havada kifayət qədər

olmur.  Bədən  tərbiyəsi  dərsləri  ya  heç  keçirilmir,  ya  da  açıq

meydançalarda  aparılan  səyahətlər,  turizm  gəzintiləri  təşkil

edilmir,  ailədə də bir  çox  halda  bu  cəhətə diqqət  yetirilmir.

Nəticədə şagirdin səhhəti zəifləyir, təlimdə zora düşür.

3.  Həddindən  artıq  yorğunluğa  yol  vermənin  qarşısının

alınması. Şagird yorğunluğu başlıca olaraq iki halda təzahür edir:

I.  gün  rejiminə əməl  edilməməsi,  təlim  yükünün  çoxluğu

və ağırlığı;

II. kifayət qədər müsbət emosiyaların olmadığı şəraitdə.




85

Şagirdin  müəllimin  ona  münasibətindən,  öyrətmə səyin-

dən, yaxud təlim şəraitindən daxili razılığı yoxdursa, o tez yorulur

və təlim əməyi  ona  zövq  vermir. Bütün  bunları  nəzərə alaraq

təlimi elə qurmaq  lazımdır  ki,  şagird  bütün  şəraitdən  tam  razı

qalsın.


Əməkdaşlıq  şəraiti  və yeni  təlim  metod  və texno-

logiyalarının  doğurduğu  yaradıcı  interaktiv  ab-hava  təbii  ki

şagirdlərin  həvəsini  və marağını  artırır,  onların  özlərinə aid

problemlərin həllinə müstəqil yanaşa bilmələrini təmin edir.

Bədən  tərbiyəsi,  idman  orqanizmin  möhkəmləndirilməsi,

səmərəli əqli  fəaliyyət  üçün  geniş  imkanlar  açır, əqli  fəaliyyətlə

fiziki  fəaliyyətin  növbələşməsi  nəticəsində iş  qabiliyyətinin

bərpası prosesi daha səmərəli olur. Fiziki tərbiyə uşaqların bədə-

ninin  ahənfdar  inkişafına,  qamətin  yaraşıqlı,  hərəkətlərin gözəl,

zərif  və çevik  olmasına  kömək  edir,  estetik  zövqün  forma-

laşmasına imkan yaradır.

Bütün 


yuxarıda 

deyilənləri 

yekunlaşdıraraq 

fiziki


tərbiyəyə belə bir  konkret  tərif  vermək  olar:  Fiziki  tərbiyə –

müəllimin  rəhbərliyi  altında  şagirdlərin  öz  sağlamlığını  möh-

kəmləndirməsi,  çevikliyini  və gumrahlığını  təmin  etməsi  prose-

sidir.  Bu  proses  fiziki  mədəniyyətin  müasir  inkişaf  səviyyəsinə

tam uyğun olaraq təşkil  edilməli və şagirdlərin fiziki kamilliyinə

gətirib çıxarmalıdır.

Fiziki  tərbiyə məqsədyönlü,  planlı və mütəşəkkil  proses

olub, gənc nəslin can sağlığını təmin etməyə, onun fiziki qabiliy-

yətini  inkişaf  etdirməyə,  mütəhərrik  vərdişlərin  və bacarıqların

formalaşmasına  xidmət  edir.  Fiziki  tərbiyə şagirdlərin  bədən

quruluşunun  mütənasibliyində,  qamətin  gözəlliyində,  hərəki

keyfiyyətlərin  (gücün,  hərəkət  sürətinin,  cəldlik  və dözümlüyün,

elastikliyin)  inkişaf  və formasında  təzahür  edir.  Fiziki  tərbiyə

şagirdlərdə əməkdə iştirak  etmək  vərdişləri,  iradə,  kollektivçilik,

əzmkarlıq  və s.  keyfiyyətləri  inkişaf  etdirir,  onları  Vətənin

müdafiəsinə hazırlayır.

Bu zəruri işdə fiziki tərbiyənin mühüm tərkib hissəsi olan

bədən  tərbiyəsi  dərsləri  böyük  rol  oynayır.  Bədən  tərbiyəsi

86

dərslərində şagirdlər  düzgün  yeriməyi,  qaçmağı,  tullanmağı,



maneələri  dəf  etməyi,  idman  alətlərində müxtəlif  çalışmaları,

təmrinləri  yerinə yetirməyi  öyrənir,  öz  bədənlərinin  sağlamlığına

kömək edən hifzüsəhha qaydalarına yiyələnirlər.

Cəmiyyətin ən  qiymətli  sərvəti  insan  və onun  sağlam-

lığıdır.  Heç  bir  yüksək  texniki  nailiyyət  insanların  səhhətinin

qorunması  və möhkəmləndirilməsi ilə müqayisə oluna  bilməz.

Buna  görə də insanların  sağlamlığı  Pluton,  Hippokrat  dövründən

müdrik  şəxsiyyətlərin  diqqətini  cəlb  etmişdir.  Təsadüfi  deyil  ki,

“sağlam  bədəndə sağlam  ruh  olar”  yunan  atalar  sözü  də həmin

dövrün məhsuludur. Qədim Elladanın nəhəng qayaların birində bu

sözlər  yazılmışdır: “Güclü olmaq istəyirsənsə qaç, sağlam olmaq

istəyirsənsə qaç,  gözəl  olmaq  istəyirsənsə qaç”.  Antik  dövrün

böyük  filosofu  Platon  sağlamlığı  insan  üçün  birinci  xoşbəxtlik

hesab edirdi. Hippokrata görə hərəkətsiz müalicə yoxdur. Plutarx

deyirdi ki, gimnastika təbabətin şəfaverici hissəsidir.

“Qanunlar” əsərinin müəllifi, xalq arasında Loğman adı ilə

tanınan Əbu Əli ibn Sina deyirdi:

Vərdişlə (idmanla – A.N.) yaxşıca olsan aşina,

Çatırsan fərəhlə sən yüz yaşına.

Bəlkə də daha çox yaşayırsan bil,

Həb və toz dərdinə heç dərman deyil.

Bütün dərdlərinə bax budur dava:

Təbiət – su, günəş və təmiz hava.

Hər  bir  adam  yüksək  mənəviyyatla, əməksevər vətəndaş

olmaqla  yanaşı  möhkəm  sağlamlığa,  fiziki  keyfiyyətə yiyələn-

məlidir.  Sağlamlığı mühafizə edən  və möhkəmləndirən  mühüm

amillərdən biri fəal hərəkətdir, zəruri fiziki qüvvədir.

Qüvvə xarici müqaviməti və ona qarşı təsiri əzələnin gücü

ilə aradan qaldırmaq qabiliyyətidir.

Cəldlik  insanın yeni  hərəkətləri  tez mənimsəmək  və

dəyişilən  şəraitdə hərəki  vəzifələri  müvəffəqiyyətlə icra  etməyə

imkan  verir.  Bu  hərəki  qarşılıqlı əlaqədə inkişaf  və təzahür  edir.

Y.A.Komenski  “Ana  qucağı  məktəbi”  adlı əsərində yazırdı  ki,

həyatımız  oda  bənzəyir,  hava  axını  və daimi  hərəkət  olmadıqda




87

od dərhal söndüyü üçün uşaqların da hər gün təmrinlər etməsi və

hərəkətdə olmaları zəruridir.

Fiziki 


tərbiyə

məktəblilərin 

sağlam 

möhkəm



böyüməsini  təmin  edir,  şagirdlərə həyatda  zəruri  olan  hərəkət,

bacarıq  və vərdişləri  (düzgün  yerimək,  qaçmaq,  tullanmaq,

üzmək,  təbii  amillərdən  düzgün  istifadə etmək  və s.)  aşılayır,

məktəblilərdə əqli  qabiliyyətləri,  mənəvi  keyfiyyətləri, əmək

vərdişlərini,  estetik  zövq  və duyğuları,  idman  və bədən  tərbiyəsi

məşğələləri ilə üzvi şəkildə birləşdirir, onların ahəngdar inkişafını

təmin edir.

Bütün  şagirdlərin  hər  gün  dərslərdə,  dərsdənkənar  vaxt-

larda,  idman  bölmələrində bədən  tərbiyəsi  ilə məşğul  olmasını

təşkil etmək, bunun üçün lazımi şərait yaratmaq lazımdır. Hər bir

məktəbdə,  bütün  təlim-tərbiyə

ocaqlarında  avadanlıqla  və

inventarla  yaxşı  təchiz  edilmiş  idman  salonları  və meydançaları

yaradılmalı,  şagirdlərin  fiziki  tərbiyəsinə,  gigiyenik  məsələlərinə

daha çox fikir verilməlidir.

Fiziki  təmrinlər,  çalışmalar,  sağlamlığı  təmin  edən  təbii,

habelə gigiyenik amillər tərbiyənin qüdrətli vasitələridir.

İnsanın  sağlamlığının  təmin  edilməsində, əmək  və hərbi

fəaliyyətə hazırlanmasında  təmrin  və çalışmalar  mühüm  rol

oynayır.  Məktəbdə fiziki  təmrinlərdən  gimnastika,  oyun,  turizm

və idman  zalında  istifadə olunur.  Gimnastika  təmrinləri  üçün

səciyyəvi  cəhət  odur  ki,  bunlar  şagirdlərin  ayrı-ayrı əzələ qrup-

larını,  orqanizmlərini  inkişaf  etdirir.  Oyunlar  bütövlükdə orqa-

nizmə təsir  göstərir,  hərəki  keyfiyyətlərin  kompleks  inkişafına

kömək edir. Oyun, hərəkət bir növ işdir, fəaliyyətdir.

Turizm  zamanı  şagirdlərdə

ünsiyyət,  kollektivçilik,

qarşılıqlı hörmət və s. keyfiyyətlər formalaşır.

Fiziki tərbiyənin təşkili formalarına bədən tərbiyəsi fənni,

idman  sağlamlıq  işləri,  müstəqil  məşğələlər,  fiziki tərbiyə üzrə

sinifdənxaric  və məktəbdənkənar  işlər  daxildir.  Fiziki  tərbiyə və

idman  üzrə sinifdənxaric  işlər  bədən  tərbiyəsi  dərslərində

mənimsənilmiş biliklər və bacarıqlarla sıx əlaqələndirilir.

88

Şagirdlərin  fiziki,  hərbi  vətənpərvərlik  yerişi  “Üfüqdə



parıltı”,  “Qartal  balası”  kimi  hərbi  idman  oyunları  xüsusi

əhəmiyyətlidir. “Üfüqdə parıltı” hərbi idman oyunu aşağı siniflər,

“Qartal  balası”  isə

yuxarı  sinif  şagirdləri  üçün  nəzərdə

tutulmuşdur.  Bu  oyunlarda  güclü  romantika  olduğu  üçün  onlar

yeniyetmələri və gəncləri  özünə cəlb  edir. Bu  oyunlar  axtarışlar

və kəşfiyyatlar,  “hərbi”  sirlər  aləmidir.  Hərbi  idman  oyunları

məktəblilərin  şəxsiyyətinin  formalaşmasına  ciddi  təsir  göstərir.

Onlar  belə hərbi  idman  oyunları  prosesində çətinlikləri  aradan

qaldırmağı  öyrənir,  vəziyyətdən  çıxış  yolu  axtarır, ətraf  aləmin

mürəkkəb,  müəmmalı  sirlərini  dərk  edirlər.  Belə hərbi  idman

oyunlarında  iştirak  etməklə

məktəblilər  xalqımızın  döyüş

ənənələrinin  mahiyyətini  mənimsəyir,  tədricən  hərbi  intizamın

məsuliyyətini, çətinlikləri aradan qaldırmağın nə demək olduğunu

öyrənirlər.

I  sinifdə şagirdlərə sağlamlıqda  rejimin  rolu  haqqında

məlumat  vermək,  bədəni  təmiz  saxlamağın,  səhərlər  gimnastika

ilə məşğul olmağın əhəmiyyətini öyrətmək lazımdır və s.

II  sinif  şagirdləri  I  sinifdə əldə edilmiş məlumatı  inkişaf

etdirməli və aşağıdakıları bilməlidir: düzgün nəfəs almaq, düzgün

yerimək və düzgün oturmaq, sanitariya-gigiyena qaydalarına əməl

etmək  və rejimi  gözləmək;  dərs  məşğələlərində öyrəndikləri

hərəkətlərin  icrası  ilə məşğul  olmaq,  dərsdənkənar  idman

tədbirlərində iştirak etmək və s.

III  sinif  şagirdləri  sağlamlıq  haqqında  söhbətlərə qulaq

asmalı,  rejimə əməl  etməli,  vaxtlı-vaxtında  istirahət  etməyin,

vaxtında  yatıb-durmağın əhəmiyyətini  dərk  etməli  və bunları

əməli olaraq yerinə yetirməlidirlər.

IV sinif şagirdləri gimnastika, yüngül atletika, üzgüçülük,

xizək sürmək işləri ilə məşğul olur, kiçiklərə mütəhərrik oyunları

öyrədir,  gigiyenik  qaydalara əməl  edir,  proqram  səviyyəsində

praktik bacarıq və vərdişlərə yiyələnirlər.



89


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə